İcra hakimiyyətlərinin tender oyunu davam edir: Bu dəfə Şəmkirdə… - FOTOFAKT
Tarix: 21-05-2020, 15:03 | Çap et
Yeni yaranan və bu səbəbdən də təcrübəsi olmayan şirkətlərin dövlət qurumlarının elan etdiyi tenderlərdə qalib olması dəfələrlə qeydə alınıb. Yeniavaz.com xəbər verir ki, belə tenderlərdən birinin qalibi "SH Memorial" MMC (VÖEN-8503285771) adlı şirkət olub. "SH Memorial" MMC 19.05.2020-ci il tarixində Şəmkir rayon İcra Hakimiyyətinin elan etdiyi tender müsabiqəsinin qalibi elan olunub. Şəmkir rayon İcra Hakimiyyəti "SH Memorial" MMC-yə Kür qəsəbəsi S.Vurğun 3A və Şəhriyar 1 ünvanlarındakı çoxmənzilli yaşayış binaları üçün 2 (iki) ədəd liftin alınması və quraşdırılması üçün 104 min 854 manat 80 qəpik ödəyəcək. Məlumat üçn bildirək ki, Şəmkir rayon İcra Hakimiyyəti tender müsabiqəsini aprel ayının 8-də elan edib. Bu barədə məlumat “Respublika” qəzetində dərc olunub (http://www.respublica-news.az/index.php/dig-r-x-b-rl-r/reklam-v-elanlar/item/26633-tender-elanlari). Maraqlıdır ki, tenderin qalibi olan "SH Memorial" MMC tender elanından cəmi bir həftə əvvəl – 01.04.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Onu da bildirək ki, Şəmkir rayon İcra Hakimiyyətinin elan etdiyi tenderin şərtlərində açıq şəkildə qeyd olunub: - Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. - İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti; - İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı; Göründüyü kimi, cəmi bir həftə əvvəl qeydiyyatdan keçən şirkətin son bir ildəki fəaliyyəti barədə hansısa sənəd təqdim etməsi mümkünsüzdür. "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır. Cəmi bir-neçə gün əvvəl yaranan, bu şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil. Qiymət necə şişirdilib? Şəmkir rayon İcra Hakimiyyətinin keçirdiyi və "SH Memorial" MMC-nin qalib olduğu tenderlə bağlı diqqət çəkən başqa bir məqam isə satın alınan mal və xidmətin qiymətilə bağlıdır. Şəmkir rayon İcra Hakimiyyəti heç bir təcrübəsi olmayan "SH Memorial" MMC-yə “gücü 400 kq, sürət 1m/s” olan iki ədəd liftin satın alınması və qurşadırılması üçün 104 min 854 manat 80 qəpik ödəyəcək. Bu isə o deməkdir ki, bir ədəd liftin qiyməti 52 min 427 manat 40 qəpik olacaq. Qeyd edək ki, hazırda daxili bazarda “gücü 400 kq, sürət 1m/s” olan liftin orta bazar qiyməti 30-35 min manat arasında dəyişir. Elan saytlarında bu barədə kifayət qədər məlumat var. Halbuki, "Dövlət Satınalmaları Haqqında" Qanunun 27.4-cü maddəsində açıq şəkildə yazılır ki, hər hansı təklifin qiyməti müvafiq malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətindən (orta bazar qiyməti) yüksək olarsa, satınalan təşkilat həmin təklifi satınalma prosedurlarından kənarlaşdırır. Əlaqələndirici şəxslə əlaqə saxlamaq mümkün deyil… Qeyd edək ki, tender elanında əlaqələndirici şəxs olaraq göstərilən və əlaqə saxlamaq üçün elana mobil nömrəsi (050 575 55 95) yazılan Şəmkir rayon İcra Hakimiyyətinin baş mühasibi Habil Hüseynovdan məsələ ilə bağlı açıqlama almaq cəhdimiz baş tutmadı. Baş mühasibə dəfələrlə zəng etməyimizə baxmayaraq telefon zənglərimizə cavab vermədi. Adı olub özü olmayan daha bir şirkət… Şəmkir rayon İcra Hakimiyyəti ötən ilin dekabr ayında da bənzər tender keçirib və qalib şirkət “RC COMPANY” MMC olub. “SH Memorial" MMC kimi “RC COMPANY” MMC-də Kür qəsəbəsi S.Vurğun 3A və Şəhriyar 1 ünvanlarındakı çoxmənzilli yaşayış binaları üçün 2 (iki) ədəd liftin alınması və quraşdırılması üçün Şəmkir rayon İcra Hakimiyyətindən 104 min 902 manat alıb. Bu şirkət 2016-cı ildə dövlət qeydiyyatına alınsa da bugünə kimi lift satışı və quraşdırılmasında hansı təcrübəyə sahib olduğu barədə heç bir məlumat yoxdur.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Bu gün, 21:09 |
|
|
|
• Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Bu gün, 21:07 |
|
|
|
• Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Bu gün, 19:08 |
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Bu gün, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Bu gün, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Bu gün, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Bu gün, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Bu gün, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Bu gün, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Bu gün, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Bu gün, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Bu gün, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Bu gün, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Bu gün, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Bu gün, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Bu gün, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Bu gün, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Bu gün, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Bu gün, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Bu gün, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Bu gün, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Bu gün, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Bu gün, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Bu gün, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Bu gün, 16:57 |
|
|
|
• “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 16:37 |
|
|
|
• Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Bu gün, 16:34 |
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Bu gün, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Bu gün, 16:18 |
|
|
|
• Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Bu gün, 16:15 |
|
|
|
• Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Bu gün, 16:12 |
|
|
|
• Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Bu gün, 16:06 |
|
|
|
• Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Bu gün, 16:05 |
|
|
|
• Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Bu gün, 16:02 |
|
|
|
• Bakıda toylar bu tarixdə başlayacaq - SORĞU
Bu gün, 15:55 |
|
|
|
• Orxan Cəlilov işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 15:50 |
|
|
|
• Paşinyan seçkilərə belə hazırlaşır
Bu gün, 15:48 |
|
|
|
• Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. - DETALLAR
Bu gün, 15:34 |
|
|
|
• Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı - BU NƏDİ BELƏ?..
Bu gün, 15:30 |
|
|
|
• “Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” - Pərvin Abıyeva
Bu gün, 15:26 |
|
|
|
• General-leytenant yeni rəis təyin etdi - ƏMR
Bu gün, 15:21 |
|
|
|
• Zamin Əliyev Azərbaycanın Qars şəhərindəki baş konsulu təyin edilib - FOTO
Bu gün, 15:17 |
|
|
|
• Prezident Los-Ancelesə yeni baş konsul təyin edib - SƏRƏNCAM
Bu gün, 15:16 |
|
|
|
• Ayxan Süleymanlı Azərbaycanın Aktau şəhərindəki baş konsulu TƏYİN OLUNDU
Bu gün, 15:15 |
|
|
|
• Azərbaycanın Batumiyə yeni baş konsulu təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:13 |
|
|
|
• Pallone təpədən-dırnağa qədər DÜŞMƏNDİR!.. - hələ bizim camaat YUMŞAQ DAVRANDI...
Bu gün, 15:10 |
|
|
|
• "1 həftə öncə məni çağırıb bildirdilər ki, bu gündən işdən azadsan..." - GİLEY
Bu gün, 15:03 |
|
|
|
• Tramp Zəngəzur dəhlizinə maneə yaradacaqmı? - Türkiyəli general detalları açıqladı
Bu gün, 15:00 |
|
|
|
• Mərkəzi Bankın sədri növbəti illər üçün manatın məzənnəsi haqqında danışıb - BİZİ NƏ GÖZLƏYİR?
Bu gün, 14:58 |
|
|
|
|