“Freedom House”dən görünməmiş həyasızlıq .....                     Aİ-95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənəcək .....                     “Ruslar o templə Avropaya yönəlsəydi, indi bir çox dövlətlər Tatarıstan statusundaydı” .....                     ADAU-da büdcə pulları BELƏ MƏNİMSƏNİLİR... .....                     Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb .....                     “İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” .....                     NİYƏ 285 MANAT?... .....                     Frank Peloni Bakıda kimlərlə görüşəcəkdi? .....                     Vasif Talıbovun yaratdığı PROBLEM... .....                     Tələbələrin təqüdü 285 manata qədər artırıla bilər .....                     Ermənistan ATƏT-ə missiya rəhbəri .....                     Paşinyan üzünü qırxmağı da bir həftə öncə komanda üzvləri ilə müzakirə edib... .....                     Azərbaycanda nəqliyyat şirkəti .....                     “İstifadə edilməyən məzuniyyətə görə kompensasiya ödənilməlidir” .....                     Oqtay Şirəliyevin tibb müəssisəsi yüksək məbləğdə cərimələndi .....                     "Şöbə müdiri deyir ki, Maştağadan həkim gətizdirib sizi yoxlatdıracağam, narkomansınız..." .....                     Milli Məclisin vəzifəli şəxsi qəfil ürəktutmadan vəfat etdi .....                     Paytaxtda dilimizə sayğısızlıq .....                     Ukrayna COP29 çərçivəsində İqlim Klubu Qlobal Platformasına qoşulub .....                     Keçmiş arvadını azyaşlı oğlunun gözləri qarşısında öldürmək istəyən şəxsə .....                     Ermənilər bu ölkənin torpaqlarını ələ keçirir .....                     Nə üzlə gəlmişdi, nə sözlə getdi .....                     Bərdədə QOÇULUQ EDƏN KİMDİR? .....                     Göygöldə moruq festifalı təşkil edən “TASK HUB” MMC-nin Zəfər Qurbanovla nə kimi əlaqəsi var .....                     Göyçay sakini özbaşınalıqla ÜZ-ÜZƏ... .....                     Kəlbəcərin azad edilməsindən 4 il ötür .....                     Kəlbəcərin işğaldan azad olunması tarixi hadisədir .....                     "Mən hardan bilim ki bunlar dələduzluqda, yola verməkdə peşəkardırlar..." .....                     Xaçmazda problemlər BUNA GÖRƏ QALIR... .....                     Müştərisindən `Azercell`ə LAYİQLİ QİYMƏT .....                     Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri... .....                     Müxalifətin aksiyası dağıdıldı .....                     İlham Məmmədova ağır itki üz verib .....                     Rayonlar öz xərclərini ödəmək üçün pulu nədən qazanacaq? .....                     2025-ci il büdcəsi üçün riskli neft proqnozu: Qara qızıl kəskin ucuzlaşarsa... .....                     Eskalasiya riski artır: Ermənistan sülhə məcbur ediləcək .....                     "Valideynimin səhhətində olan problemə görə buradayam" .....                     Mərc oyunları aludəçiliyi: zənginlik arzusu, yoxsa emosional ehtiras? .....                     "Azərbaycan ərazilərinə basdırılan minalar da insan hüquqlarının kobud pozulmasıdır..." .....                     Bu “erməni” Bakıya hansı məqsədlə gəlmişdi? .....                 

"Vergilər Nazirliyi ictimaiyyətə məlumat verməlidir ki..." - Maneələr kimlərdən və nələrdən ibarətdir?
Tarix: 20-02-2019, 12:50 | Çap et
"Vergilər Nazirliyi ictimaiyyətə məlumat verməlidir ki..."
Bu ilin yanvar ayında Azərbaycanda 5 929,5 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal edilib.

Dövlət Statistika Komitəsi xəbər verir ki, bu, ötən ilin yanvar ayı ilə müqayisədə 2,9 faiz çoxdur. Son 1 ildə adambaşına düşən ÜDM-in dəyəri isə 2,1 faiz artaraq 601,1 manata çatıb. Hesabat dövründə ölkədə istehsal olunmuş əmtəə və xidmətlərin 57,4 faizi və yaxud 3 405,4 milyon manatlıq hissəsi qeyri-neft sektorunun payına düşüb.

