KTN-də FETÖ rüzgarı... - İDDİA
Tarix: 12-06-2019, 15:38 | Çap et
Məlum olduğu kimi, bu il may ayının 28-də Türkiyə Yüksək Öyrətim Kurumu (YÖK) qərar qəbul edərək Azərbaycanın Bakı Mühəndislik Universitetini (keçmiş Qafqaz Universiteti), Odlar Yurdu Universitetini və Gəncə Texnologiya Universitetini “tanınmayan” universitetlər siyahısına salmışdır. Rəsmi sənəddə bu universitetlərin tanınmamasına səbəb kimi Türkiyədə FETÖ olayları yazılıb”. Yeni qərara əsasən, bu universitetlərin məzunları məzun olduğu ildən asılı olmayaraq, Türkiyədə magistratura və doktorantura təhsili ala bilməyəcəklər. O da bəllidir ki, Qafqaz Universitetinin qapadılaraq onun bazasında Bakı Mühəndislik Universitetinin yaradılması da məhz “Qafqaz” Universitetinin Türkiyədə terror hörgütü başçısı kimi tanınan ilahiyyatçı alim Fətullah Gülən şəbəkəsi tərəfindən maliyyələşdirilməsi olmuşdur. Əlbəttə ki, bu qərar adları çəkilən ali təhsil müəssisələrinin məzunlarının ovqatını təlx etmişdir. Əndişlənənlərdən biri də son günlər medianın mənfi qəhrəmanlarından olan Anar Hüseynovdur. Söhbət Kənd Təsərrüfatı Nazirliyinin “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin direktorundan gedir. Sadiq oxucularımız xatırlayarlar, MMC-nin bölgələrdəki struktur vahidləri olan regional idarələrdə yer alan neqativ hallar, korrupsiya hüquqpozmaları barədə redaksiyamıza daxil olan konkret şikayətlər əsasında hazırlanmış tənqidi məqalələr geniş oxucu marağına səbəb olmuşdu. Paralel olaraq, “Hürriyyet.org” saytında Anar Hüseynovun haqqında irəli sürülən bir başqa iddia Azərbaycanla qardaş Türkiyə arasındakı münasibətlərə ciddi zərbə vuracaq mahiyyətdə olan bir başqa iddianın irəli sürülməsi geniş rezonans doğurdu. Adı çəkilən nəşır iddia edirdi ki, Anar Hüseynov Türkiyədə dövlət çevrilişinə cəhd etmiş və hərbi qiyamı xalq müqaviməti nəticəsində yatırılmış FETO qruplaşmasının üzvüdür. Onun hətta bir zamanlar FETO-nun Azərbaycan uzantısına rəhbərlik etmiş Elnur Aslanovun ən etibarlı kadrı olduğu qeyd olunurdu. 2007-ci ildən 2014-cü ilə qədər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsində Elnur Aslanovla eyni idarədə işləyən Anar Hüseynov daha sonra “ASAN Xidmət”ə transfer olunur və Xidmətin rəhbəri Kənd Təsərrüfatı naziri təyin edildikdən sonra onunla bərabər eyni nazirliyə mətbuat katibi gətirilir. Bu vəzifədə qısa müddətli fəaliyyətdən sonra Anar Hüseynovun daha yağlı sayılan indiki vəzifəsinə təyin olunur. “Hürriyyət.org”un bu iddiaları Azərbaycanda hələ də FETO-nun öz yenilməzliyini qoruduğunu təsdiqləyirdi. Diqqətəlayiq bir məqam da Anar Hüseynovun keçmiş “Qafqaz” Universitetinin İlahiyyat fakültəsinin məzunu olmçasıdır. Məsələ burasındadır ki, hörgüt rəhbəri Fətullah Gülən ilahiyyatçı alim kimi tanınır və onun öz şəbəkəsinə adam cəlb etməsinin əsas yolu məhz ilahiyyatçının fəlsəfi baxışlarını təlqin etmək yolundan keçirdi. Belə çıxır ki, Anar Hüseynov və fakültə yoldaşları Gülən təlimini başqa tələbə yoldaşlarından daha çox mənimsəmişdir. Müşahidə olunub ki, Anar Hüseynov Azərbaycan ilə Türkiyə arasında kənd təsərrüfatı sahəsindəki əlaqələrin daha da inkişaf etdirilməsi məsələlərinin müzakirə edilməsi məqsədilə qardaş ölkədə keçirilən tədbirlərə qatılmır. Etibarlı mənbədən aldığımız məlumata görə, onun Türkiyəyə gedib-getməməsi özünün, hətta heç işlədiyi Nazirliyin də ixtiyarında deyildir. Yəni, sərhəddən buraxmırlar. Həmin məlumata görə, FETÖ ilə əlaqədə adları hallanan, şübhəli bilinən Azərbaycan vətəndaşlarına Türkiyə vizası verilməməsi üçün qeyri-rəsmi göstəriş də mövcuddur. Mövzuya qayıdacağıq. RealMedia-az.life
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Azərbaycan ərazilərinə basdırılan minalar da insan hüquqlarının kobud pozulmasıdır..." - deputat
Bu gün, 06:40 |
|
|
|
• Bu “erməni” Bakıya hansı məqsədlə gəlmişdi? – Bir səfərin pərdəarxası
Bu gün, 06:34 |
|
|
|
• “Başıma o boyda faciə gəldi ölmədim, amma... - bu gün ölürəm, məni öldürürlər”
Bu gün, 06:31 |
|
|
|
• "Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42 |
|
|
|
• Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38 |
|
|
|
• SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32 |
|
|
|
• Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29 |
|
|
|
• Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24 |
|
|
|
• Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02 |
|
|
|
• Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39 |
|
|
|
• Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35 |
|
|
|
• Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50 |
|
|
|
• Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47 |
|
|
|
• Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45 |
|
|
|
• Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16 |
|
|
|
• Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02 |
|
|
|
• "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59 |
|
|
|
• Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56 |
|
|
|
• “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09 |
|
|
|
• Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07 |
|
|
|
• Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08 |
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Dünən, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Dünən, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Dünən, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Dünən, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Dünən, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Dünən, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Dünən, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Dünən, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Dünən, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Dünən, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Dünən, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Dünən, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Dünən, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Dünən, 16:57 |
|
|
|
• “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 16:37 |
|
|
|
• Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Dünən, 16:34 |
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Dünən, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Dünən, 16:18 |
|
|
|
• Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Dünən, 16:15 |
|
|
|
• Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Dünən, 16:12 |
|
|
|
|