Türkiyənin daha bir nəşri Əli Həsənovdan yazdı - FOTO
Tarix: 16-09-2019, 13:03 |
Çap et
Xəbər verdiyimiz kimi Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin törətdiyi avtoqəza zamanı əlil vəziyyətinə düşmüş Türkiyə vətəndaşı Mutallib Tekiş və həyat yoldaşı Songül Tekiş son günlər mediaya çıxaraq, aldadıqlarını bəyan edir.
Onların iddiasına görə, qəzadan sonra Əli Həsənov onlara müraciət edərək, şikayətçi olmayacaqları təqdirdə maddi və mənəvi dəstək göstəriləcəyini desə də bu baş verməyib.
Dünən isə bu türk ailəsinin fikirlərini qardaş ölkənin “Yeni Akıt” qəzeti yazıb.
Gununsesi.org-un xəbərinə görə, “Bu drama səs verin” başlıqlı yazıda Əli Həsənvun onlara verdiyi vəddən və bu vədin arxasından qaçılmasından yazıb.
Tekiş ailəsi xəstəxanalara külli miqdarda borclu qaldıqlarını və bu pulların ödənilməsini tələb edib.