İlqar Rəhimov barəsində hüquqi araşdırma başlayıb - Belə deyirlər...
Tarix: 9-07-2018, 11:53 |
Çap et
DİA.AZ: - Artıq 3-cü nazirdir ki, "ovsunlamış durum"a salan Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İlqar Rəhimovun hansı dərəcədə qanunları pozması ilə bağlı DİA.AZ olaraq yetərincə informasiyalar vermişik.
DİA.AZ-a verilən son informasiyalardan aydın olur ki, artıq İlqar rəhimov barəsində hüquqi araşdırmalar başlayıb. Mənbə dia-az.life-a bildirir:
"Əsasən ƏƏSMN xətti ilə əlillərə ayrılan vəsaitin xərclənməsi, əlillik dərəcəsinin və sosial yardımın verilməsinin təyin olunması və digər bu kimi işlərlə bağlı hüquqi araşdırmalar başlayıb ki, bu işlərdə də əsas sorumlu olaraq İlqar Rəhimov tutulur".
Xatırladaq ki, bəzi qaynaqlar yeni ƏƏSMN şefi Sahil Babayevin artıq İlqar Rəhimovla bağlı qərarını qəti verdiyi, onu görəvdə saxlayacağını iddia edirdilər. İndi isə vəziyyət tamamən dəyişib. Hətta bu halda belə Sahil Babayev İlqar Rəhimovla işləmək imkanlarını itirmiş olacaq. Şünki burad söhbət böyük korrupsiya faktlarından gedir ki, rəsmiləşmiş ifşanın ardından Sahil Babayev hansısa səbəblərdən meylini saldığı nazir müavinindən vaz keçməli olacaq.
Əlavə bilgilərimiz olacaq. Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...