Səfər Mehdiyevin idarəsində İLGİNC İSTEFA - DGK sədri gənc vəkili çox saxlamadı...
Tarix: 19-04-2019, 16:13 |
Çap et
Bir neçə ay əvvəl Dövlət Gömrük Komitəsinin İstantaq və Əməliyyat İdarəsinin İstintaq şöbəsinin rəisi vəzifəsinə təyin olunan tanınmış vəkil Ceyhun Yusifov istefa verib.
Gununsesi.org-un xəbərinə görə, buna səbəb onun köhnə -vəkillik peşəsinə qayıtmaq istəyi olub.
Ceyhun bəy xəbəri saytımıza təsdiqləyib.
DİA.AZ xatırladır ki, C.Yusifov bir çox məşhur şəxslərə vəkillik edib.
O, ötən il martın 2-də Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri tərəfindən “Fəxri Fərman”la təltif olunub.
Keçən ilin sentyabrın 14-də isə DGK İstintaq İdarəsinə rəis təyin edilib. C.Yusifov yeni təyinatla əlaqədar vəkillik fəaliyyətini dayandırmışdı.
İndi isə aydın olur ki, C.Yusifov yenidən əvvəlki fəaliyyətini bərpa edib və gömrükdən gedib.
DİA.AZ-a daxil olan xəbərə görə, bu istefada DGK sədri Səfər Mehdiyevlə yaramış gərgin münasibətlər də yetərincə rol oynayıb. Əlavə bilgilərimiz olacaq. Bizi izləyin...