Azərbaycanda İFLİC OLAN SİSTEM - süründürməçilik, narazılıq...
Tarix: 11-09-2018, 17:06 | Çap et
Sığorta şirkətlərinin fəaliyyətini qənaətbəxş hesab etmək olmaz. Çünki bu şirkətlərin xidmətlərindən istifadə edənlərin əksəriyyəti şikayətçidir. Sığorta halları daha çox avtomobillərlə bağlı baş verdiyi üçün şikayətçilərin də çoxu sürücülərdir. Ən çox şikayət halları isə sığorta şirkətlərinin süründürməçiliyə, sığorta hadisəsi nəticəsində dəymiş zərərin ödənişində gecikmələrə (bəzi hallarda məbləğin, ümumiyyətlə, ödənilməməsinə) yol verməsindən qaynaqlanır.
Bütün bunların nəticəsidir ki, əhali sığorta şirkətlərinə inanmır, etibar etmir. Mümkün qədər sığorta şirkətləri ilə əlaqədə olmaqdan imtina edir. Avtomobil sığortası məcburi olduğu üçün sürücülər sığorta şirkətlərindən yayına bilmir. Bu da yuxarıda göstərilən halların tez-tez yaşanmasına səbəb olur. Bir neçə gün öncə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev ona edilən müraciət əsasında “Atəşgah” Sığorta Şirkətinin timsalında ölkədəki sığorta sisteminin mövcud durumunu müzakirəyə çıxardı. Razi Nurullayevin başlatdığı müzakirə dəstəksiz qalmadı. Yüzlərlə sosial şəbəkə istifadəçisi Razi Nurullayevin səsləndirdiyi fikirlərə dəstəyini ifadə etdi, demək olar ki, bütün mətbuat orqanları da AXCP sədrinin fikirlərini işıqlandırdı. Yazılan şərhlərdən bir daha açıq şəkildə göründü ki, sığorta şirkətlərinin fəaliyyəti insanları qane etmir və ciddi narazılıq yaradır.
Nəticədə bir daha bəlli oldu ki, əhalinin böyük bir hissəsi sığorta şirkətlərinə inanmır. Bunun səbəbi nədir? Əhalinin sığorta şirkətlərinə inamını bərpa etmək üçün hansı addımları atmaq lazımdır?
İqtisadçı-alim Fuad İbrahimov “Cümhuriyət” qəzetinə açıqlamasında sığorta şirkətlərinin göstərdiyi xidmətlərdə mövcud olan problemlərin səbəbini açıqlayıb. F.İbrahimov hesab edir ki, sığorta şirkətləri sağlam rəqabət mühitinin olmamasından sui-istifadə edirlər: “Sığorta şirkətlərinin fəaliyyəti qənaətbəxş deyil. Maarifləndirici tədbirlər son dərəcə aşağı səviyyədədir. Məsələn, icbari sığorta olduğundan avtomobil sahibləri sığorta etdirmədikdə yol polisi tərəfindən cərimələnirlər. Kameralar tərəfindən müəyyənləşdiriləndə ki, avtomobil icbari sığorta olunmayıb, sürücü cərimələnir. Belə olduğu üçün sığorta şirkətlərində bir arxayınlıq yaranır ki, bazar onsuz da onlarındır. Ona görə də süründürməçilik halları baş verir. Ancaq bu proses sağlam rəqabət şəklində olsaydı, o zaman ən azı vətəndaş xidmətin səviyyəsini görə bilərdi.
Elə bir şığorta şirkəti yoxdur ki, vətəndaşlar birmənalı şəkildə ondan razı olsun. Razı olanlar o insanlardır ki, telefon vasitəsilə avtomobilini sığortalayır və sığorta polisini evə gətirir. Ancaq bu xidmətlərdən razı qalırlar. Sığorta hadisəsi baş verdikdə isə sığorta polisləri hadisə yerinə gec gəlirlər, süründürməçiliyə yol verirlər, lüzumsuz arayışlar tələb edirlər. Yol polisindən qeydiyyat tələb edirlər, qəzaya görə cəza ödətdirirlər. Elə bir vəziyyət yaradırlar ki, vətəndaşa qəzada 100 manat zərər dəyibsə, əlavə olaraq 120-130 manat da xərci çıxır. Ona görə də bir çox hallarda qəza baş verəndə avtomobil sahibləri sığorta şirkətinə zəng etmirlər, öz aralarında süni sövdələşməyə gedirlər. Bu cür hallar çoxdur, bunun da qarşısını almaq üçün konkret dövlət qurumu olmalıdır. Heç olmasa qaynar xətt olmalıdır ki, vətəndaş şikayətini desin, həll olunsun. Bu da yoxdur. Əvvəl Maliyyə Nazirliyində idi bu nəzarət, indi isə Maliyyə Bazarlarına Nəzarət Palatasındadır. Amma problemlər olduğu kimi qalır, narazılıqlar davam edir”.
Bəs sığorta şirkətlərində olan problemlərin aradan qaldırılması üçün hansı tədbirlər görülməlidir? F.İbrahimov hesab edir ki, bunun üçün qanunverici bazada dəyişikliyə ehtiyac var: “Bu gün qanunvericilikdə sağlam rəqabət fonu yaransa və sığorta şirkətləri görsə ki, müştərilər artıq başqa istiqamətdə gedir, ancaq o, zaman məcbur olub xidmət göstərəcəklər. Hazırda isə sığorta şirkətləri rahatdır, müştəri bazaları var. Müştəri bazası isə qanunvericiliyin tələbinə uyğun olaraq özlərinin müraciəti ilə formalaşır. Ona görə də xidmət yoxdur. Xidmət səviyyəsinin artırılması üçün gərək sağlam mühit olsun, o da ki, yoxdur”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Bu gün, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Bu gün, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Bu gün, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Bu gün, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Bu gün, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Bu gün, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Bu gün, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Bu gün, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Bu gün, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Bu gün, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Bu gün, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Bu gün, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Bu gün, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56 |
|
|
|
• Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54 |
|
|
|
• "Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45 |
|
|
|
• Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
• İran gizli şəkildə Xamneyinin varisini seçdi - onun haqqında məlum olanlar
Bu gün, 12:39 |
|
|
|
• MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - FOTOLAR
Bu gün, 12:29 |
|
|
|
• Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib
Bu gün, 12:21 |
|
|
|
• “Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən GÖRÜN NƏ ÇIXDI
Bu gün, 12:19 |
|
|
|
• “Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:08 |
|
|
|
• “ABŞ Ukraynadakı müharibədə iştirak etmir” - Sallivan
Bu gün, 12:06 |
|
|
|
• “Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” - maləsəf... BU FAKTDIR...
Bu gün, 12:03 |
|
|
|
• Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü
Bu gün, 12:01 |
|
|
|
• “Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:56 |
|
|
|
• Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub -EKSPERT ŞƏRHİ
Bu gün, 11:54 |
|
|
|
• "Söyüş söydüyünə görə vintaçanla vurdum" - Salam almaq üstündə qətl
Bu gün, 11:52 |
|
|
|
• "Respublikanski" “köçürüldü", xəstələr yollarda qaldı - GİLEY
Bu gün, 11:50 |
|
|
|
• Ərini öldürüb həbsdə ana olan Əfsanənin dramı... - TƏFƏRRÜAT
Bu gün, 11:48 |
|
|
|
• Messi Ağ Evin qapısına zərbə vurmaq istəyir – İmpiçment çağırışı
Bu gün, 11:46 |
|
|
|
• COP29 çərçivəsində hansı sazişlər imzalanıb? - AKTUAL
Bu gün, 11:37 |
|
|
|
• Minimum əməkhaqqı və minimum pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub - Nazirdən MÜJDƏ
Bu gün, 11:33 |
|
|
|
• Rəsmi rəqəmlər deyir, ARTIM VAR... reallıq isə... - FOTOFAKT
Bu gün, 11:31 |
|
|
|
• Agentlikdə yeni sədr müavini TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:21 |
|
|
|
• Marketlərdə satılan farş nə ətindən hazırlanır? - Qəssabdan şok AÇIQLAMA
Bu gün, 11:20 |
|
|
|
• "Hizbullah" ABŞ-nin atəşkəs təklifi ilə razılaşıb" - Reuters
Bu gün, 11:18 |
|
|
|
• Sülh prosesində iki çətin məsələ hansıdır? - Detallar açıqlandı
Bu gün, 11:01 |
|
|
|
• Generalın həyat yoldaşına vəzifə verildi - ƏMR
Bu gün, 10:59 |
|
|
|
• Sülh yaxud müharibə: Bölgə üçün son seçim belədir... - AKTUAL
Bu gün, 10:48 |
|
|
|
• Ağdərənin bu kəndində 1,5 milyon manatlıq yenidənqurma işlərinə başlanılır
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycan cəmiyyətinin Peloniyə reaksiyası çox təbiidir - RƏY
Bu gün, 10:36 |
|
|
|
• “Freedom House”dən görünməmiş həyasızlıq - Bakıdan şillə kimi cavab
Bu gün, 10:34 |
|
|
|
|