KİVDF-də MALİYYƏ YOXLAMALARI... - BAŞLAYIR...
Tarix: 10-01-2020, 15:40 |
Çap et
DİA.AZ: - Prezident Administrasiyasında kardinal dəyişiklərin ardından, xüsusən də Əli Həsənovun sözügedən uzaqlaşdırlmasından sonra qeyd olunan prosesin təbii uzantısı olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) və digər bu kimi qurumlarda təftişin həyata keçiriləcəyi əvvəlindən proqnozlaşdrılırdı.
Bununla bağlı DİA.AZ-a danşan mötəbər mənbə iddia edir ki, artıq qərar verilib və yaxn günlərdə KİVDF-də total maliyyə yoxlamaları həyata keçiriləcək.
Mənbə açıqlamasında iddia edir ki, burada diqqətçəkən əsas məqam yoxlamaların həm də jurnalistlər üçün inşa edilmiş binalarda mənzillərin bölüşdürlməsi prosesini də əhatə etməsidir.
Mənbənin dia-az.life-a söylədikləri: "Yaxın vaxtlarda BÖYÜK TƏFTİŞ başlayır. Həbslər mütləqdir. Çünki ortada "dövlət qayğısı"na şamil olunan külli miqdarda vəsaitin mənimsənilməsi barədə ciddi ittiham və faktlar var".
Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin. Məsələ ilə bağlı hörmətli KİVDF rəhbərliyini də dinləyə bilərik...