Səlim Müslümovun da borcu var imiş... - İDDİA
Tarix: 18-06-2020, 12:40 |
Çap et
Ağsu şəhəri Koroğlu küçəsində yerləşən, keçmiş Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova məxsus istixananın istifadə edilmiş qaza görə “Azəriqaz”a 200 min manatdan çox borcu var.
dia-az.life-ın sozcu.az-a istinadən əldə etdiyi məlumata görə, 2016-cı ilin fevral ayından fəaliyyətə başlayan istixanada fəaliyyətə başlayandan bu günə kimi istifadə edilmiş təbii qazın dəyərinin ödənişi ilə bağlı bütün dövrlərdə çox ciddi problemlər olmuşdur.
Sabiq nazirə məxsus istixana fəaliyyətə başladığı gündən müxtəlif bəhanələr ilə ödənişdən yayınmışdır.
“Azəriqaz” İstehsalat Birliyi, fəaliyyətə başlayanda “Aqrotexsevis” MMC, daha sonra isə, naməlum səbəbdən türk iş adamına verilərək adı “Formes.az.group” kimi dəyişdirilən istixananı məhkəməyə verərək qətnamə çıxarılmasına nail olsa da, bu günə qədər Şəki İnzibati İqtisad Məhkəməsinin qətnaməsi icra olunmadan qalıbdır.
Əldə etdiyimiz məlumata görə, istixanaya qaz verilişi borca görə dəfələrlə dayandırılsa da, Səlim Müslümov öz şəxsi nüfuzundan istifadə edərək, qazı qoşdurmağa nail olmuşdur.
P.S. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq