70 milyonluq əmlak və 7 milyonluq tələb – Arif Alışanov hüdudsuz sərvəti necə əldə edib?
Tarix: 26-07-2019, 15:40 | Çap et
“AzTV” QSC İdarə Heyətinin sabiq sədri Arif Alışanov vəzifədə işləyərkən səlahiyyətlərindən sui-istifadə etməklə tabeliyində olan işçiləri Nəbiyev Camal Qədim oğlu, sürücüsü Hacı Babayev və digərləri ilə əlbir olaraq korrupsiya yolu ilə əldə etdiyi külli məbləğdə pulla özünə daşınar və daşınmaz əmlaklar alıb, habelə bizə qarşı cinayət əməlləri törədərək bütün əmlakımızı ələ keçirib”.
Bu barədə A.Alışanovun şikayəti əsasında həbs edilərək 16 il müddətinə azadlıqdan məhrum edilmiş Şücayət Əsgərovun qızı Cəmilə Tağıyevanın media vasitəsilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciətində söhbət açılır.
Müraciətdə qeyd olunur ki, yüzdən çox daşınmaz əmlakı Arif Alışanovun həyat yoldaşının, qızının, bacısı qızının, kürəkəninin, sürücüsünün adlarına almasını təsdiq edən rəsmi dövlət sənədləri var. Və bu var-dövləti əldə etmək üçün 70 milyon manatdan çox vəsait xərclənib.
70 milyonluq əmlak və 7 milyonluq tələb
“Bu əmlakların sənədlərinin surətlərini də təqdim edə bilərəm. A.Alışanovun əməkhaqqı 1800-2000 manat olduğu halda, bu qədər var-dövləti hansı yolla əldə edib? O, çəkinmədən və utanmadan mənim atam Şücayət Əkbərovdan 7.000.000 manat zərər tələb edir. Bu qədər vəsaitin iddiasında olan Alışanovla bağlı aidiyyatı dövlət qurumları araşdırma aparmalı deyillərmi? Alışanova gələndə “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanun işləmir, prokurorluq üzərinə düşən vəzifəni yerinə yetirmək istəmir. Bu şəxslər dövlət büdcəsini talan edib, özlərinə var-dövlət yığıb, vəzəfədən çıxandan sonra isə əldə etdikləri nəhəng sərvəti sağa-sola xərcləyib, harın həyat tərzi sürürlər. Bəs biz nə etməliyik? Bəs biz yoxsulları və kimsəsizləri kim müdafiə etməlidir? Axı biz də Azərbaycan Respublikasının tam hüquqlu vətəndaşlarıyıq!”, – deyə C.Tağıyeva qeyd edir.
Qanunlar və onunla tərs mütənasib olan Alışanov iddiaları
Müraciətdə daha sonra bildirilir ki, Ş.Əkbərov heç bir cinayət törətmədiyi halda, Arif Alışanovun sifarişi ilə 16 il müddətinə azadlıqdan məhrum edilib: “Atamın həbsindən bir həftə sonra anamın bütün əmlakı müstəntiqin iştirakı ilə polisin təzyiqi altında məcburi qaydada notariusa aparılaraq A.Alışanovun mülkiyyətinə keçirildi. İstintaq yekunlaşmadan, həmin əmlakların ehtimal edilən cinayət yolu ilə əldə edilib-edilməməsini müəyyən etmədən həbsdə olan şəxsin yanına notariusu gətirərək ona və anama məxsus əmlakların A.Alışanovun mülkiyyətinə keçirilməsi dəhşətli qanun pozuntusudur.
“Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 2-ci maddəsinin 2.1.4.-cü bəndinə görə “Dövlət orqanlarının müvafiq struktur vahidlərindən dövlət idarə, müəssisə və təşkilatlarında, habelə dövlətin nəzarət-səhm zərfinə sahib olduğu təsərrüfat subyektlərində təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını həyata keçirən şəxslər, həmin Qanun 2.1-ci maddəsinə əsasən “korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləridirlər.
Həmin qanunun 9.2.1-ci maddəsinə görə “vəzifəli şəxsin xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi…” bu qanununn 9.2-ci maddəsinə əsasən koorupsiya ilə əlaqədar hüquqi pozmalarıdır.
Daha sonra Azərbaycan Respublikasının Konstitusiyasının, CPM-nin 248-ci maddəsinin, CM-nin 99-1-ci maddəsinin və “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 iyul tarixli 89 saylı qərarının tələblərinə tam zidd olaraq, qərəzli şəkildə cinayət törətməmiş bir şəxsi 18 il müddətinə azadlıqdan məhrum etməklə kifayətlənməyib, onun, keçmiş arvadının, qızının və yaxın qohumlarının bütün əmlaklarını, hətta qadının gündəlik istifadə etdiyi zinət əşyalarını, azuqə pullarını belə zərərin ödənilməsinə yönəldiblər”.
Keçmiş SSRİ dövründə belə olmayan qanunsuzluq faktı
Bu qanunsuzluğu hətta keçmiş SSRİ-nin 30-cu illər dönəmində məhkəməni əvəz edən “troyka“ların da etmədiyini xatırladan Cəmilə Tağıyeva, birinci instansiya məhkəməsinin anasının zinət əşyalarının və azuqə pullarının, son yaşayış yerinin də keçmiş ərinin zərərinin ödənilməsi üçün müsadirə etdiyini yazır: “Belə ki, hökmə görə “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısının təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2002-ci il 5 iyul tarixli 89 saylı qərarına zidd olaraq S.Sadıqovanın yaşadığı, lakin qudası Fazilin mülkiyyətində olan Bakı Şəhəri Şərifzadə küçəsində yerləşən, 37 “a” saylı binanın 19-cu mənzili, mənim mülkiyyətimdə olan “Toyoto Prado” markalı 99-GR- 991 dövlət nömrə nişanlı avtomaşın və digər 2 ədəd “Niva” markalı avtomobillər müsadirə olunub. Habelə, Ş.Əkbərovun qudasının evində axtarış aparılan zaman Əkbərovun 4 il əvvəl boşanmış keçmiş arvadı Səlimə Sadıqovaya məxsus qadın zinət əşyaları olan bir ədəd qızıl boyunbağı, 2 ədəd qolbaq, 1 ədəd üzük, 1 cüt sırğa və əl çantasından 1600 manat və 700 ABŞ dolları məbləğində pull vəsaiti müsadirə edilərək zərərin hesabına Arif Alışanova verilməsi qərara alınıb”.
Dövlətin texnikaları zorla şəxsi mülkiyyətə keçirilib
Cəmilə Tağıyeva qeyd edib ki, anası Səlimə Sadıqova Şamaxı rayonunda sahibkarlıq statusu olmayan fiziki şəxs kimi kənd təsərrüfatı məhsullarının istehsalı fəaliyyəti ilə məşğul olub: “Mənimlə fiziki şəxs kimi “Aqrolizinq” Açıq Səhimdar Cəmiyyəti arasında bağlanmış 31.10.2016-cı il tarixli lizinq müqavilələrinə əsasən anamın istifadəsinə və sahibliyinə 52.000 manat dəyərində otbiçən (rotorlu) AGS165, kotan 5 gövdəli asma təkəri P5, yemqıran qoşuları LKS- FGWS, gübrəsəpən asılan LKS-FS 800, yemqarışdıran stasionar elektrik lukas, kotan 4 gövdəli təkərli p4, traktor Belarus-892 markalı texnikalar verilib. Həmin texnikalar atam Şücaət Əkbərov Arif Alışanov tərəfindən saxta, qurama ittihamlarla həbs edildikdən bir gün sonra, yəni 15 yanvar 2017-ci il tarixində zorla ələ keçirilib. Camal Nəbiyev Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verərkən, çəkinmədən etiraf etdi ki, qeyd olunan əmlakları mülkiyyətçinin razılığı olmadan əllərindən alıblar”.
“Aqroliznq” ASC müsadirə olunmuş texnikaları Arif Alışanovdan niyə tələb etmir?
Cəmilə Tağıyeva bundan sonra “Aqrolizinq ” Açıq Səhimdar Cəmiyyətinin atdığı addımlara diqqət çəkir:
“Bu təşkilat faktiki istifadəçələri olan şəxslərdən tələb etmək əvəzinə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində həmin texnikaların məndən alınıb onlara qaytarılması və dəyərinin ödənilməsi barədə iddia qaldırıb. Halbuki, onlar iddia tələbim üzrə Nərimanov Rayon Məhkəməsində iştirak ediblər və texnikaların Arif Alışanovdan alınıb mənə qaytartılmasında maraqlı olublar. Eyni zamanda onlara gün kimi aydındır ki, bu texnikalar Arif Alışanovun Sabirabad, Quba, Zərdab, və Şamaxı rayonlarındakı təsərrüfatlarında istifadə olunmaqdadır. Lakin iddia mənə qarşı qaldırılır. Baxmayaraq, “Aqrolizinq” Açıq Səhimdar Cəmiyyətinin nümayəndəsi də həmin məhkəmə prosesində iştirtak edib və anama verilən texnikaların Camal Nəbiyev və Arif Alışanov tərəfindən qanunsuz olaraq ələ keçirilməsini təsdiq ediblər”.
Cəmilə Tağıyeva müraciətinin sonunda ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın onların səsinə səs verərək ailəsinə qarşı həyata keçirilən misli görünməmiş qanunsuzluqların ardan qaldırılacağını, Arif Alışanov və onununla birgə hərəkət edən yaxınlarının cəzalandırılacağına ümid etdiklərini bildirib.(AzPolitika)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42 |
|
|
|
• Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38 |
|
|
|
• SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32 |
|
|
|
• Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29 |
|
|
|
• Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24 |
|
|
|
• Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02 |
|
|
|
• Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39 |
|
|
|
• Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35 |
|
|
|
• Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50 |
|
|
|
• Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47 |
|
|
|
• Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45 |
|
|
|
• Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16 |
|
|
|
• Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02 |
|
|
|
• "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59 |
|
|
|
• Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56 |
|
|
|
• “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09 |
|
|
|
• Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07 |
|
|
|
• Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08 |
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Dünən, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Dünən, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Dünən, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Dünən, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Dünən, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Dünən, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Dünən, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Dünən, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Dünən, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Dünən, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Dünən, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Dünən, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Dünən, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Dünən, 16:57 |
|
|
|
• “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 16:37 |
|
|
|
• Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Dünən, 16:34 |
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Dünən, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Dünən, 16:18 |
|
|
|
• Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Dünən, 16:15 |
|
|
|
• Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Dünən, 16:12 |
|
|
|
• Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Dünən, 16:06 |
|
|
|
• Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Dünən, 16:05 |
|
|
|
• Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Dünən, 16:02 |
|
|
|
|