Bahalı maşın istəyən başçı işindən atılır... - İDDİA
Tarix: 24-07-2019, 13:14 |
Çap et
DİA.AZ:- Bir müddət əvvəl işğal olunmasından 26 il ötən Kəlbəcərin icra hakimiyyətinin başçısı Aqil Məmmədovun özünə təzə "Limuzin" alması cəhdi mətbuatda geniş müzakirə edildi. Bu arada məlum olub ki, başçı özünə təzə tank, "BTR" almaq əvəzinə, yeni “Mercedes S350” avtomobilinin alınması üçün elan etdiyi tenderə könül verib, nəticə gözləyir. Sonradan isə ictimai basqı qarşısında başçı geri çəkilməli oldu.
DİA.AZ-a daxil olan son məlumatlardan isə aydın olur ki, neqativ imici ilə gündəmə gələn Aqil Məmmədovun gedişinə qərar verilib.
Mənbənin dia-az.life-a söylədikləri: "Hazırda məuniyyətdə olan başçı ola bilsin ki, işinin başına qayıtmayacaq. Bu barədə özünə də xəbərdarlıq edilib".
Mənbəyə görə, icra başçısı haqda qərar avqustun ilk dekadasında veriləcək.