Əli Həsənov son olaylardan DANIŞDI - "Sərdar Cəlaloğlu elə açıqlama verməyib"
Tarix: 7-01-2020, 16:01 |
Çap et
“Mən hazırda saytlarda Sərdar Cəlaloğlunun özünün bir qədər öncə adından yayılan müsahibə ilə bağlı təkzibini oxuyuram. Ona görə də bu haqda əlavə şərhə ehtiyac yoxdur”.
Bu sözləri Gununsesi.org-a açıqlamasında Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri Əli Həsənov ADP sədri Sərdar Cəlaloğlunun adından yayılan müsahibə haqqında danışarkən deyib:
“Sərdar Cəlaloğlu elə açıqlama verməyib. O, bildirib ki, açılqamanı onun adından kimsə təxribat kimi yayıb, məlumatı yayan sayt kimdirsə, onu məhkəməyə verəcək. Buna əlavə şərh vermək istəmirəm”.