KİVDF-nin tərkibi dəyişdirilir - GƏLİŞMƏ
Tarix: 9-12-2019, 12:02 |
Çap et
Kütləvi İnfromasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KVDF) Müşahidə Şurasının tərkibi dəyişə bilər.
Bu barədə Yenisabah.az-a daxil olan məlumatda iddia olunur ki, yaxın günlərdə qurumda əhəmiyyətli dəyişikliklərin olacağı gözlənilir. Artıq bu barədə müzakirələr aparılıb və KİVDF-nin tərkibində dəyişikliklər edilməsi məqsəduyğun sayılıb.
Məlumatda deyilir ki, hakimiyyətin media siyasəytinə cavabdeh olanlar KİVDF-nin hazırkı tərkibinin özünü doğrultmadığı qənaətindədirlər.
KİVDF yaranadan bu günə qədər mediada bu qurum haqqında vaxtaşırı neqativ materiallar tirajlanıb. Qurumun keçirdiyi müsabiqələrində, qəzetlərə maliyyə ayrılmasında, jurnalistlərə ev verilməsində şəffaflığın gözlənilmədiyi xüsusilə vurğulanıb.
Jurnalistlər üçün tikilən ikinci binada mənzil bölgüsündən sonra isə bu qurumdan narazılıq daha da artıb.
Bütün bunlara görə, media siyasətinin tərkib hissəsi olaraq yaxın günlərdə prezident sərəncamı ilə KİVDF-nin Müşahidə Şurasının üzvlərinin dəyişdirilməsi gözlənilir.