“Azərişıq” ASC-nin Xaçmaz Elektrik Şəbəkəsinin fəaliyyəti rayon sakinlərini boğaza yığıb. Bu dəfə Gödəkli kəndinin sakiləri dilə gəlib.
Uzun illər enerji təsərrüfatı sahəsində problemlərlə baş-başa qalan kəndlilər KONKRET.AZ-a üz tutub.
Onlar bildirir ki, Gödəkli kəndində qoyulan transformator 60-70-ci illərə aiddir. Hər an təhlükə saçan bu elektrik paylayıcısının qoruyucuları yoxdur. Əvəzində qovşaq dəmir tellərlə bağlanıb. Bu isə o deməkdir ki, qəza baş verərsə, transformator cərəyandan ayrılmayacaq.
Təhlükə saçan daha bir hal elektrik naqillərinin şalbanlar əvəzinə ağaclara bağlanmasıdır. Hətta kəndin istənilən ərazisində bu mənzərəni görmək mümkündür.
KONKRET.AZ kənd sakinlərinin şikayətlərini əks etdirən videogörüntünü təqdim edir: