Paşinyan arvadı və qızı ilə muzeydə .....                     Azərbaycanda tanınmış müğənni vəfat etdi .....                     Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən .....                     Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? .....                     Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi .....                     "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: .....                     Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib .....                     “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” .....                     Dollarla bağlı HANSI QƏRAR VERİLİR? .....                     Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: .....                     Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? .....                     Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir .....                     “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm” .....                     Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR .....                     Fransa meydan oxudu .....                     “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? .....                     BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb .....                     "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" .....                     Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov .....                     NCQG üzrə real nəticəyə nail olmalıyıq .....                     “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb .....                     Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir .....                     Bakıda biznesmenin evindən seyf oğurlandı .....                     Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... .....                     Tarixi film istehsalında SÜKUNƏT: .....                     Müharibə ilə bağlı bədbin proqnoz: .....                     Paşinyan papa ilə görüşdə: .....                     Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq .....                     Azərbaycan düşməni olan şovinistdən .....                     Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır .....                     Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir .....                     Neft niyə 70 dollardan götürüldü: .....                     Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var .....                     “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” .....                     Bakıdan Qarabağa necə getmək olar: .....                     Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil .....                     Berlin Kiyevə "Mini-Taurus" lar verəcək .....                     Türkiyə İsraillə TEZ ANLAŞSIN... .....                     Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq .....                     Qazaxdan Araza qədər yol belə açılacaq... .....                 

"Biz pay torpağı ilə dolana bilsəydik, Bakıda fəhləlik edərdikmi?" - NARAZILIQ...
Tarix: 14-04-2020, 09:39 | Çap et
"Biz pay torpağı ilə dolana bilsəydik, Bakıda fəhləlik edərdikmi?"
Bakıda fəaliyyət göstərən “AZ-MEP GROUP” MMC-nin işçiləri karatin günlərində işdən çıxarıldıqlarını deyirlər.

İşçilər bildiriblər ki, onlar şirkətin “Park Otel” layihəsində fəhlə, usta, usta köməkçisi kimi çalışırmışlar. Ancaq aprelin əvvəlində şirkətdən onların “WhatsApp” nömrələrinə mesaj gəlib ki, bəzi işçilər ixtisara düşüblər: “Daha doğrusu, 60 işçidən 23 nəfərini ixtisar ediblər. Səbəb də çoxunun bu dönəmdə işə getməməsi göstərilir. Bir siyahı da göndəriblər. Bildirirlər ki, həmin siyahıda sarı rənglə işarələnənlərin hamısı işdən azad edilib”.

Şikayətçilər bildirirlər ki, onların əksəriyyəti rayonlardan Bakıya işləmək üçün gələn insanlardır. Hamısı Bakının müxtəlif yerlərində ucuz kirayə evlərdə yaşayırlar və əlavə gəlirləri yoxdur: “Hamımızın da 2, 3, bəzilərimizin 4 övladı var. Çoxu da məktəblidir. Onsuz da ayı çətinliklə başa vururduq. İndi işimizi də itirdik, lap pis vəziyyətə düşmüşük”, - işçilər deyirlər.

Məktubda Prezident İlham Əliyevin bütün şirkət və müəssisələrə karantin dövründə heç kimin işdən çıxarılmaması ilə bağlı göstərişi də xatırlanır. Bildirilir ki, onların şirkəti ölkə başçısının bu sözlərini vecinə almayıb: “Hamımızın şirkətlə müqaviləsi vardı. Bəzilərimizin müqaviləsinin vaxtı martın 31-də bitmişdi. Yeni müqavilə hələlik, bağlanmamışdı. Elə şirkət də çoxumuzu aprelin 6-da işdən çıxarıb. Özü də deyirlər ki, gəlin, ərizə yazın, öz istəyinizlə işdən çıxın. Çünki özləri çıxarmağa qorxurlar. Sabah kimsə soruşsa, boyunlarından atsınlar, desinlər ki, bəs onlar öz ərizələri ilə işdən çıxıblar”.

"Biz pay torpağı ilə dolana bilsəydik, Bakıda fəhləlik edərdikmi?"
siyahı

Şikayətçilər çarəsiz durumda qaldıqlarını söyləyirlər. Deyirlər ki, çoxu rayondadır, qayıda da bilmirlər: “Rayon qeydiyyatı olanlar Bakıya buraxılmır. Dövlət deyir, evdə qalın. Biz də əməl edirik. Nəticədə, işimizi itiririk. Biz bundan sonra hardan iş tapacağıq, ailəmizi nə ilə dolandıracağıq, bilmirik. Bizə bu barədə heç nə deyən yoxdur. Biz, kasıb təbəqənin insanları nə edək?”

İşçilər bildirirlər ki, dəfələrlə bu barədə şirkətlə danışıblar, xeyri yoxdur: “Hətta şirkət rəislərindən birinə zəng etmişdik. Bir çoxuna məsləhət görüblər ki, gəl ərizə yaz, işdən çıx. Gələn dəfə böyük obyekt götürüb, yeni işə başlayanda şirkətə deyək ki, yaxşı işləyən işçidir, onu işə bərpa et. Ancaq deyir ki, nə vaxt iş olacaq, bilmirik. Bir sözlə, nə vaxt olsa. Mən nə qədər oturub gözləməliyəm?”

