Yasamalın başçısı adından rüşvət yığılır - GİLEY
Tarix: 28-08-2020, 12:53 |
Çap et
Yasamal rayon icra başçısı Elşad Həsənov adından sui-istifadə edilərək obyektlərdən rüşvət yığılır. Reportyor.info xəbər verir ki, bunu sahibkar Nazim Dünyamalıyev yazıb.
Onun sözlərinə görə, tələb olunan xəracı verə bilmədiyi üçün onun obyekti yerlə-yeksan olunub. Sahibkar ümid edir ki, prezident məsələ ilə bağlı ölçü götürəcək. Qeyd edək ki E.Həsənov əvvəl deputat olub. Hazırda Yasamal rayonuna rəhbərlik edir. Hər halda onun adından kimlərin rüşvət yığması Yasamal İH tərəfindən araşdırılacaq.