Sahibkarlar Ramiz Yediyarovun həbsini tələb edir... - QALMAQAL
Tarix: 13-06-2018, 12:40 |
Çap et
DİA.AZ: - Sahibkarlar Ramiz Yediyarovun həbsini tələb edir. Bu barədə DİA.AZ-a Gədəbəy rayonundan olan bir qrup sahibkar adından daxil olan müraciətdə deyilir. Müraciət müəllifləri bildirir ki, onlar keçmiş icra başçısı Ramiz Yediyarovun dövründə müxtəlif vaxtlarda külli miqdarda zərər çəkiblər.
Sahibkarlar dia-az.life-a yazır: Ramiz Yediyarov bizə çox zülmlər edib. Kiminin obyektini dağıdıb, kiminin evini uçurub,kumunun obyektinin yolunu kəsib, kiminin əkin tarlasını, istixanasını əlindən alıb, kiminin də pulunu... İndi işdən çıxarılıb bu adam. O deməkdirmi ki, bizim pozulmuş hüquqlarımız bərpa olunmayacaq...
Biz dia-az.life vasitəsilə ölkə rəhbərliyindən xahiş edirik ki, Ramiz Yediyarovun hüquq qarşısında cəzalanması və bizə dəymiş maddi ziyanın ödənilməsi üçün köməklik göstərilsin".
dia-az.life bildirir ki, bu məsələ ilə bağlı əlavə informasiyalar da daxil olub. Daha geniş məqaləni təqdim edəcəyik. Bizi izləyin...