Bu, illik müqayisədə 2,7 faiz çoxdur. Ay ərzində sənaye məhsullarının istehsal dəyəri isə 3 769,7 milyon manat təşkil edib. Bu isə 1 il əvvəllə müqayisədə 3,4 faiz çoxdur. O cümlədən, qeyri-neft sənayesi məhsullarının istehsal dəyəri 13,8 faiz artaraq 846,8 milyon manata yüksəlib.

Maraqlıdır, 3 faizlik artım nəyin hesabına baş verib?

İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə bildirib ki, ötən ilin ümumi göstəriciləri noyabr ayına qədər illik hesabatda 1 faizdən aşağı idi:

"Noyabrdan başlayaraq birdən-birə göstəricilərdə ciddi yaxşılaşma qeydə alındı və il sonunda ÜDM-də 1.5 faizə yaxın artımın olduğu açıqlandı. Artım trendi keçən ildən başlayıb. Çox qısa zamanda ÜDM nəzərəçarpacaq dərəcədə artımı üçün kifayət qədər səbəblər olmalıdır. Ötən il ilboyu ÜDM-in 1 faiz civarında olması və yanvar ayında birdən-birə artımın 2.9 faizə qədər artması ciddi suallar yaradır. Yəni, nə baş verə bilərdi ki, ÜDM-in artım tempi 3 dəfəyə qədər artsın? Təəssüf ki, Statistika Komitəsi bunun analitik hissəsini verməyib. Qənaətimcə, burada söhbət ciddi istehsalın artımından getmir, söhbət hesabatlılığın və uçotun daha yaxşılaşdırılmasından gedir. İstər Gömrük Komitəsi, istərsə də Vergilər Nazirliyi olsun hesablılıq təkminləşdirilməlidir. Kölgə iqtisadiyyatının aradan qaldırılması istiqamətində müəyyən rəsmiləşdirmə prosesi aparılıb. Elə bunun təsdiqi kimi, ötən gün vergilər naziri Mikayıl Cabbarov “Vergilər. Şəffaflıq. İnkişaf” adlı forumda deyib ki, 2018-ci ildə iri topdansatış müəssisələrində aparılan vergi nəzarəti zamanı 930 milyon manatlıq dövriyyənin gizlədildiyi aşkar edilib. Belə ki, vergi orqanlarının keçən il iri topdansatış müəssisələrində apardığı vergi nəzarəti tədbirləri zamanı 930 milyon manat, şəbəkə marketləri üzrə 122 milyon manat, özəl tibb xidmətləri sahəsində 230 milyon manatdan çox dövriyyənin gizlədildiyi aşkar olunub. Vergidən yayınan vəsaitlərin yenidən dövriyyəyə qaytarılması və vergi hesabatlarının artırılması, hesabatlılığın yaxşılaşmasına xidmət edir. Hesab edirəm ki, iqtisadiyyatda ciddi istehsal artımından söhbət getmir. Azərbaycanda ÜDM-in artımına ən çox təsir edən neft qiymətləridir. Müqayisə üçün qeyd edim ki, son bir ayda neft qiymətləri ötən ilin noyabr-dekabr aylarına nisbətən artıb. İlin sonunda minimal qiymət 49 dollar idisə, indi 65-66 dollara qədər qalxıb. Təqribən 15 dollar civarında olan artımın da təsirləri var. Amma əsas təsirlərdən biri hesaba alınmanın artmasının nəticəsi kimi, ÜDM-də müəyyən artımın olduğunu demək olar”.

