Sahil Babayev nəyi dəyişdi, necə dəyişdi... - Səlim Müslümova şükür...
Tarix: 28-06-2019, 15:02 | Çap et
19 may 2018-ci il. Əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə yeni təyin olunan Sahil Babayev nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində müşavirə keçirir və bildirir ki, əlillik təyinatlarının həyata keçirilməsində mövcud olan vəziyyəti qənaətbəxş hesab etmək olmaz: “Əlilliyin qiymətləndirilməsi prosesi tam qanunvericilik çərçivəsində icra olunmalıdır. Kimin ki, qanunla əlillik qrupu almağa hüququ çatır, onların bu hüququ süründürməçiliyə yol verilmədən, onlarda narazılıq yaratmadan təmin edilməlidir. Digər tərəfdən, əlillik vəziyyətində olmayan şəxslərə bilərəkdən əsassız şəkildə əlillik qrupu təyin edilməsi hallarına yol verilməməlidir”. 22 May 2018 - ci il. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 4 rayonun Tibbi Sosial Ekspert Komissiyasının (TSEK) sədrini vəzifələrindən kənarlaşdırır. O vaxt vəzifəsinin icrasına təzəcə başlayan nazirin əmrinə əsasən, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin - Sabunçu rayon TSEK sədri – Vahid İbrahimov, Qəbələ rayon TSEK-in sədri Eldar Abbasov, Ağcəbədi-Ağdam TSEK-in sədri Yaşasın Haqverdiyev, Nərimanov TSEK-in sədri Şahin Verdiyev vəzifələrindən uzaqlaşdırılırlar. 13 Dekabr 2018-ci il. Sahil Babayev Bakı şəhəri üzrə 10 tibbi-sosial ekspert komissiyalarının (TSEK) ləğv edilməsi ilə bağlı əmr imzalayır. Nazirin digər müvafiq əmri ilə Bakı şəhəri üzrə 10 tibbi-sosial ekspert komissiyaları (TSEK) həmin andan sonra 5 tibbi-sosial ekspert komissiyası kimi fəaliyyət göstərir. Yadınızdadırsa, əlillik təyinatı sahəsindəki nöqsanlar keçmiş nazir Səlim Müslümovun da təyinatdan sonra ilk tənqid etdiyi məsələ idi. Belə ki, 2013-cü ildə - təyinatından bir ay sonra S.Müslümov bütün rayonların tibbi-sosial ekspert komissiyaları (TSEK) sədrlərinin iştirakı ilə iclas keçirmişdi. İclasda o, Bakının Xətai, Sumqayıt, Xaçmaz, İsmayıllı-Şamaxı-Qobustan, Ağcabədi-Ağdam, Mingəçevir-Yevlax, Samux-Goranboy-Naftalan, Daşkəsən-Göygöl, Qazax-Ağstafa, Cəlilabad-Biləsuvar, Masallı-Yardımlı, Saatlı-İmişli və Salyan-Neftçala regional TSEK rəhbərlərinin işdən azad olunduğunu bildirmiş və onlardan iclasdan qovmuşdu. Lənkəran və Füzuli rayon TSEK-lərinin rəhbərləri isə işdən azad olunaraq həkim vəzifələrinə keçirilmişdi. Düzdür, sonradan bəzi TSEK rəhbərləri yenidən öz vəzifələrinə bərpa olunmağı bacardılar, lakin S.Müslümovun bu addımı hamıda əlilliyin təyinatı sahəsindəki biabırçılıqlara son qoyulacağına dair böyük ümidlər yaratmışdı. Xüsusilə Bakıda bir neçə həkimin əlillik təyinatı ilə bağlı rüşvət alarkən yaxalanmasından sonra əhali bu sahədə, nəhayət ki, rüşvətxorluğa son qoyulacağını gözləyirdi. İnsaf naminə demək lazımdır ki, məlum iclasdan az sonra əlilliyin qiymətləndirilməsi elektronlaşdırıldı. Belə ki, bu proses səhiyyə müəssisələrinin elektron sistemə daxil etdikləri göndərişlər əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən yerinə yetirilməyə başlandı. Lakin bu elektronlaşma gözlənilən effekti vermədi - rüşvət müqabilində əlillik təyinatı mexanizmi mürəkkəbləşdi, üstəlik, saxta əlillik kağızlarının verilməsi üçün tələb olunan məbləğ də yüksəldi. Yəni elektronlaşma sistemdə şəffaflıq və ədalətli yanaşma bərqərar etmək əvəzinə rüşvətxorluğun həcmini böyütdü. Məsələn, elektronlaşmadan əvvəl 1-2 min manata başa gələn “iş” ondan sonra 3-4 min manatadək “bahalaşdı”. Bu isə ondan xəbər verirdi ki, S.Müslümovun radikal görünən addımları bir tərəfdən ictimai rəyə təsir baxımından, ikinci tərəfdən isə TSEK kimi “gəlirli” yerlərə öz komandasının yerləşdirilməsi baxımından ustalıqla düşünülmüşdü. İndi müşahidələr göstərir ki, yeni nazir S.Babayevin də əlilliyin təyinatı ilə bağlı atdığı addımlar sələfi kimi ictimai rəyə hesablanmışdır və kampaniya xarakteri daşıyırmış. Çünki, bu çox ciddi korrupsiya mənbəyinə çevrilmiş prosesə əsl şəffaflıq gətirmək mümkün olmayıb. Rüşvət müqabilində saxta əlillik təyinatı, status almağa haqqı çatanların rüşvət vermədiklərinə görə süründürməçiliklə üzləşməsi hallarının səngimədiyi qurumlar sırasında Beyləqan və Füzuli rayonlarının əhalisinə xidmət edən 37 saylı Tibbi-Sosial Ekspert Komissiyasıdır. Əlbəttə, əgər buna xidmət demək olarsa. TSEK-in son üç ildə fəaliyyəti ciddi araşdırılsa, çoxlu sayda komissiyaya sağlam gəlib əlil statusu ilə gedənlərin izinə düşə bilərlər. Görünür, təzə nazirin keçən il vəzifəyə başlayan kimi bu məqsədlə yaratdığı işçi qrup 37 saylı