Səfər Mehdiyevin Aydın Əliyev ənənələrinə SƏDAQƏTİ... - İnhisarçılıq ayaq tutub yeriyəcək...
Tarix: 26-08-2020, 10:40 | Çap et
Azərbaycanda əhali arasında fəaliyyəti narazılıq yaradan qurumlardan biri də Dövlət Gömrük Komitəsidir (DGK).
Bu qurumun fəaliyyəti illərdir ki, müzakirə olunur, yenilənmə ilə bağlı təkliflər verilir, amma nəticə dəyişmir.
Hazırda ölkədə gömrüklə bağlı vəziyyət elə keçmiş rəhbər Aydın Əliyevin vaxtında olduğu kimidir.
Yəni o dövrlə indiki vəziyyət arasında yalnız bir fərq var- əvvəl Komitənin rəhbəri Aydın Əliyev idi, indi Səfər Mehdiyevdir.
Məsələn, illərdir deyilir ki, Gömrük Komitəsi 3 pilləli (hazırda 15 pilləlidir-V.M) rüsum siyasətinə keçid etməlidir. Yəni, hazırda DGK-i ölkəyə gətirilən 100 manatlıq mala görə 1 faiz də rüsum ala bilər, 15 faiz də. Bu məsələnin tənzimləməsi üçün ekspertlər təklif edir ki, gömrükdə rüsum sistemi ləğv olunsun. Maksimum halda 3 pilləli rüsuma keçilsin. Beynəlxalq təcrübəyə nəzər salsaq, hazırda bir çox ölkələrdə məhz bu sistem tətbiq olunur. Amma nədənsə DGK narazılıq yaradan yeni qərarında olduğu kimi, bu məsələdə də Avropa ölkələrinin təcrübəsinə istinad etmək istəmir. Gömrük Komitəsinin yeni qərarına gəlincə, bunu ekspertlər monopoliyaya dəstək verən, oliqarxiyanın maraqlarına xidmət edən qərar hesab edirlər. Söhbət elektron ticarətin məhdudlaşdırılması və daxili bazarın “inkişafına” yönəlik qərardan gedir.
Qərarda deyilir ki, ölkə vətəndaşlarının onlayn ticarət vasitəsi ilə aldığı mal və məhsullar 300 dollar dəyərindən yüksək olarsa, o zaman həmin məhsula görə gömrük rüsumu ödənilməlidir. Qeyd edək ki, əvvəl bu rəqəm 1000 dollar nəzərdə tutulurdu. Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"na bir çox dəyişiklik edib. Gömrük Komitəsi narazılıq yaradan sözügedən dəyişikləri monopoliyaya xidmət kimi yox, Avropa standartlarına keçid kimi dəyərləndirib.
Komitənin sözügedən dəyişiklərlə bağlı “izahat” mətnində belə deyilir: “Türkiyə Respublikasının qanunvericiliyinə əsasən qeyri-kommersiya məqsədləri üçün eyni fiziki şəxs tərəfindən 2 (iki) təqvim ilində yalnız 1 (bir) ədəd telefon aparatları, mobil və ya başqa simsiz rabitə şəbəkələri üçün telefon aparatları gömrük ərazisinə gətirilə bilər və həmin telefon aparatları 1 (bir) təqvim ayı ərzində həmin dövlətin müvafiq qurumlarında mütləq qaydada qeydiyyata alınır. Dünya praktikasına nəzər yetirdikdə fiziki şəxslər tərəfindən poçt göndərişləri ilə ölkə ərazisinə gətirilən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar üçün müəyyən edilmiş güzəşt limitinin də kifayət qədər aşağı olduğu görünür. Belə ki, bəzi ölkələrə nəzər yetirdikdə güzəşt məbləğinin Rusiyada Federasiyasında 200 avro, Belarusda 200 avro, Gürcüstanda 300 Lari (125 dollar) və 30 kiloya qədər çəki, Moldovada 200 avro (30 kilo), Ukraynada 100 avro (31 kilo), Türkiyədə isə 150 avro olduğu müşahidə olunur. Avropa Birliyinin əksər ölkələrində isə 22 avroya qədər poçt bağlamaları heç bir gömrük ödənişi olmadan ölkə ərazisinə gətirilə bilər. Dəyəri 22 avro ilə 150 avro arasında olan poçt bağlamaları üçün isə yalnız ƏDV tutulur. Bu miqdar Yunanıstanda 15-20 avro, İspaniya və Fransada isə 50 avrodur. Əgər bağlamanın dəyəri 150 avrodan çoxdursa, o zaman ƏDV və qeydiyyat rüsumlarına əlavə olaraq malların kateqoriyasından asılı olaraq gömrük rüsumları da tutulur”.
