Qaralovların Gürcüstandakı əmlakı araşdırılacaq –MALİYYƏ MONİTORİNQ XİDMƏTİNDƏ PROSES BAŞLANDI
Tarix: 9-06-2020, 16:01 |
Çap et
Gürcüstanın Maliyyə Monitorinq Xidməti Azərbaycanın sabiq baş prokuroru Zakir Qaralovun və onun ailə üzvlərinin bu ölkədəki əmlakları və dövriyyədə olan maliyyə vəsaitləri ilə bağlı araşdırma aparacaq.
Bu barədə Gununsesi.org-a Gürcüstandan verilən məlumatda bildirilir. Məlumata görə, Zakir Qaralov və qardaşlarının bu ölkədə dəyəri yüz milyonlarla ölçülən əmlakı var. Həmin əmlakların hansı yolla əldə edilməsi bu ölkənin Malıyyə Monitorinqi Xidmətinin araşdırması olacaq.
Qeyd edək ki, Maliyyə Monitorinqi Xidməti şübhəli vəsaitləri araşdırmaq üçün yaradılıb.