Paşinyan revanşist rəqiblərini .....                     “Müharibədə yalnız Putin günahkar deyil” .....                     Aktyor Müşfiq Şahverdiyev məhkum edildi .....                     İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı .....                     "Başım toylara qarışdı, ikinci övladım olmadı" .....                     Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir .....                     Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri .....                     “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” .....                     I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? .....                     "Nazir olmayan yerdə nazirdir..." .....                     Konqresmensayağı abırsızlıq: .....                     Ağdam şəhərində .....                     101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi .....                     MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib .....                     "Adamın Lənkərana qonağı gələndə utanır..." .....                     Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər .....                     Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib .....                     Yüksək bal toplayan müəllimlərə .....                     Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər .....                     Nə vaxt və kimdən təzminat ala bilərik? .....                     Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir .....                     “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” .....                     Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: .....                     Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? .....                     "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" .....                     “Unibank”da yeni təyinat .....                     "Bolt" gediş haqqını niyə ikiqat çıxır? .....                     Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb .....                     Bakıdan qaçan Pallone görün nə dedi .....                     İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi .....                     Paşinyan Vatikandan dəstək umur .....                     "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi .....                     “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar” .....                     Ermənistan və Türkiyə diplomatları görüşdü .....                     Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? .....                     Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər .....                     Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi .....                     Təhlükəli proses başlayır, Ermənistan ordusu... .....                     Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi .....                     "Şou əhli qış yuxusuna gedib" .....                 

Ağdamda bu məmur narazılıq yaradır - Nazirə şikayət olundu
Tarix: 6-09-2018, 12:19 | Çap et
Ağdamda bu məmur narazılıq yaradır
"Həyat yoldaşım, ibtidai sinif müəllimi olan Nigar Hacıyevaya qarşı Ağdam Rayon Təhsil Şöbəsi haqsızlıq etdiyi üçün aidiyyatı dövlət qurumlarından kömək istəyirəm".

Bu sözləri Unikal.org-a şikayətçi, Ağdam rayonunda müəllim işləyən Nigar Hacıyeva və onun həyat yoldaşı Bəhmən Mustafayev deyib.

Bəhmən Mustafayevin sözlərinə görə, 18 ildir müəllimə işləyən həyat yoldaşı qeyri-qanuni olaraq 14 saylı məktəbdən çıxarılaraq, 12 saylı məktəbə keçirilib:

"Həyat yoldaşım 2000-ci ildən Ağdam Rayon 14 saylı məktəbində ibtidai sinif müəllimi kimi fəaliyyətə başlayıb. Ağdam Təhsil Şöbəsinin 14.09.2015-ci il tarixli 62 saylı əmrinin 125-ci paraqrafına, məktəb üzrə həmin tarixli 49 saylı əmrin 2-ci paraqrafına əsasən köçürülmə yolu ilə 12 saylı Ağdam məktəbində əmək qanunları pozularaq 2 saat dərslə təmin edilmişdir".

B.Mustafayev bildirib ki, Ağdam Rayon Təhsil şöbəsi bundan sonra da həyat yoldaşı Nigar Hacıyevaya haqsızlıq etməkdə davam edib:

"Ağdam Rayon Təhsil Şöbəsinin qərarı ilə həyat yoldaşım əsas iş yeri olan 14 saylı məktəbdən 12 saylı məktəbə keçirilib. Dövlət qurumlarına şikayətimizdən sonra Nigar Hacıyeva əvvəlki işlədiyi məktəbə qaytarılıb. Ağdam Rayon Təhsil şöbəsinin müdiri olan Mətanət Misirxanovanın tapşırığı ilə bütün bu proseslər həyata keçirildi. Bundan başqa həyat yoldaşımın maaşından qanunsuz olaraq vergi tutulub, dərs saatı ondan alınaraq, başqa müəllimlərə verilib. Həmçinin məzuniyyət pulu köçürülməyib. Müəllimlərin dərs saatlarının pulları M.Misirxanovanın göstərişinə əsasən direktorlar, dərs hissə müdirləri vasitəsilə başqa müəllimlərin adına yazılır. Rayon təhsil şöbəsinin rəhbərliyi böyük fırıldaqçılıq şəbəkəsi yaradıblar. Məktəb direktorları da onun dediyini edərək dərs saatlarını başqa müəllimlərə satırlar. Ağdam rayonundan Təhsil Nazirliyinə yazılan məktubların aidiyyatı üzrə çatdırılmasına M.Misirxanova imkan vermir. Mən Təhsil Nazirliyinə müraciət etdim. Nazirliyin İnsan Resursları Şöbəsinin müdiri Eşqi Bağırovun qəbuluna çağırdılar, mən getmədim. Çünki Mətanət xanım Eşqi müəllimlə danışdığını, onun məni gözlədiyini dedi. Mən də qorxub getmədim ki, Mətanət Misirxanovanın bu növbəti oyunu olacaq. Çünki Mətanət Misirxanova hər yerdə bildirir ki, mən Eşqi Bağırovun yaxın adamıyam. Bu səbəbdən mən Eşqi Bağırovun qəbuluna getməyi lüzumsuz hesab etdim.

