Sülh prosesində iki çətin məsələ hansıdır? .....                     Generalın həyat yoldaşına vəzifə verildi .....                     Sülh yaxud müharibə: Bölgə üçün son seçim belədir... .....                     Ağdərənin bu kəndində 1,5 milyon manatlıq yenidənqurma işlərinə başlanılır .....                     Azərbaycan cəmiyyətinin Peloniyə reaksiyası çox təbiidir .....                     “Freedom House”dən görünməmiş həyasızlıq .....                     Aİ-95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənəcək .....                     “Ruslar o templə Avropaya yönəlsəydi, indi bir çox dövlətlər Tatarıstan statusundaydı” .....                     ADAU-da büdcə pulları BELƏ MƏNİMSƏNİLİR... .....                     Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb .....                     “İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” .....                     NİYƏ 285 MANAT?... .....                     Frank Peloni Bakıda kimlərlə görüşəcəkdi? .....                     Vasif Talıbovun yaratdığı PROBLEM... .....                     Tələbələrin təqüdü 285 manata qədər artırıla bilər .....                     Ermənistan ATƏT-ə missiya rəhbəri .....                     Paşinyan üzünü qırxmağı da bir həftə öncə komanda üzvləri ilə müzakirə edib... .....                     Azərbaycanda nəqliyyat şirkəti .....                     “İstifadə edilməyən məzuniyyətə görə kompensasiya ödənilməlidir” .....                     Oqtay Şirəliyevin tibb müəssisəsi yüksək məbləğdə cərimələndi .....                     "Şöbə müdiri deyir ki, Maştağadan həkim gətizdirib sizi yoxlatdıracağam, narkomansınız..." .....                     Milli Məclisin vəzifəli şəxsi qəfil ürəktutmadan vəfat etdi .....                     Paytaxtda dilimizə sayğısızlıq .....                     Ukrayna COP29 çərçivəsində İqlim Klubu Qlobal Platformasına qoşulub .....                     Keçmiş arvadını azyaşlı oğlunun gözləri qarşısında öldürmək istəyən şəxsə .....                     Ermənilər bu ölkənin torpaqlarını ələ keçirir .....                     Nə üzlə gəlmişdi, nə sözlə getdi .....                     Bərdədə QOÇULUQ EDƏN KİMDİR? .....                     Göygöldə moruq festifalı təşkil edən “TASK HUB” MMC-nin Zəfər Qurbanovla nə kimi əlaqəsi var .....                     Göyçay sakini özbaşınalıqla ÜZ-ÜZƏ... .....                     Kəlbəcərin azad edilməsindən 4 il ötür .....                     Kəlbəcərin işğaldan azad olunması tarixi hadisədir .....                     "Mən hardan bilim ki bunlar dələduzluqda, yola verməkdə peşəkardırlar..." .....                     Xaçmazda problemlər BUNA GÖRƏ QALIR... .....                     Müştərisindən `Azercell`ə LAYİQLİ QİYMƏT .....                     Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri... .....                     Müxalifətin aksiyası dağıdıldı .....                     İlham Məmmədova ağır itki üz verib .....                     Rayonlar öz xərclərini ödəmək üçün pulu nədən qazanacaq? .....                     2025-ci il büdcəsi üçün riskli neft proqnozu: Qara qızıl kəskin ucuzlaşarsa... .....                 

Qəzənfər Ağayev heç bu kəndə ayaq basıbmı? - GİLEY
Tarix: 26-03-2019, 11:38 | Çap et
Qəzənfər Ağayev heç bu kəndə ayaq basıbmı?
Vaqo kəndi Astara rayon məkəzindən uzaqda yerləşir. Oradan Bakı-Astara yoluna isə çox yaxındır. Kənddə müasir tipli məktəb binası inşa edilib, əsas yolları asfaltlaşdırılıb. Ancaq Kəndin mərkəzindən uzaqlaşdıqca mənzərə dəyişir. Asfalt yol qurtarır, torpaq yol başlayır. Torpaq yolda 100-150 metr uzunluqda elə bir problem yoxdur. Ondan sonra yolda su çalaları, çamur qarşımızı kəsir. Bizi qarşılayan kənd sakinlərinin məsləhətinə qulaq asıb, ayaqqabımızı dəyişirik. Kənd sakini Zeydulla Cəbiyev deyir ki, 3-4 ildir yolla bağlı yuxarı təşkilatlara şikayət edirlər:

