Müxalifətin aksiyası dağıdıldı .....                     İlham Məmmədova ağır itki üz verib .....                     Rayonlar öz xərclərini ödəmək üçün pulu nədən qazanacaq? .....                     2025-ci il büdcəsi üçün riskli neft proqnozu: Qara qızıl kəskin ucuzlaşarsa... .....                     Eskalasiya riski artır: Ermənistan sülhə məcbur ediləcək .....                     "Valideynimin səhhətində olan problemə görə buradayam" .....                     Mərc oyunları aludəçiliyi: zənginlik arzusu, yoxsa emosional ehtiras? .....                     "Azərbaycan ərazilərinə basdırılan minalar da insan hüquqlarının kobud pozulmasıdır..." .....                     Bu “erməni” Bakıya hansı məqsədlə gəlmişdi? .....                     “Başıma o boyda faciə gəldi ölmədim, amma... .....                     "Bu proses artıq bir neçə ildir ki, başlayıb" .....                     Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... .....                     SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... .....                     Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı .....                     Rusiya vurularsa: Kim nə qazanacaq? .....                     Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR .....                     Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu .....                     Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır .....                     Paşinyan arvadı və qızı ilə muzeydə .....                     Azərbaycanda tanınmış müğənni vəfat etdi .....                     Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən .....                     Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? .....                     Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi .....                     "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: .....                     Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib .....                     “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” .....                     Dollarla bağlı HANSI QƏRAR VERİLİR? .....                     Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: .....                     Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? .....                     Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir .....                     “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm” .....                     Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR .....                     Fransa meydan oxudu .....                     “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? .....                     BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb .....                     "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" .....                     Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov .....                     NCQG üzrə real nəticəyə nail olmalıyıq .....                     “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb .....                     Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir .....                 

"Məktəb iylənib, xəstəlik yayılıb..." - Şəkidə ÖZBAŞINALIQ
Tarix: 20-06-2019, 11:55 | Çap et
"Məktəb iylənib, xəstəlik yayılıb..."
Bu günlərdə sosial şəbəkələrdə Şəkinin Şorsu kənd sakininin kəndin məktəbində ipək qurdu saxlanıldığı, direktorun şagirdləri barama qurduna baxmağa məcbur etdiyi haqda müraciəti yayılıb.

Virtualaz.org xəbər verir ki, yaşlı kəndli müraciətində barama qurduna qulluq edən şagirdlərin xəstəlik tapdığını söyləyib.

“Direktor başımıza itin oyununu açır. Barama qurdunu məktəbə gətirib, uşaqlar baxıblar. Məktəb iylənib, xəstəlik yayılıb, uşaqlar indi xəstədilər, evdə yatırlar. Bu məktəbi barama üçün tikiblər, yoxsa uşaqların oxuması üçün? Əvvəl belə bir hadisə olmamışdı. Hərəsi 250 ağaca qol çəkib, dövlət barama veribsə apar evində bax”, -sakin deyir.

Onun sözlərinə görə, baramanı kəndlinin dolanması üçün verirlər, amma kəndlinin barama qurdu götürməsinə imkan yaradılmır.

“Direktorun, kənd nümayəndəsinin, bələdiyyənin uşağı həmin məktəbə oxumur. Onların nə vecinədir? Keçən il də məktəbdə barama qurdu saxladılar, dərman vurdularmı, hansı həkim gəlib yoxladı, kim təmizlətdi? Göz gör-görə xəstəlikdir, camaatı avam yerinə qoyurlar. Bir nazirin, rəisin uşağı o məktəbdə oxusaydı onlara divan tutardı. Qanmayanı aparıb beş-on sutka tutsalar bir də məktəbdə belə iş görməz. Boş evlər var, barama qurdunu aparıb o evlərdə saxlasınlar. Bu məktəb uşaqlar üçün, kənd üçün tikilib, sənə çörək qazandırmaq üçün tikilməyib. Keçən il 10 min manat almısan, hansı fağıra bir cüt ayaqqabı almısan, nə də müftə bir iynə vurmusan? Deyirlər ki, yolla gələndə bir ayaqqabı gey, məktəbə gələndə başqasını”.

“Adı Aydındır, arada mollalıq edir…”

Virtualaz.org kəndlinin bu müraciətini araşdırıb. Şorsu kənd məktəbinin direktor müavini Mübariz Musayev virtualaz.org-a açıqlamasında həmkəndlisini yalan məlumat verməkdə ittiham edib və həmin şəxsin WhatsApp şəbəkəsində yayılmış digər müraciətini saytımıza göndərib. Direktor müavini bildirib ki, birinci müraciətdən dərhal sonra Şəki Şəhər İcra Hakimiyyətinin, rayon təhsil şöbəsinin əməkdaşları məktəbdə olub, araşdırma aparıblar.

“Həmin şəxsin adı Aydındır, 1-ci qrup gözdən əlildir, arada mollalıq da edir, daşla müalicə elədiyini də söyləyənlər var. Direktor Şərəf Şuayeva hazırda məktəbdə deyil, amma müraciətdən xəbərdarıq. Təxminən mayın əvvəlində çəkiblər, qruplarda paylaşılıb, sonra yayılıb. İcra hakimiyyətinin, təhsil şöbəsinin əməkdaşları hətta bazar günü xəbərdarlıq etmədən gəlmişdilər ki, real vəziyyəti görsünlər. Sonra həmin şəxs dediklərini inkar etdi, bildirdi ki, o da barama qurdu almaq istəyirmiş, buna görə də belə edib. Biz də videonu yayanlara öz etirazımızı bildirmişik”,-direktor müavini deyib.

360 şagird tutumlu Şorsu kənd məktəbi 2012-ci ildə istifadəyə verilib. M.Musayev deyir ki, ötənilki tədris mövsümündə məktəbdə 352 şagird təhsil alıb, 11-cilər arasında bu il ali məktəblərə qəul imtahanlarında iştirak edib yüksək bal toplayanlar da var.

Direktor müavini şagirdlərdən məktəbə iki ayaqqabı gətirmələrinin tələb edilməsi ilə bağlı ittihamlara da münasibət bildirib. Deyib ki, kəndin yolları ilboyu palçıq olduğundan məktəbin təmizliyi üçün belə bir addım atıblar. Uşaqlar palçıqlı ayaqqabılarını qapının ağzında soyunur, təmiz ayaqqabı ilə sinif otaqlarına keçirlər: “Demişik ki, ucuz ayaqqbı alsınlar, palçıqlı ayaqqabı ilə sinifə girsələr görün məktəb hər gün nə vəziyyətə düşər. Tədris mövsümü boyu kəndə yağış, qar yağır”.

İcra nümayəndəsi də məktəbdə qurd-filan görmədiyini deyir

Şorsu kənd icra nümayəndəsi Mustafa Əliyev də məktəbdə barama qurdunun saxlanılması ilə bağlı faktın təsdiqini tapmadığını deyib. Onun sözlərinə görə, kəndin 2300-dən yuxarı sakini var, məktəbdə ipək qurdunun saxlanılmasına dair heç kimdən şikayət daxil olmayıb: “11 illik məktəbdir, bina bir neçə ildir istifadəyə verilib. İcra hakimiyyəti də gəlib yoxladı”.

Şəki şəhər təhsil şöbəsindən də müraciətdən sonra yoxlama aparıldığını, faktın təsdiqini tapmadığını söyləyiblər.

Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov da başa çatan tədris mövsümündə hansısa rayon, yaxud kənd məktəbinin həyətində, binasında barama qurdunun saxlanılması faktına rast gəlinmədiyini söyləyib. Valehov deyib ki, bu məsələyə ciddi nəzarət edilib və heç bir məktəb direktoru buna yol verə bilməz.