Vergidən yayınan vəsaitlərin aqibətinə gəlincə, analitik qeyd edib ki, rəsmi rəqəmlərə görə, vergi toplamalarında ciddi artım olmayıb:

“Bu, onu deməyə əsas verir ki, vergidən yayınma təsbit olunub, amma onun qərarlarla vergiyə və büdcəyə cəlb olunması hələ vaxt alacaq. Çünki topdansatış müəssisələrindən və eləcə də özəl klinikalardan bu qədər vəsaiti birdən-birə almaq və büdcəyə köçürmək mümkünsüzdür. Biznes strukturları ilə Vergilər Nazirliyi arasında müəyyən danışıqların olma ehtimalı var. Bu halda bəlli zaman kəsimində vergi borclarının büdcəyə köçürülməsi prosesi baş verə bilər. Bunu Vergilər Nazirliyinin vergi yığımı ilə bağlı açıqladığı aylıq hesabatlardan sonra biləcəyik. Əgər növbəti hesabatda ciddi artım müşahidə olunacaqsa, deməli, vergidən yayınan dövriyyənin vergiyə cəlb olunması prosesi başlayıb. Əgər vergi yığımlarında ciddi artım olmasa, deməli, bu, söz olaraq qalır, həyata keçirmək üçün müəyyən maneələr var. Bu zaman Vergilər Nazirliyi ictimaiyyətə məlumat verməlidir ki, təsbit olunmuş qanun pozuntularını yerinə yetirmək, vəsaiti dövlət büdcəsinə cəlb etmək nəyə görə mümkün olmur? Maneələr kimlərdən və nələrdən ibarətdir? Bu kimi açıqlamalar şəffaflıq baxımından məqbul sayılır”.

Natiq Cəfərli onu da qeyd edib ki, dünya iqtisadiyyatında baş verən proseslərin Azərbaycana təsirləri ancaq neft qiymətləri üzərindəndir:

“Çox təəssüf ki, Azərbaycanda işlək iqtisadi mexanizmlər, institutlar yaradılmayıb. Ölkədə qiymətli kağızlar, səhm, eləcə də valyuta bazarları yoxdur. Buna görə də, dünyada baş verən proseslərin Azərbaycan iqtisadiyyatına tez təsirlərini görmürük. Dünya iqtisadiyyatında təhlükəli tendensiyalar var. Amma bunun Azərbaycan iqtisadiyyatına təsirləri ancaq neft qiyməti üzərindən olur. Nə ilə nəticələnəcəyi məlum olmayan İngiltərənin Avropa Birliyindən çıxması prosesi də dünya iqtisadiyyatına təsir göstərir. Bundan əlavə, Çinlə ABŞ arasında gedən ticarət müharibəsi haqda pozitiv siqnallar verilsə də, amma hələ danışıqlar yekunlaşmayıb. Bu da ticarət müharibələrinin qızışmasına və dünya ticarətinin zəifləməsinə səbəb olur. Azərbaycanda iqtisadi institutlar olmadığına görə, birbaşa təsirlərdən sığortalanıb”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Freedom House”dən görünməmiş həyasızlıq - Bakıdan şillə kimi cavab
Bu gün, 10:34
Aİ-95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənəcək - AÇIQLAMA
Bu gün, 10:32
“Ruslar o templə Avropaya yönəlsəydi, indi bir çox dövlətlər Tatarıstan statusundaydı” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:21
ADAU-da büdcə pulları BELƏ MƏNİMSƏNİLİR... - BU DA FAKT!
Bu gün, 10:15
Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb
Bu gün, 10:04
“İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” – Vətəndaşdan haqlı narazılıq
Bu gün, 10:03
NİYƏ 285 MANAT?... - Və ya bir ailənin aylıq minimum yaşam xərci nə qədərdir?
Bu gün, 09:57
Frank Peloni Bakıda kimlərlə görüşəcəkdi? - AÇIQLAMA
Bu gün, 09:49
Vasif Talıbovun yaratdığı PROBLEM... HƏLƏ DƏ QALIR...
Bu gün, 09:48
Tələbələrin təqüdü 285 manata qədər artırıla bilər - MÜJDƏ
Bu gün, 09:42
Ermənistan ATƏT-ə missiya rəhbəri TƏYİN ETDİ
Bu gün, 09:39
Paşinyan üzünü qırxmağı da bir həftə öncə komanda üzvləri ilə müzakirə edib... - “Hraparak”
Bu gün, 09:37
Azərbaycanda nəqliyyat şirkəti - LƏĞV EDİLİR
Bu gün, 09:32
“İstifadə edilməyən məzuniyyətə görə kompensasiya ödənilməlidir” - QANUN BELƏ DEYİR...
Bu gün, 09:28
Oqtay Şirəliyevin tibb müəssisəsi yüksək məbləğdə cərimələndi - SƏBƏB
Bu gün, 09:23
"Şöbə müdiri deyir ki, Maştağadan həkim gətizdirib sizi yoxlatdıracağam, narkomansınız..." - Qarabağ qazisinə YAĞI MÜNASİBƏTİ?
Bu gün, 09:21
Milli Məclisin vəzifəli şəxsi qəfil ürəktutmadan vəfat etdi - FOTO
Bu gün, 09:17
Paytaxtda dilimizə sayğısızlıq -qanunu pozanlar niyə cəzalandırılmır?
Bu gün, 09:16
Ukrayna COP29 çərçivəsində İqlim Klubu Qlobal Platformasına qoşulub
Bu gün, 09:15
Keçmiş arvadını azyaşlı oğlunun gözləri qarşısında öldürmək istəyən şəxsə AĞIR CƏZA
Bu gün, 09:13
Ermənilər bu ölkənin torpaqlarını ələ keçirir – Hiyləgər plan etirazlara səbəb oldu
Bu gün, 09:11
Nə üzlə gəlmişdi, nə sözlə getdi – Konqresmenin etdiklərinin bədəli
Bu gün, 09:10
Bərdədə QOÇULUQ EDƏN KİMDİR? - GİLEY
Bu gün, 09:08
Göygöldə moruq festifalı təşkil edən “TASK HUB” MMC-nin Zəfər Qurbanovla nə kimi əlaqəsi var - İLGİNC FAKTLAR...
Bu gün, 09:00
Göyçay sakini özbaşınalıqla ÜZ-ÜZƏ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:56
Kəlbəcərin azad edilməsindən 4 il ötür - MƏQALƏ
Bu gün, 08:53
Kəlbəcərin işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
Bu gün, 08:52
"Mən hardan bilim ki bunlar dələduzluqda, yola verməkdə peşəkardırlar..." - NARAZILIQ VAR...
Bu gün, 08:51
Xaçmazda problemlər BUNA GÖRƏ QALIR... - İLGİNC YANAŞMA...
Bu gün, 08:43
Müştərisindən `Azercell`ə LAYİQLİ QİYMƏT - FOTO
Bu gün, 08:36
Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri... - Ekspert danışır...
Bu gün, 08:30
Müxalifətin aksiyası dağıdıldı - Tiflisdə SON DURUM
Bu gün, 08:24
İlham Məmmədova ağır itki üz verib
Bu gün, 07:36
Rayonlar öz xərclərini ödəmək üçün pulu nədən qazanacaq? - AÇIQLAMA
Bu gün, 07:33
2025-ci il büdcəsi üçün riskli neft proqnozu: Qara qızıl kəskin ucuzlaşarsa... - İNCƏLƏMƏ
Bu gün, 07:30
Eskalasiya riski artır: Ermənistan sülhə məcbur ediləcək - "Bu sülh prosesini dalana salır"
Bu gün, 07:23
"Valideynimin səhhətində olan problemə görə buradayam" - VİDEO
Bu gün, 07:09
Mərc oyunları aludəçiliyi: zənginlik arzusu, yoxsa emosional ehtiras? - PROBLEM
Bu gün, 07:04
"Azərbaycan ərazilərinə basdırılan minalar da insan hüquqlarının kobud pozulmasıdır..." - deputat
Bu gün, 06:40
Bu “erməni” Bakıya hansı məqsədlə gəlmişdi? – Bir səfərin pərdəarxası
Bu gün, 06:34
“Başıma o boyda faciə gəldi ölmədim, amma... - bu gün ölürəm, məni öldürürlər”
Bu gün, 06:31
"Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42
Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38
SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32
Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29
Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24
Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02
Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39
Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35
Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru