Bakıda dövlət xəstəxanasında BİABIRÇILIQ: - Əməliyyat edilən xəstə iflic oldu
Tarix: 27-11-2018, 13:17 |
Çap et
Bakıda dövlət xəstəxanasına yerləşdirilən xəstə əməliyyatdan sonra iflic olub.
Unikal.org-un əldə etdiyi məlumata görə, hadisə bu gün Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasında baş verib.
Belə ki, 1962-ci il təvəllüdlü Akif Paşayev prostat əməliyyatı keçirib. Xəstə əməliyyatdan iflic olub və komaya düşüb. Hazırda A. Paşayev reanimasiyaya yerləşdirilib.
Xəstənin yaxınları baş verən hadisədə həkimləri günahkar bilir:
Dünən A.Paşayev prostat əməliyyatı keçirib. Bu gün səhərə yaxın səhhəti kəskin pişləşdi. Bunun üçün səhər saat 07:00-də Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasından həkim çağrılsa da, nevropatoloq 3-4 saatdan sonra gəlib çıxıb. Həkim gəlib, əməliyyat etsə də xəstənin səhhətində heç bir irəliləyiş qeydə alınmayıb. Əksinə A.Paşayevin vəziyyəti daha da ağırlaşıb. Xəstə hazıda komadadır.