Vüsalə Mahirqızıdan "APA" Holdinqlə bağlı YEKUN QƏRAR - "MMC fəaliyyətini tamamilə dayandırıb"
Tarix: 30-08-2018, 12:53 |
Çap et
DİA.AZ: - Neçə müddətdir ki, fəaliyyətində fasilələr yarandığı deyilən "APA" Holdinqdən xəbər var. DİA.AZ bildirir ki, qurumun rəhbəri Vüsalə Mahirqızı az əvvəl holdinqin işi ilə bağlı yekun qərarını açıqlayıb.
Özünün "Facebook" səhifəsində Mahirqızı çoxdan gözlənilən sualı belə cavablandırıb: ""APA Holding" MMC fəaliyyətini tamamilə dayandırıb".
dia-az.life xatırladır ki, bundan əvvəlki açıqlamalarında Vüsalə Mahirqızı araşdırma getdiyini bildirmişdi. İndi isə aydın olur ki, artıq holdinq tamamən fəaliyyətini dayandırıb.
Qeyd edək "APA" holdinqə apa.az, kulis.az, vesti.az, lent.az və apa.tv aid idi.