Bəs nazirlikdən nə deyirlər?

Kənd Təsərrüfatı Nazirliyinin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov isə bildirib ki, kümçü ailələrin seçimi zamanı yem bazasının olması, saxlama şəraiti öyrənilib, yalnız bundan sonra ipəkqurdu verilib. Əvvəlcə 38 rayon üzrə təlabat müəyyənləşdirilib, sonra hər rayonda baramaçılıq üzrə bir mütəxəssislə müqavilə bağlanılıb. Həmin şəxslər baramaçılıqla məşğul olanlara ipəkqurdu bəsləmək üçün informasiya xidməti göstərir, maarifləndirmə aparır: “Məktəbdə barama qurdu saxlanılması ilə bağlı nazirliyə müraciət daxil olmayıb”.

Nazirlik əməkdaşı deyir ki, baramaçılıq kənd sakinləri üçün ən gəlirli və əlverişli təsərrüfat sahəsidir, Qısa müddətdə yaxşı gəlir əldə etmək mümkündür. Baramanın kiloqramı 9 manatdan alınır. Vəsaitin 4 manatı “Şəki-İpək” ASC, 5 manatı isə dövlət tərəfindən subsidiya şəklində ödənilir. İyunun 19-na kimi kümçülər tərəfindən “Azəripək” MMC-yə 588,05 ton yaş barama təhvil verilib. Bu, ötən ilin yekun göstəricisindən 74 ton artıqdır. Şəkidə 40,30 ton yaş barama tədarük olunub.

Qeyd edək ki, “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın icrası nəticəsində 2025-ci ilədək yaş barama istehsalı həcminin 6,0 min tona çatdırılması nəzərdə tutulur. Son üç ildə Çin Xalq Respublikasından Azərbaycana 3,5 milyon ədəd tut tingi (çəkil) gətirilərək rayonlarda əkilib.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Müxalifətin aksiyası dağıdıldı - Tiflisdə SON DURUM
Bu gün, 08:24
İlham Məmmədova ağır itki üz verib
Bu gün, 07:36
Rayonlar öz xərclərini ödəmək üçün pulu nədən qazanacaq? - AÇIQLAMA
Bu gün, 07:33
2025-ci il büdcəsi üçün riskli neft proqnozu: Qara qızıl kəskin ucuzlaşarsa... - İNCƏLƏMƏ
Bu gün, 07:30
Eskalasiya riski artır: Ermənistan sülhə məcbur ediləcək - "Bu sülh prosesini dalana salır"
Bu gün, 07:23
"Valideynimin səhhətində olan problemə görə buradayam" - VİDEO
Bu gün, 07:09
Mərc oyunları aludəçiliyi: zənginlik arzusu, yoxsa emosional ehtiras? - PROBLEM
Bu gün, 07:04
"Azərbaycan ərazilərinə basdırılan minalar da insan hüquqlarının kobud pozulmasıdır..." - deputat
Bu gün, 06:40
Bu “erməni” Bakıya hansı məqsədlə gəlmişdi? – Bir səfərin pərdəarxası
Bu gün, 06:34
“Başıma o boyda faciə gəldi ölmədim, amma... - bu gün ölürəm, məni öldürürlər”
Bu gün, 06:31
"Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42
Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38
SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32
Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29
Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24
Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02
Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39
Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35
Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50
Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47
Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45
Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16
Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02
"Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59
Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56
“Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09
Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07
Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08
Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00
Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58
“Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05
Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02
Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00
“Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55
BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51
"Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46
Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43
NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Dünən, 17:37
“La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Dünən, 17:35
Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Dünən, 17:31
Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Dünən, 17:29
Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Dünən, 17:20
Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Dünən, 17:17
Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Dünən, 17:16
Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Dünən, 17:14
Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Dünən, 17:11
Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Dünən, 17:10
Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Dünən, 17:03
Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Dünən, 17:00
Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Dünən, 16:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru