Onun da gedəcəyi deyilir... - İDDİA
Tarix: 28-10-2019, 11:55 |
Çap et
DİA.AZ: - Azərbaycanda daha bir mühüm postda dəyişiklik gözlənilir. Bu barədə DİA.AZ-a məlumatlı mənbələrdən informasiya daxil olub.
Xəbəri verən qaynaq iddia edir ki, yuxarı eşalonda müşahidə olunan dəyişikliklər fonunda növbəti islahat nəzərdə tutulub.
Mənbənin dia-az.life-a söylədikləri: "Yaxın vaxtlarda 64 yaşlı Fikrət Məmmədov ədliyyə naziri postundan alına bilər. Bu addım məhkəmə-hüquq sistemindəki islahatların fonunda cərəyan edəcək".
Qeyd edək ki, Fikrət Məmmədov 2000-ci ildən Ədliyyə naziri vəzifəsində çalışır. Nazir olduğu 18 il ərzində bir neçə dəfə onun istefaya göndərilməsi ilə bağlı təkliflər səsləndirilib.