TSEK-də bu vəziyyəti lazımınca araşdırmayıb, gözdən yayınanlar çox olub. Belələrinin bir xeylisi barədə əlimizdə səhih məlumatlar vardır. Oxucularımızla irəliləyən görüşlərimizdə onların adlarını açıqlamağa hazırlaşırıq. Məsələn, onlardan biri müəllimədir. İki il əvvəl komissiya üzvlərindən birinin (həmin komissiya üzvü indi də vəzifədədir - red.) əli ilə verdiyi 2500 manat rüşvət müqabilində saxta əlillik statusu alıb. Bu status 30 illik pedaqoji stajı ilə birgə dəyərləndirilərək ona ayda 450 manat pensiya almaq hüququ qazandırıb. Belə müəllimin şagirdlərinə nə öyrədə biləcəyini, hansı əxlaq tərbiyəsi verəcəyini yəqin ki, təsəvvür etmək olar. Onu da qeyd edək ki, 37 saylı TSEK-in "çıxdaş" etdiyi vətəndaşlar ən çox ürək xəstəliklərindən əlillik statusu alırlar. Bu müstəvidə TSEK-in etibarlı tərəf müqabili Bakıdakı 5 saylı şəhər xəstəxanasının kardologiya şöbəsidir. Şöbə də Soltan həkim əsasən rayondan gedən potensial saxtakarların pensiyaya aparan yolunu onlardan aldığı "şirinlik" müqabilində xeyli qısaldır. Təxminən üç ay çəkən sonrakı prosedurları rayon mərkəzi xəstəxanalarındakı və yerli TSEK-dəki korrupsionerlər həyata keçirirlər. Realmedia-az.life olaraq dövlətin sosial müdafiəsinə ehtiyacı olan lakin süni maneələr səbəbindən bu qayğıdan yararlana bilməyən vətəndaşlara sağalmalarını, saxta əlillərə isə gerçəkdən zəlil olmalarını arzulayırıq. Görünən odur ki, 37 saylı TSEK-də Sahil Babayev yoxlaması azlıq edib, "Stalin yoxlaması" lazımdır. Mövzuya qayıdacağıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri... - Ekspert danışır...
Bu gün, 08:30 |
|
|
|
• Müxalifətin aksiyası dağıdıldı - Tiflisdə SON DURUM
Bu gün, 08:24 |
|
|
|
• İlham Məmmədova ağır itki üz verib
Bu gün, 07:36 |
|
|
|
• Rayonlar öz xərclərini ödəmək üçün pulu nədən qazanacaq? - AÇIQLAMA
Bu gün, 07:33 |
|
|
|
• 2025-ci il büdcəsi üçün riskli neft proqnozu: Qara qızıl kəskin ucuzlaşarsa... - İNCƏLƏMƏ
Bu gün, 07:30 |
|
|
|
• Eskalasiya riski artır: Ermənistan sülhə məcbur ediləcək - "Bu sülh prosesini dalana salır"
Bu gün, 07:23 |
|
|
|
• "Valideynimin səhhətində olan problemə görə buradayam" - VİDEO
Bu gün, 07:09 |
|
|
|
• Mərc oyunları aludəçiliyi: zənginlik arzusu, yoxsa emosional ehtiras? - PROBLEM
Bu gün, 07:04 |
|
|
|
• "Azərbaycan ərazilərinə basdırılan minalar da insan hüquqlarının kobud pozulmasıdır..." - deputat
Bu gün, 06:40 |
|
|
|
• Bu “erməni” Bakıya hansı məqsədlə gəlmişdi? – Bir səfərin pərdəarxası
Bu gün, 06:34 |
|
|
|
• “Başıma o boyda faciə gəldi ölmədim, amma... - bu gün ölürəm, məni öldürürlər”
Bu gün, 06:31 |
|
|
|
• "Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42 |
|
|
|
• Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38 |
|
|
|
• SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32 |
|
|
|
• Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29 |
|
|
|
• Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24 |
|
|
|
• Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02 |
|
|
|
• Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39 |
|
|
|
• Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35 |
|
|
|
• Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50 |
|
|
|
• Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47 |
|
|
|
• Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45 |
|
|
|
• Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16 |
|
|
|
• Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02 |
|
|
|
• "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59 |
|
|
|
• Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56 |
|
|
|
• “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09 |
|
|
|
• Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07 |
|
|
|
• Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08 |
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Dünən, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Dünən, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Dünən, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Dünən, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Dünən, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Dünən, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Dünən, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Dünən, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Dünən, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Dünən, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Dünən, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Dünən, 17:00 |
|
|
|
|