Təqdim olunan müqayisə kifayət qədər qüsurludur. Birincisi, Gömrük Komitəsinin adını çəkdiyi ölkələrdə sözügedən qaydalar məhz daxildə istehsal olunan məhsulların xaricdən gətirilməsinə tətbiq olunan məhdudiyyətlərdir. Məsələn, Türkiyə yerli avtomobil, telefon, elektron avadanlıqlar və s. istehsal etdiyi üçün bu növ məhsullara yüksək gömrük rüsumu tətbiq edir. Bu isə daxili istehsalı qorumaq məqsədi ilə atılan addımdır. Ölkədə istehsal edilməyən məhsullara görə sözügedən qaydalar tətbiq olunmur və gömrük rüsumları da kifayət qədər aşağıdır. Qonşu Gürcüstanda da eyni vəziyyətdir. Hətta adi bir müqayisə etsək, Komitənin istinadının nə dərəcədə qüsurlu olduğu açıq şəkildə görünəcək. Məsələn, Gürcüstanda avtomobil qiymətləri Azərbaycanla müqayisədə ən az 3 dəfə ucuzdur. Əgər Gömrük Komitəsinin dediyi kimi, Gürcüstanda 125 dollardan yuxarı olan bütün mal və məhsullara yüksək gömrük rüsumu tətbiq olunsaydı, orada da qiymətlər ən azı Azərbaycandakı ilə eyni olmasa da, yaxın olardı. Komitənin istinad etdiyi digər ölkələrlə də vəziyyət eynidir. Yəni, Komitə verdiyi qərarı haqlı çıxarmaq üçün Avropa ölkələri ilə müqayisəyə istinad edərkən, digər məsələləri nəzərə almayıb və yalnız Gömrük Komitəsinin əlini gücləndirəcək nöqtələrə toxunub.
Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev də Gömrük Komitəsinin son dəyişiklərini tənqid edib: “Həm Gömrük Komitəsinin işi, həm də Nazirlər Kabinetinin gömrük sahəsilə bağlı qəbul etdiyi son qərar nə mövcud iqtisadi çağırışlara, nə də dövlətin iqtisadi siyasət fəlsəfəsinə nəinki uyğun gəlmir, hətta ziddiyyət təşkil edir. XXI əsrdə, internet yüzilliyində, sərhədlərin açıq və şəffaf olduğu bir dövrdə dövlətin əsas məqsədi bu şəraitdən istifadə edən sahibkarlar və vətəndaşlara maksimum iqtisadi azadlıqlar verməkdən ibarətdir. Yetər ki, fəaliyyətin qanuni olsun və vergini ödəyəsən. Son dəyişikliklərdə isə biz bunun tam əksini görürük”.
