2019-cu ilin yanvar-dekabr aylarında Astara rayonunda 6 milyon 855,5 min manat məbləğində 9 tender keçirilib.
FED.az xəbər verir ki, Astara rayonunda icra hakimiyyəti və Astara Pedoqoji Kolleci satınalmalar həyata keçirib. Keçirilən tenderlərin ümumi məbləğinin 58,9 min manatı kollecin, 6,8 min manatı icra hakimiyyətinin tenderlərinin payına düşür.
Astara rayon İcra Hakimiyyətinin ən böyük məbləğli tenderlərini "46 №-li Yol İstismarı" MMC, "Elnur-2" Universal İstehsalat Kommersiya Şirkəti qazanıb. "46 №-li Yol İstismarı" MMC avtomobil yollarının təmiri üzrə keçirilən 4,2 milyon manatlıq tender qazanıb. "Elnur-2" Universal İstehsalat Kommersiya Şirkəti bina tikintisi və yol təmiri üzrə keçirilən ümumi məbləği 2,5 milyon manat olan 2 tenderin qalibi olub.