Unikal.org-un əldə etdiyi məlumata görə, Biləsuvar Rayon İnternat Tipli Lisey məktəbinə yeni direktor təyin olunduğuna görə şagirdlər narazılıq ediblər.
Bildirilir ki, şagirdlər Mehman Əliyevin yeni direktor təyin olunmasını istəmirlər. Şahidlərin verdiyi məlumata görə, məktəbin şagirdlərini bəzi müəllimlər öyrədərək istefa şüarları səsləndiriblər.
Etiraz aksiyası ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov və Biləsuvar rayon Təhsil Şöbəsi münasibət bildirməyib.