Kiçik bir xatırlatma edək. 2018-ci ilin sonlarında DGK-nin sədri Səfər Mehdiyev ictimaiyyət qarşısına çıxaraq açıq şəkildə bəyan etmişdi ki, ökədə bir faiz inhisarçılıq göstərsələr, istefaya gedər. İndi o sözü xatırlatmağın məqamıdır. Deyə bilərlər ki, DGK-də hər şey şəffafdır. Amma inhisarçılıqla bağlı tətbiq olunan yeni metodu görmək üçün də kiçik bir araşdırma kifayət edir. Məsələn, xaricdən gətirilən hər hansı bir mal və məhsulun verilən rəsmi invoysu Gömrük Komitəsində qəbul olunmur. Səbəb göstərilir ki, bu, daxili bazar qiymətindən aşağıdır və ona görə də yeni invoys tətbiq olunacaq. İnhisarçı şirkətlərlə bağlı isə fərqli sistem tətbiq olunur və onların məhsulları “yaşıl xətt”lə ölkəyə buraxılır. Bu üsulla adi sahibkarın və ya vətəndaşın gətirdiyi mal və ya məhsullardan daha çox rüsum və əlavə dəyər vergisi (ƏDV) tutulur, inhisarçı şirkətlərdən isə bunun əksinə, daha az. Bu inhisarçılıq deyilmi? İstər avtomobil, istər elektron cihazlar, istərsə də digər mal və məhsullarla bağlı bənzər variant tətbiq olunur. Yeni qəbul olunan dəyişikliklər də məhz bu sistemin daha rahat təbiq olunmasına, inhisarçılığın, oliqarxiyanın dəstəklənməsinə xidmət edir. Gömrük Komitəsi gömrük fəlsəfəsindən tamamilə fərqli bir siyasət yürüdür ki, bunun da əyani sübutunu verilən son qərar göstərir. Cebhe.info
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Bu gün, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Bu gün, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Bu gün, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Bu gün, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Bu gün, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Bu gün, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Bu gün, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Bu gün, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Bu gün, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Bu gün, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Bu gün, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Bu gün, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Bu gün, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Bu gün, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Bu gün, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Bu gün, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Bu gün, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Bu gün, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Bu gün, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Bu gün, 16:57 |
|
|
|
• “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 16:37 |
|
|
|
• Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Bu gün, 16:34 |
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Bu gün, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Bu gün, 16:18 |
|
|
|
• Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Bu gün, 16:15 |
|
|
|
• Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Bu gün, 16:12 |
|
|
|
• Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Bu gün, 16:06 |
|
|
|
• Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Bu gün, 16:05 |
|
|
|
• Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Bu gün, 16:02 |
|
|
|
• Bakıda toylar bu tarixdə başlayacaq - SORĞU
Bu gün, 15:55 |
|
|
|
• Orxan Cəlilov işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 15:50 |
|
|
|
• Paşinyan seçkilərə belə hazırlaşır
Bu gün, 15:48 |
|
|
|
• Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. - DETALLAR
Bu gün, 15:34 |
|
|
|
• Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı - BU NƏDİ BELƏ?..
Bu gün, 15:30 |
|
|
|
• “Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” - Pərvin Abıyeva
Bu gün, 15:26 |
|
|
|
• General-leytenant yeni rəis təyin etdi - ƏMR
Bu gün, 15:21 |
|
|
|
• Zamin Əliyev Azərbaycanın Qars şəhərindəki baş konsulu təyin edilib - FOTO
Bu gün, 15:17 |
|
|
|
• Prezident Los-Ancelesə yeni baş konsul təyin edib - SƏRƏNCAM
Bu gün, 15:16 |
|
|
|
• Ayxan Süleymanlı Azərbaycanın Aktau şəhərindəki baş konsulu TƏYİN OLUNDU
Bu gün, 15:15 |
|
|
|
• Azərbaycanın Batumiyə yeni baş konsulu təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:13 |
|
|
|
• Pallone təpədən-dırnağa qədər DÜŞMƏNDİR!.. - hələ bizim camaat YUMŞAQ DAVRANDI...
Bu gün, 15:10 |
|
|
|
• "1 həftə öncə məni çağırıb bildirdilər ki, bu gündən işdən azadsan..." - GİLEY
Bu gün, 15:03 |
|
|
|
• Tramp Zəngəzur dəhlizinə maneə yaradacaqmı? - Türkiyəli general detalları açıqladı
Bu gün, 15:00 |
|
|
|
• Mərkəzi Bankın sədri növbəti illər üçün manatın məzənnəsi haqqında danışıb - BİZİ NƏ GÖZLƏYİR?
Bu gün, 14:58 |
|
|
|
• Sabiq nazirin oğlunun məhkəməyə gəlməsi tələb olunub - TƏFƏRRÜAT
Bu gün, 14:55 |
|
|
|
• Anti-Azərbaycan mərkəzləri və onun əlaltıları - AXI NİYƏ?..
Bu gün, 14:00 |
|
|
|
• Şəkidəki şirkət Ucarda əkin sahələrini su ilə təmin edəcək - 7 MİLYONLUQ TENDER
Bu gün, 13:58 |
|
|
|
• "Mədinə şəhərində məni küçədə görən bu uşaqlar üstümə qaçdılar ki..."
Bu gün, 13:07 |
|
|
|
• “İlk dəfə büdcədə neftin ilkin qiyməti 70 dollar götürülüb”
Bu gün, 13:06 |
|
|
|
|