Şikayətçilər əlavə edirlər ki, dövlətin işsizliyə görə verdiyi 190 manatlıq müavinət onların çoxuna düşmür. Çünki əksəriyyət rayon qeydiyyatındadır və adına pay torpağı var: “Biz pay torpağı ilə dolana bilsəydik, Bakıda fəhləlik edərdikmi? Nə işimiz vardı orda? Kirayələrdə sürünürük, ən şəraitsiz evlərdə, uzaq kəndlərdə yaşayırdıq. İşə 2 saata gedib çıxırdıq. Əgər həqiqətən torpaqla dolanmaq mümkün olsaydı, kənd camaatı Bakıya axışmazdı. İstifadə etmədiyimiz torpaqlara görə birdəfəlik müavinəti də ala bilmirik. İndi bu dövrdə balalarımıza nə yedirəcəyik, bilmirik”.

İşçilər bildirirlər ki, nə indiyə qədər çalışdıqları şirkət, nə də dövlət onlara sahib çıxır: “Biz nə edək? Şirkət dövlətin qərarlarına sayğı duymur. Utanmadan da deyirlər ki, gəlin öz ərizənizlə çıxın. Yəni sabah bunlara problem yaranmasın. Biz necə yaşayacağıq bundan sonra? Bilmirik, həqiqətən çıxılmaz, çarəsiz vəziyyətdəyik”.

İşçilər bildirirlər ki, şirkət işçiləri rəsmi işdən çıxarmır. Ancaq təzyiq edir ki, gəlib öz ərizələrini yazsınlar: “Deyirik, çıxarırsınızsa, təzminat verin. Deyirlər, təzminat düşmür, çünki müqavilənin vaxtı bitib. Belə getsə, acından öləcəyik”.

“AZ-MEP GROUP” MMC-nin təsisçisi Çinarə Ağayeva isə işçilərin söylədiklərini təkzib edib. Deyib ki, onlar kimsəni işdən azad etməyiblər, əksinə, işçilərdən 7 nəfər ö ərizəsi ilə işdən çıxmaq üçün müraciət edib. Ancaq şirkət hələlik, kimsəni işdən çıxarmayıb: “Dövlətin verdiyi 190 manatı eşidiblər. İşdən ərizə yazıb çıxırlar ki, həmin təzminatı ala bilsinlər. Sonra gəlib deyəcəklər ki, bizi işə bərpa edin. O insanlar yardım üçün işdən çıxmaq istəyiblər, bizlik bir şey yoxdur. Hətta onu da deyim ki, rayonda olanlar var, gələ bilmirlər. Onların maaşlarını da vaxtlı-vaxtında ödəmişik. Bir sözlə, biz kimsəni işdən çıxarmamışıq, hamısı öz ərizələri ilə işdən çıxmaq istəyənlərdir. Sonra da gedib şikayət edirlər”.


"Biz pay torpağı ilə dolana bilsəydik, Bakıda fəhləlik edərdikmi?"








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Bu gün, 22:50
Azərbaycanda tanınmış müğənni vəfat etdi
Bu gün, 22:47
Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Bu gün, 22:45
Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Bu gün, 22:16
Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Bu gün, 22:02
"Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Bu gün, 21:59
Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 21:56
“Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Bu gün, 21:09
Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Bu gün, 21:07
Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Bu gün, 19:08
Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Bu gün, 19:00
Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Bu gün, 18:58
“Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Bu gün, 18:05
Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Bu gün, 18:02
Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Bu gün, 18:00
“Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:55
BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Bu gün, 17:51
"Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Bu gün, 17:46
Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Bu gün, 17:43
NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Bu gün, 17:37
“La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Bu gün, 17:35
Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Bu gün, 17:31
Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Bu gün, 17:29
Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Bu gün, 17:20
Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Bu gün, 17:17
Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Bu gün, 17:16
Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Bu gün, 17:14
Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Bu gün, 17:11
Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Bu gün, 17:10
Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Bu gün, 17:03
Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Bu gün, 17:00
Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Bu gün, 16:59
Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Bu gün, 16:57
“Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 16:37
Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Bu gün, 16:34
Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Bu gün, 16:20
Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Bu gün, 16:18
Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Bu gün, 16:15
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Bu gün, 16:12
Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Bu gün, 16:06
Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Bu gün, 16:05
Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Bu gün, 16:02
Bakıda toylar bu tarixdə başlayacaq - SORĞU
Bu gün, 15:55
Orxan Cəlilov işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 15:50
Paşinyan seçkilərə belə hazırlaşır
Bu gün, 15:48
Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. - DETALLAR
Bu gün, 15:34
Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı - BU NƏDİ BELƏ?..
Bu gün, 15:30
“Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” - Pərvin Abıyeva
Bu gün, 15:26
General-leytenant yeni rəis təyin etdi - ƏMR
Bu gün, 15:21
Zamin Əliyev Azərbaycanın Qars şəhərindəki baş konsulu təyin edilib - FOTO
Bu gün, 15:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru