Redaksiyamıza videokadrlar göndərən şəxsin narazılığı Beyləqan rayon icra hakimiyyətinin başçısının müavinindəndir.
GoldNews.Az xəbər verir ki, Beyləqan sakini, müxbir Anar Zeynalov rayonda qaçqınların məskunlaşdığı yerdən zorla didərgin salması barəbədə videosujet hazırlayaraq saytımıza göndərib.
Daxil məlumatda deyilir ki, Beyləqan rayon "Kabelonka" bağı adlanan ərazidə (yəni indiki şitilçilik deyilən ərazi) 1993-cü və 1994-cü illərdən öz yurd-yuvasından didərgin düşmüş qaçqınlar yaşayır:
"Həmin bu ərazi keçmiş sovet məkanından qalmış pendir emalı zavoduna aid olmasa da, rayonda oliqarx kimi tanınan "Aptek Elburus" Beyləqan rayonunun icra başcısının müavini Qələndərov Məhəmmədin havadarlığı ilə qacqınların evini yerlə yeksan edib, orada öz biznesinin çiçəklənməsi üçün böyük binalar tikib satmaq qərarına gəlib. Onu da qeyd edək ki, həmin ərazilər icra hakimiyyətinin yox, meşə təsərrüfatının balansındadır".
Qeyd: Fotodakı hər iki obyektin icra başçısının mavininə məxsus olduğu bildirilir.
Şikayətçilər iddia edirlər ki, şəhid ailəsi Bakıya - qohumugilə getdiyi günün səhəri Beyləqanda onlara evlərinin Qələndərov Məhəmməd tərəfindən söküldüyü bildirilib. Şəhid ailəsinin bildirdiyinə görə, milyonçu "Aptek Elburus" pendir emalı zavodunu alıb.
"Bizim tikilmiş evlərə, yəni meşə fondunun balansında olan evlərə qarışacağımız yoxdur. Biz burada 1994-cü ildən yaşayıb, qız köçürtmüşük, oğul evləndirmişik və indiyə kimi də qaz, işıq pulu veririk", deyə şikayətdə vurğulanır.
Məsələ ilə bağlı açıqlama verən icra başçısının müavini Qələndarov Məhəmməd qeyd etdi ki, barəsində yayılan bütün məlumatlar böhtan xarakterlidir. Onun sözlərinə görə, rayonda məcburi köçkünlərin mənafeyi hər şeydən üstün tutulur:
"Həmin şəxs mənim barəmdə video hazırlayıb və sosial şəbəkələrdə yayıb, mövqe bildirmədim, çünki mənim səviyyəmdə adam deyil. Ümumiyyətlə, mənim barəmdə yayılan bu cür xəbərlər böhtan xarakterlidir. Anar adlı şəxs rayonda bütün struktur və məmurlardan yazı hazırlayır, bir müddət sonra isə təkzib verməli olur. Bu da həmin hadisələrdən biridir".