“Bura kəndin sonudur. Sağımız da, solumuz da dağdır. Kəndin mərkəzindən buraya 4 kilometrdir. Bu yolun 2 kilometri yararsızdır. İndi bir az yaxşıdır. Yağış yağdı, yol keçilməz olur. Bu ətrafda 100-dən yuxarı ev var, 50-60 uşaq məktəbə gedir. Uşaqların əksəriyyəti bu yolu gedə bilmir. Uşaqlarımız savadsız böyüyür. Əlifbanı bilmirlər, kitab oxumurlar. Savadsız nəsil yetişir. Dedik ki, kömək edin heç olmasa yolun bir kilometrini düzəldək. Vəd verdilər. Hətta bizdən pul topladılar. Amma heç nə etmədilər.”

​“QIŞDA BURALAR KEÇİLMƏZ OLUR”

Elektirk naqilləri ağaclara, payalara bərkidilib. Elektirk dirəklərini görmədik. Kənd sakinləri deyir ki, külək əsəndə, qar yağanda işıq həftələrlə kəsilir. Sakinlərdən Gülarə Cəfərova belə yaşayışdan bezdiklərini dilə gətirir:

“Bizdə təkcə yol problem deyil. İşıq qismən olsa da, təbii qaz ümumiyyətlə yoxdur. Beş nəvəm var, hamısı da oğlandır. Sabah gələcək, mənə deyəcək ki,əsgərə göndər. Onu demək istəyirəm ki, uşaqlarımız gün görmürlər. Savad yoxdur. Müəllimlər də xəbər göndərirlər ki, uşaqlar dərsə gəlsinlər. Yol pisdir. Uşaq necə dərəsə getsin? Qışda buralar keçilməz olur. Mənim 70 yaşım var. Gecə oldu işıq yanmır, qarşımdakı xörəyi görmürəm. Əvvəllər sayğac yox idi. Sayğac qoydular, məni 170 manat cərimə etdilər. Mən bu pulu haradan gətirim? ”

​Kəndin 12 yaşlı sakini Elməddin Nəhmətov dərs ilində çox az məktəbə getdiyini söyləyir:

“Vaqo kənd orta məktəbinin beşinci sinfində oxuyuram.Yol palçıqdır, gedə bilmirəm, qorxuram. Keçdiymiz körpülər təhlükəlidir.”

“ÜÇ UŞAĞIM VAR MƏKTƏBƏ GETMİRLƏR”

Kəndin digər sakini Göyərçin Mahmudova da yola görə uşaqlarını məktəbə göndərə bilmədiyini söyləyir. Eyni məsələni sakinlərdən Aynur Kərimova da dilə gətirir :
“Üç uşağım var. İbtidai siniflərdə oxuyurlar. Məktəbə getmirlər. Yola görə göndərə bilmirəm. Məktəbə 4 kilomter yoldur, iki kilometri bu gündədir. Demək olar ki, yol keçilməzdir. Uşaq palçığa, çaya düşə bilər. Yol olsa bir maşın tutub məktəbə göndərərik.”

Həyətlərdə doğranmış odun gözə dəyir. Kənd sakinlərindən biri atına odun yükləyib aparırdı. Sakinlər deyir ki, yeməklərini də odun sobasında bişirirlər. Hər evdə maye yanacaqla işləyən lampa və odun sobası var.

