“Amrahbank” çökməyə doğru - Gəlirləri iki dəfə azalıb
Tarix: 10-01-2019, 13:17 |
Çap et
"Amrahbank” ASC-nin faiz gəlirləri 2 dəfəyə qədər azalıb.
BakuPost-un məlumatına görə, 2018-ci ilin üçüncü rübündə bankın faiz gəlirləri 5 milyon 975 min 567,17 manat olub.
Bu, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə azdır. 2017-ci ilin 3-cü rübündə bankın faiz gəlirləri 10 milyon 382 min 363.68 manat təşkil edib.
Faiz xərclərində isə ciddi dəyişiklik qeydə alınmayıb. 2017-ci ilin üçüncü rübündə "Amrahbank” ASC-nin faiz xərcləri 8 milyon 375 min 827.11 manat, 2018-ci ilin üçüncü rübündə isə 8 milyon 355 min 493 manat olub. Ancaq diqqət çəkən məqam bankın 2018-ci ilin üçüncü rübündə faiz gəlirlərinin faiz xərclərindən az olmasıdır. Bankın həmin dövrdə faiz gəlirləri (5 milyon 975 min 567,17 ) faiz xərclərindən (8 milyon 355 min 493 manat) 2 milyon 379 min 925.83 manat, yəni 29 faiz az olub.
Qeyd edək ki, bankların gəlir formalaşdırmaqda çətinlik çəkməsi gələcəkdə son nəticədə zərərlə fəaliyyət göstərmələrinə, kapitallarının bir hissəsini itirməsinə və son nəticədə fəaliyytələrini dayandırmasına səbəb ola bilər. Faiz gəlirlərinin azalması müştərilərə verilən kreditlərin azalması ilə bağlıdır.