Avtomobil ehtiyat hissələri bazarında kritik durum: - Bazar rəhbərliyinə qarşı narazılıq artır
Tarix: 17-06-2019, 13:21 | Çap et
Bakıda avtomobil ehtiyat hissələri kəskin bahalaşıb. Əksər maşın detallarında 30 faizə yaxın bahalaşma müşahidə olunur. Səbəb isə son gömrük islahatlarından sonra rüsumların artmasıdır. Gömrük rüsumlarının artması son nəticədə bazarda qiymətlərə təsir edir. Bu isə alıcılığı azaltdığından satıcılar bütün gəlirlərini satdıqları məhdud saydakı mallardan əldə etmə istəyirlər. Bu durum müştərilərin də narazılığına səbəb olur.
Musavat.com-un müxbiri Nizami rayonunda yerləşən “Maşın bazarı” adı ilə tanınan avtomobillərin ehtiyat hissələri bazarında bahalaşmanın səbəblərini araşdırıb. Məlum olub ki, qiymət artımının əsas səbəbi gömrük rüsumlarının yüksək olmasıdırsa, digər səbəbi bazar rəhbərliyinin satıcılara “divan” tutmasıdır. İcarə haqlarının həddindən artıq yüksək olması da son nəticədə ehtiyat hissələrinin qiymətinə təsir edir.
Yay aylarında bazarda durğunluq yaransa belə bazar rəhbərliyi tərəfindən hər hansı güzəşt edilmir. Sahibkarlar yay aylarında öz dillərilə desək, kisələrindən yeməyə məcbur olurlar. Ta ki vəziyyət düzələnə kimi...Bazarın ən qaynar dövrü təbii ki, qış ayları sayılır. Avtomobillərin ehtiyat hissələrinə tələbat artır.
Adının çəkilməsini istəməyən satıcı aylarla üzünü görmədikləri bazarın rəhbəri Rasim Salmanovun qoyduğu icarə haqlarının həddindən artıq yüksək olmasından şikayətləndi: “Ölkənin heç bir yerində bu qədər icarə haqqı verilmir. Bazar rəhbərliyinə şikayətimizi çatdıra bilmirik, çünki çox zaman burada olmur. Özünü görəndə isə ətrafındakılar bizi uzaqlaşdırırlar. Heç bir satıcı icarə haqlarının bu qədər fantastik qiymətlə qoyulmasını qəbul edə bilmir. Dəfələrlə Rasim Salmanovdan icarə haqlarının bir qədər endirməsini xahiş etmişik. Onun sözü bu olub ki, “işləyirsən işlə, işləmirsən yaxşı yol”. Bir sözlə, özü qazansın deyə millətin də cibinə girir. Çünki icarə haqları da malların qiymətin təsir edir”.
Bazarda müşahidə aparan zaman öyrəndik ki, icarə haqlarının baha olması sahibkarları müflis duruma salıb: “İcarə haqqını verə bilməyən obyektlər bir-bir sıradan çıxırlar. Əlində bir qədər vəsaiti olan sahibkarlar isə məhz onu xərcləməklə bizneslərini ayaqda tuta bilirlər”.
Qeyd edək ki, icarə haqları 1 kvadratmetrə görə 700-1000 manat arasında dəyişir. Avtomil açarlarının təmiri ilə məşğul olan usta 1,5 kvadratmetrlik obyekt üçün aylıq 1200 manat yerpulu ödədiyini dedi.
Təkər satışı şöbəsində isə təqribən 20-25 kvadratmetrlik yerin aylıq icarə qiyməti 1700-2000 manatdan başlayır. Ancaq məsələ bununla bitmir, bazara daxil olan hər təkərə üçün əlavə olaraq 1 manat ödənilir.
Satıcılar bu sistemlə nəinki qazanc əldə etdiklərini, əksinə hər ay ciblərindən xərclədiklərini bildirdilər: “Yay mövsümü təkər satışı üçün əlverişli vaxt deyil. Çünki insanlar daha çox istirahətə çəkilirlər. Bizim işimiz sentyabr ayından başlayır. O zaman yaxşı qazanc əldə edə bilirik. Yay aylarında isə mayamızdan yeyirik. Buna baxmayaraq, bizə heç bir güzəşt edimir. İki satıcı idik, qazanc olmadığından birimizi işdən çıxartdılar. Təsəvvür edin ki, 1700 manat aylıq icarə haqqı veririk, üstəgəl də gündəlik xərclərimiz... Sual verə bilərsiniz ki, əgər bizim qazancımız yoxdursa, niyə işləyirik? Səbəb odur ki, icarə haqqını verdikdən sonra yay aylarına maksimum 350-400 manat pul qalır olur. Təkərlərin və digər ehtiyat hissələrinin daşınma xərcini də hesablasaq, demək olar ki, müflis olmağa doğru gedirik”.
“Leş bazarı” adlanan hissədə isə maraqlı qaydalarla tanış olduq. Öyrəndik ki, sahibklarlar kassa üçün aylıq 270 manat vergiyə, 30 manat isə zibil puluna verirlər. Satıcılar zibilpulu üçün yığılan məbləğin yüksək olduğu bildirirlər. Belə ki, 100-ə yaxın obyektin hər birindən 30 manat aldıqda, bu aylıq 3000 manat vəsait edir. Bundan əlavə, sıradan çıxmış avtomobilləri bazara gətirən sahibkarlar, hər maşın üçün sahibkara 140 manat ödəyirlər. İcarə haqqı ödənilən bir obyektə “metallom maşın” gətirilməsinə görə, əlavə pul yığılmasının isə məntiqi bəlli deyil. Bir sözlə bazarda özbaşınalıq hökm sürür və xırda sahibkarlığın sıradan çıxmasına səbəb olur.
Gömrük rüsumlarına gəlincə, ehtiyat hissələrinin yığılması üçün olan 1 kubmetrlik dəmir qutu üçün dövlət rüsumu 1100 dollardır. Ancaq əvvəllər bu məbləğ 350 dollar olub. Yəni, son 3 ildə bir tərəfdən gömrük rüsumu 3 dəfə artıb, digər tərəfdən devalvasiya nəticəsində dollar 2 dəfədən artıq bahalaşıb. Sahibkarların sadəcə rüsumla bağlı xərclərinin 5 dəfə artması qiymətlərin də adekvat olaraq artımına gətirib çıxarıb.
Qeyd edək ki, mövzu ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq... Musavat.com
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42 |
|
|
|
• Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38 |
|
|
|
• SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32 |
|
|
|
• Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29 |
|
|
|
• Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24 |
|
|
|
• Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02 |
|
|
|
• Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39 |
|
|
|
• Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35 |
|
|
|
• Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50 |
|
|
|
• Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47 |
|
|
|
• Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45 |
|
|
|
• Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16 |
|
|
|
• Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02 |
|
|
|
• "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59 |
|
|
|
• Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56 |
|
|
|
• “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09 |
|
|
|
• Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07 |
|
|
|
• Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08 |
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Dünən, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Dünən, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Dünən, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Dünən, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Dünən, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Dünən, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Dünən, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Dünən, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Dünən, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Dünən, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Dünən, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Dünən, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Dünən, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Dünən, 16:57 |
|
|
|
• “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 16:37 |
|
|
|
• Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Dünən, 16:34 |
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Dünən, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Dünən, 16:18 |
|
|
|
• Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Dünən, 16:15 |
|
|
|
• Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Dünən, 16:12 |
|
|
|
• Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Dünən, 16:06 |
|
|
|
• Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Dünən, 16:05 |
|
|
|
• Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Dünən, 16:02 |
|
|
|
|