Sadaladığım özbaşınalıqlara görə, Təhsil Naziri Ceyhun Bayramovdan məni qəbul etməsini, Mətanət Misirxanovanın qanunsuz əməllərinin araşdırılmasını və həyat yoldaşımın ilk işlədiyi 14 nömrəli məktəbə qaytarılmasını xahiş edirəm".

Səslənən iddialarla bağlı Ağdam Rayon Təhsil şöbəsinin müdiri Mətanət Misirxanova ilə əlaqə saxladıq. Ağdam Rayon Təhsil Şöbəsi rəsmi cavabında ibtidai sinif müəllimi olan Nigar Hacıyeva və onun həyat yoldaşı Bəhmən Mustafayevin fikirləri ilə razılaşmadıqları qeyd olunub:

Ağdamda bu məmur narazılıq yaradır

"Sizə məlum edirik ki, Nigar Hacıyeva 14.09.2001-ci il tarixdə məktəb direktorunun müvafiq əmri ilə Ağdam rayon 14 nömrəli tam orta məktəbə işə qəbul edilmişdir.

14.09.2015-ci ildə Ağdam RTŞ-nin 125 nömrəli əmrinə əsasən 14 nömrəli məktəbin müəllimiyindən azad edilib, Ağdam rayon 12 nömrəli məktəbə ixtisasi üzrə müəllim köçürülmüşdür. Bu səbəbdən də 2015-ci tədris ilində N.Hacıyevanın 14 nömrəli məktəbdən aldığı əməkhaqqı dayandırılmışdır. 2016-cı ildə N.Hacıyevanın tələbinə görə, o yenidən 14 nömrəli məktəbə qaytarılmışdır. Lakin həmin tədris ilində məktəbdə 10 sinif komplekti olduğu halda 33 nəfər ibtidai sinif müəllimi olduğu üçün ona dərs saatları verilməsə də 12 nömrəli məktəbdə ona 15 saat ibtidai sinif dərsləri verilmişdir.

Bundan razı qalmayan N.Hacıyeva müxtəlif distansiyalarla yanaşı Təhsil Nazirliyinə də şikayətlər etmişdir. Təhsil Naziriyində qəbula yazılmışdır. Qəbul haqqında da Təhsil Nazirliyi tərəfindən ona SMS göndərilmiş, dəvət və tarixi haqqında məlumatlar qeyd olunmuşdur. Bu barədə Təhsil Nazirliyindən də məlumat ala bilərsiniz. Lakin bunlara baxmayaraq Təhsil Naziriyinin icazəsi ilə N.Hacıyeva əsas iş yeri kimi Ağdam rayon 12 nömrəli tam orta məktəbinə əmrləşdililməsinə razılıq verilmişdir. Ancaq N.Hacıyeva və onun həyat yoldaşı B.Mustafayevlə dəfələrlə telefon əlaqəsi saxlanılsa da, onlar Ağdam RTŞ-yə gəlməkdən imtina etmişdirlər".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Bu gün, 17:37
“Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Bu gün, 17:34
Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Bu gün, 17:32
İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Bu gün, 17:29
"Başım toylara qarışdı, ikinci övladım olmadı"
Bu gün, 17:27
Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Bu gün, 17:22
Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 17:19
“Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Bu gün, 17:14
I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Bu gün, 17:12
"Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Bu gün, 17:09
Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Bu gün, 17:06
Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Bu gün, 17:04
101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 17:01
MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Bu gün, 16:40
"Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Bu gün, 16:39
Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Bu gün, 16:25
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:22
Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Bu gün, 16:04
Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Bu gün, 15:55
Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Bu gün, 15:40
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Bu gün, 15:35
“Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Bu gün, 15:33
Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Bu gün, 15:30
Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Bu gün, 15:25
"Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Bu gün, 15:23
“Unibank”da yeni təyinat - ƏMR
Bu gün, 15:19
"Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Bu gün, 15:15
Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Bu gün, 15:11
Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Bu gün, 15:03
İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Bu gün, 14:43
Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00
"BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58
“Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20
Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09
Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04
Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02
Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59
Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56
Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54
"Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45
Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:42
İran gizli şəkildə Xamneyinin varisini seçdi - onun haqqında məlum olanlar
Bu gün, 12:39
MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - FOTOLAR
Bu gün, 12:29
Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib
Bu gün, 12:21
“Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən GÖRÜN NƏ ÇIXDI
Bu gün, 12:19
“Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:08
“ABŞ Ukraynadakı müharibədə iştirak etmir” - Sallivan
Bu gün, 12:06
“Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” - maləsəf... BU FAKTDIR...
Bu gün, 12:03
Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü
Bu gün, 12:01
“Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru