Filial müdiri 1.4 milyonu haradan əldə edib? - ARAŞDIRMA
Tarix: 12-03-2020, 11:20 | Çap et
“Günay Bank” idarə heyətinin sədr müavini Emin Zeynalovun məhkəmə prosesi artıq bitmək üzrədir. Belə ki, məhkəmə istintaqı bitib və dövlət ittihamçısı Emin Zeynalovun ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
“Yeni Sabah” bildirir ki, 19 zərərçəkəndən 4-ü şikayətini geri götürüb. Ümumilikdə zərərçəkənlərə dəymiş ziyanın 30 milyon manatdan çox olduğu göstərilir. Məhkəmə zamanı zərərçəkmişlərdən bir neçəsini şəxsən tanıdığını deyən Emin Zeynalov bildirib ki, onların heç birinin etibarlarından sui-istifadə etmək niyyəti olmayıb:
"Əvvəlcə məndən 3 nəfər şikayət etmişdi. İş məhkəməyə gələn ərəfədə isə zərərçəkmişlərin sayı 19 nəfər oldu. Zərərçəkmişlərlə aramızda kommersiya fəaliyyəti olub. Hamısına aldığım məbləğlərə görə qazanc vermişəm. Hamısı da bilir ki, onları aldatmamışam. Əgər belə bir niyyətim olsaydı, əlimdə çox rahat imkanlar olanda bundan istifadə edərdim. Hətta onlara qazanc verməzdim, aldığım məbləği geri qaytarıb deyərdim ki, ziyan etmişəm".
Müqəssir qismində ortada Emin Zeynalov göstərilsə də, əslində zərərçəkən şəxslərin bilə-bilə cinayət törətdikləri aşkarlanır. Reallıq odur ki, həmin şəxslər Emin Zeynalovdan hər ay faiz almaqla böyük pullar qazanıblar. Araşdırmalar göstərir ki, bu şəxslər tamahkar məqsədlərini gizlətməyərək hər vəhclə Emin Zeynalovu təhrik edərək qohumluq və dostluq münasibətlərindən hiyləgərcəsinə istifadə edərək onunla kommersiya münasibətləri yaradıblar. Elə bu münasibətlərdən yararlanaraq Emin Zeynalovdan külli miqdarda xeyir əldə ediblər. Sual olunur ki, sələmçiliklə məşğul olan böyük kapital sahibləri görəsən bilmirdilər ki, biznes fəaliyyətində həyata keçirilən əməliyyatlarda yüksək faizlə gəlir olduğu kimi, biznes əməliyyatlarının spesifikasından irəli gələn tərəflər arasında qarşılıqlı təhlükəsizlik-zərər və itkilərin olması ehtimali nəzərə alinmamışmdı.
Belə olan halda mütləq olaraq itkilər gözləntiləri üstələyib, nəticədə fors major vəziyyət yaranıb. Göründüyü kimi tərəflər arasında bu halları nəzərə ala bilmirlərsə vay bankları idarə edən sələmçi bankirlərin halına.
Əslində gəlin baxaq, görək aldadılan şəxslər kimlərdir və hansı əmanətçilərdən söhbət gedir. Qeyd edək ki, ayrı-ayrı orqanların materialları ilə tanış olanda, Eminə sələmə verilən pulların əsasən ABŞ dolları olduğunu görürük. Həmin şəxslərin isə demək olar ki, hamısı bank sahəsində çalışan və ya bankla yaxın, eləcə də uzaq keçmişdə əlaqəsi olan şəxslərdir.
Həmçinin zərərçəkənlər sırasında vaxtilə Gəncə şəhərinin birinci katibi işləmiş Bağırov Tofiq Məsim oğlunun nəvəsi - “Beynəlxalq bank”ın Sumqayıt filialının müdiri Bağırov Tural Şamil oğlu da var. Bank müdiri olan Tural Bağırov 800 min ABŞ dolları və 100 min manatı nə üçün Emin Zeynalova etibar edib? Belə ki, Tural Bağırovla Emin Zeynalovun tanışlığı 2001-ci ildə Fərid Məmmədov vasitəsi ilə yaranıb. Əslində, Tural Bağırovla Emin Zeynalovun arasında dəfələrlə pul əməliyyatı olub və bu əməliyyatın ümumi dövriyyəsinin 20 milyon manatdan cox olması haqda təqsirləndirilən tərəfdə kifayət qədər sübutlar var.
“GünayBank” işi ilə bağlı araşdırmamızda heç də Emin Zeynalovun müdafiə etmək fikrimiz yoxdu. Reallıq odur ki, Emin Zeynalov 2018-ci ilin aprelində “GünayBank” ASC-nin idarə heyətinin sədr müavini təyin edilməsindən sonra banka uçota alınmayan on milyonlarla manat vəsait cəlb edib və bu qeyri-leqal depozitlərə görə sahiblərinə hər ay 1-3 faiz pul ödəyib.
Bir az Tural Bağırov barədə. Emin Zeynalov istintaqa ifadəsində bildirib ki, Tural Bağırova ümumilikdə 360 min ABŞ dolları qazanc verib. Məhkəmədə isə ifadə verən zaman Tural Bağırov Eminə verdiyi pulların şəxsən özünə məxsus olmasını bildirib. Hakim Əfqan Hacıyev “nə üçün pullarını öz rəhbərlik etdiyin banka yatırmadın?” sualına isə filial müdirinin cavabı çox gülünc olub: “Emindən avronu daha ucuz almaq olurdu”- deyə cavab verin.
Şahid kimi dindirilən Eldar Əbilov 2015-ci ildən Tural Bağırovun sürücüsü işlədiyini və tez-tez onun tapşırığı ilə müxtəlif banklara pullar apardığını və ya pullar gətirdiyini bildirib. Bu hallar əsasən Emin Zeynalovla bağlı olub. Bəzən Emin Zeynalovdan pul götürüb Tural Bağırova çatdırıb. Əksər getdiyi yerlər isə “GünayBank”ın müxtəlif filialları, Gənclik metrosu yaxınlığında yerləşən baş ofisi və həmçinin Hilton Bakı otelinin daxilində yerləşən “GünayBank”a məxsus valyutadəyişmə məntəqəsi olub.
Ancaq heç zaman o pulları Emin Zeynalovun adamlarına verən zaman ona qəbz və ya ayrı bir sənəd təqdim olunmayıb. O, hər dəfə istifadəsində olan 051 7637179 mobil nömrəsi ilə Emin Zeynalova məxsus 0502500555 nömrəsinə zəng vurub. Reallıq odur ki, həmin pullar məhz elə Turalın öz rəhbəri olduğu bankın pulları olub.
2015-ci ildən bankın filial müdiri kimi ayda 4200 manat məvacib alan Tural Bağırovun Bakı şəhərində özünə məxsus diş klinikası da var. Həmçinin Tural Bağırovun həyat yoldaşının tanınmış ginekoloq olduğu və Bakının məşhur klinikalarının birində çalışdığıda deyilir. Bütün sadaladığlarımızı nəzərə alsaq da Tural Bağırovun bu qədər pulu hardan qazandığı sual altındadır. Emin Zeynalovun verdiyi ifadədən məlum olur ki, o, hazırki, zərərçəkmişlərə külli miqdarda qazanclar verib. İndi necə başa düşək? Tural Bağırov ya Emin Zeynalovdan əldə etdiyi qazancı itirib, ya da işlədiyi “Beynəlxalq Bank”ın pullarını...
Yəqin bu yazıdan sonra “Beynəlxalq bank”ın rəhbərliyi Tural Bağırovun rəhbər olduğu filialda təftiş aparacaq.
Qeyd edək ki, Emin Zeynalovun əməlindən zərərçəkənlərlə bağlı araşdırmalarımız davam edəcək.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Bu gün, 22:16 |
|
|
|
• Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Bu gün, 22:02 |
|
|
|
• "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Bu gün, 21:59 |
|
|
|
• Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 21:56 |
|
|
|
• “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Bu gün, 21:09 |
|
|
|
• Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Bu gün, 21:07 |
|
|
|
• Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Bu gün, 19:08 |
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Bu gün, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Bu gün, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Bu gün, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Bu gün, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Bu gün, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Bu gün, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Bu gün, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Bu gün, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Bu gün, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Bu gün, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Bu gün, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Bu gün, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Bu gün, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Bu gün, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Bu gün, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Bu gün, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Bu gün, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Bu gün, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Bu gün, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Bu gün, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Bu gün, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Bu gün, 16:57 |
|
|
|
• “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 16:37 |
|
|
|
• Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Bu gün, 16:34 |
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Bu gün, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Bu gün, 16:18 |
|
|
|
• Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Bu gün, 16:15 |
|
|
|
• Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Bu gün, 16:12 |
|
|
|
• Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Bu gün, 16:06 |
|
|
|
• Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Bu gün, 16:05 |
|
|
|
• Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Bu gün, 16:02 |
|
|
|
• Bakıda toylar bu tarixdə başlayacaq - SORĞU
Bu gün, 15:55 |
|
|
|
• Orxan Cəlilov işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 15:50 |
|
|
|
• Paşinyan seçkilərə belə hazırlaşır
Bu gün, 15:48 |
|
|
|
• Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. - DETALLAR
Bu gün, 15:34 |
|
|
|
• Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı - BU NƏDİ BELƏ?..
Bu gün, 15:30 |
|
|
|
• “Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” - Pərvin Abıyeva
Bu gün, 15:26 |
|
|
|
• General-leytenant yeni rəis təyin etdi - ƏMR
Bu gün, 15:21 |
|
|
|
• Zamin Əliyev Azərbaycanın Qars şəhərindəki baş konsulu təyin edilib - FOTO
Bu gün, 15:17 |
|
|
|
• Prezident Los-Ancelesə yeni baş konsul təyin edib - SƏRƏNCAM
Bu gün, 15:16 |
|
|
|
• Ayxan Süleymanlı Azərbaycanın Aktau şəhərindəki baş konsulu TƏYİN OLUNDU
Bu gün, 15:15 |
|
|
|
• Azərbaycanın Batumiyə yeni baş konsulu təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:13 |
|
|
|
|