“BURDA HEÇ KİMDƏ KOMPUTER YOXDUR”

Kənd sakini Araz Səmədov isə deyir ki, işsizlik nəzərə alınmasa, bu kəndin əsasən 3 problemi var:
“Birinci yoldur. Payızda, qışda yol demək olar ki, keçilməz olur. Vaqo kəndin mərkəzində yol asfaltlaşdırılıb, təbii qaz və elektirk enerjisi var. Biz kəndin sonunda yaşayırıq. Bizdə cəhənnəmdir. Yolu gördüz. İkinci əsas problem elektirk xəttinin yarıtmaz halda olmasıdır. Elektirk xəttini öz hesabımıza çəkmişik. 2015-ci ilə kimi evlərdə elektrik sayğacı olmayıb. Ondan sonra sayğac qoydular və əhalini cərimə etdilər. Mənə 574 manat cərimə yazdılar. Halbuki, ayda 2 manatdan da az işıq yandırıram. Çünki bizə işıq vermirlər. Verəndə də zəif yanır .Gecə saat birə kimi işıq olmur. Lampa işığında qalırıq. Keçən əsirdə olduğu kimi. Soyuducular, televizorlar işləmir. Üçüncü əsas problem, təbbi qazın olmamasıdır. Halbuki, əsas qaz xətti kəndin içindən keçir. Amma bizə vermirlər. Odun sobası yandırırıq. Siz internet deyirsiniz, bizə yuxu kimi gəlir. Burda heç kimdə kompyuter yoxdur”.

​RƏSMİLƏR NƏ DEYİR?

Rəsmilər isə kənd sakinlərin dediklərini qərəzli hesab edirlər.

Vaqo kəndi Siyəkü kənd inzibati ərazi dairəsinə daxildir. Ordan bizə bildirdilər ki, Vaqo kəndində təbi qaz var, yollar da asfaltlaşdırılıb.

Rəsmilər habelə vurğuladılar ki, şikayətçilərin olduğu sözü gedən ərazilərdə evlər yeni tikilib. Yeni tikilən evlərə isə, hələlik, qaz xətti çəkilməyib.
Siyəkü bələdiyyəsinin sədri Usaməddin Hüseynov isə həmin ərazidə yolla bağlı problemin olduğunu təsdiq etdi:

“Dəfələrlə bu məsələ qaldırılıb. Orada yolun çəkilişi Dövlət Proqramına salınıb. Yol asfaltlaşdırılacaq.”

Astara rayon Elektirk Şəbəkəsi-ndə də onların ünvanına deyilənlərlə razılaşmadılar:

“Bütün evlərdə sayğac var.Yalınız qaydanı pozanlar cərimə olunurlar.”

Astara rayon Təhsil Şöbəsində isə yolla bağlı deyilənləri bahanə sayırlar. Üstəlik, onların deməsinə görə, uşaqların dərs davamiyyətlərində problem yoxdur.

Qəzənfər Ağayev heç bu kəndə ayaq basıbmı?










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sülh prosesində iki çətin məsələ hansıdır? - Detallar açıqlandı
Bu gün, 11:01
Generalın həyat yoldaşına vəzifə verildi - ƏMR
Bu gün, 10:59
Sülh yaxud müharibə: Bölgə üçün son seçim belədir... - AKTUAL
Bu gün, 10:48
Ağdərənin bu kəndində 1,5 milyon manatlıq yenidənqurma işlərinə başlanılır
Bu gün, 10:46
Azərbaycan cəmiyyətinin Peloniyə reaksiyası çox təbiidir - RƏY
Bu gün, 10:36
“Freedom House”dən görünməmiş həyasızlıq - Bakıdan şillə kimi cavab
Bu gün, 10:34
Aİ-95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənəcək - AÇIQLAMA
Bu gün, 10:32
“Ruslar o templə Avropaya yönəlsəydi, indi bir çox dövlətlər Tatarıstan statusundaydı” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:21
ADAU-da büdcə pulları BELƏ MƏNİMSƏNİLİR... - BU DA FAKT!
Bu gün, 10:15
Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb
Bu gün, 10:04
“İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” – Vətəndaşdan haqlı narazılıq
Bu gün, 10:03
NİYƏ 285 MANAT?... - Və ya bir ailənin aylıq minimum yaşam xərci nə qədərdir?
Bu gün, 09:57
Frank Peloni Bakıda kimlərlə görüşəcəkdi? - AÇIQLAMA
Bu gün, 09:49
Vasif Talıbovun yaratdığı PROBLEM... HƏLƏ DƏ QALIR...
Bu gün, 09:48
Tələbələrin təqüdü 285 manata qədər artırıla bilər - MÜJDƏ
Bu gün, 09:42
Ermənistan ATƏT-ə missiya rəhbəri TƏYİN ETDİ
Bu gün, 09:39
Paşinyan üzünü qırxmağı da bir həftə öncə komanda üzvləri ilə müzakirə edib... - “Hraparak”
Bu gün, 09:37
Azərbaycanda nəqliyyat şirkəti - LƏĞV EDİLİR
Bu gün, 09:32
“İstifadə edilməyən məzuniyyətə görə kompensasiya ödənilməlidir” - QANUN BELƏ DEYİR...
Bu gün, 09:28
Oqtay Şirəliyevin tibb müəssisəsi yüksək məbləğdə cərimələndi - SƏBƏB
Bu gün, 09:23
"Şöbə müdiri deyir ki, Maştağadan həkim gətizdirib sizi yoxlatdıracağam, narkomansınız..." - Qarabağ qazisinə YAĞI MÜNASİBƏTİ?
Bu gün, 09:21
Milli Məclisin vəzifəli şəxsi qəfil ürəktutmadan vəfat etdi - FOTO
Bu gün, 09:17
Paytaxtda dilimizə sayğısızlıq -qanunu pozanlar niyə cəzalandırılmır?
Bu gün, 09:16
Ukrayna COP29 çərçivəsində İqlim Klubu Qlobal Platformasına qoşulub
Bu gün, 09:15
Keçmiş arvadını azyaşlı oğlunun gözləri qarşısında öldürmək istəyən şəxsə AĞIR CƏZA
Bu gün, 09:13
Ermənilər bu ölkənin torpaqlarını ələ keçirir – Hiyləgər plan etirazlara səbəb oldu
Bu gün, 09:11
Nə üzlə gəlmişdi, nə sözlə getdi – Konqresmenin etdiklərinin bədəli
Bu gün, 09:10
Bərdədə QOÇULUQ EDƏN KİMDİR? - GİLEY
Bu gün, 09:08
Göygöldə moruq festifalı təşkil edən “TASK HUB” MMC-nin Zəfər Qurbanovla nə kimi əlaqəsi var - İLGİNC FAKTLAR...
Bu gün, 09:00
Göyçay sakini özbaşınalıqla ÜZ-ÜZƏ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:56
Kəlbəcərin azad edilməsindən 4 il ötür - MƏQALƏ
Bu gün, 08:53
Kəlbəcərin işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
Bu gün, 08:52
"Mən hardan bilim ki bunlar dələduzluqda, yola verməkdə peşəkardırlar..." - NARAZILIQ VAR...
Bu gün, 08:51
Xaçmazda problemlər BUNA GÖRƏ QALIR... - İLGİNC YANAŞMA...
Bu gün, 08:43
Müştərisindən `Azercell`ə LAYİQLİ QİYMƏT - FOTO
Bu gün, 08:36
Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri... - Ekspert danışır...
Bu gün, 08:30
Müxalifətin aksiyası dağıdıldı - Tiflisdə SON DURUM
Bu gün, 08:24
İlham Məmmədova ağır itki üz verib
Bu gün, 07:36
Rayonlar öz xərclərini ödəmək üçün pulu nədən qazanacaq? - AÇIQLAMA
Bu gün, 07:33
2025-ci il büdcəsi üçün riskli neft proqnozu: Qara qızıl kəskin ucuzlaşarsa... - İNCƏLƏMƏ
Bu gün, 07:30
Eskalasiya riski artır: Ermənistan sülhə məcbur ediləcək - "Bu sülh prosesini dalana salır"
Bu gün, 07:23
"Valideynimin səhhətində olan problemə görə buradayam" - VİDEO
Bu gün, 07:09
Mərc oyunları aludəçiliyi: zənginlik arzusu, yoxsa emosional ehtiras? - PROBLEM
Bu gün, 07:04
"Azərbaycan ərazilərinə basdırılan minalar da insan hüquqlarının kobud pozulmasıdır..." - deputat
Bu gün, 06:40
Bu “erməni” Bakıya hansı məqsədlə gəlmişdi? – Bir səfərin pərdəarxası
Bu gün, 06:34
“Başıma o boyda faciə gəldi ölmədim, amma... - bu gün ölürəm, məni öldürürlər”
Bu gün, 06:31
"Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42
Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38
SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32
Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru