Bakıdan Qarabağa necə getmək olar: .....                     Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil .....                     Berlin Kiyevə "Mini-Taurus" lar verəcək .....                     Türkiyə İsraillə TEZ ANLAŞSIN... .....                     Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq .....                     Qazaxdan Araza qədər yol belə açılacaq... .....                     Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? .....                     Azərbaycanda xarici logistika şirkəti ləğv edilir .....                     Bakıda toylar bu tarixdə başlayacaq .....                     Orxan Cəlilov işdən çıxarıldı .....                     Paşinyan seçkilərə belə hazırlaşır .....                     Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. .....                     Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı .....                     “Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” .....                     General-leytenant yeni rəis təyin etdi .....                     Zamin Əliyev Azərbaycanın Qars şəhərindəki baş konsulu təyin edilib .....                     Prezident Los-Ancelesə yeni baş konsul təyin edib .....                     Ayxan Süleymanlı Azərbaycanın Aktau şəhərindəki baş konsulu .....                     Azərbaycanın Batumiyə yeni baş konsulu təyin edilib .....                     Pallone təpədən-dırnağa qədər DÜŞMƏNDİR!.. .....                     "1 həftə öncə məni çağırıb bildirdilər ki, bu gündən işdən azadsan..." .....                     Tramp Zəngəzur dəhlizinə maneə yaradacaqmı? .....                     Mərkəzi Bankın sədri növbəti illər üçün manatın məzənnəsi haqqında danışıb .....                     Sabiq nazirin oğlunun məhkəməyə gəlməsi tələb olunub .....                     Anti-Azərbaycan mərkəzləri və onun əlaltıları .....                     Şəkidəki şirkət Ucarda əkin sahələrini su ilə təmin edəcək .....                     "Mədinə şəhərində məni küçədə görən bu uşaqlar üstümə qaçdılar ki..." .....                     “İlk dəfə büdcədə neftin ilkin qiyməti 70 dollar götürülüb” .....                     Azərbaycan Türkiyədən biri 2 664 manata 6 eşşək alıb .....                     Sabiq deputat Əsabil Qasımovun “Karmen”i ilə bağlı nə qərar veriləcək? .....                     Mask onunla birləşib ABŞ-ın "altını üstünə çevirəcək" .....                     Bəzi yerlərdə yağış yağacağı gözlənilir .....                     Qreta Bakıya qarşı aksiya üçün hardan, nə qədər pul alıb? .....                     "Bu gün sosial şəbəkələr hər şeyi üstələyib..." .....                     “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” .....                     Trampın oğlu Rusiyaya zərbə endirməsinə icazə verənləri .....                     Emin Ağalarov əkizlərinin arxiv görüntüsünü paylaşdı .....                     Azərbaycanda biznesi olan milyarder “Humo”nu almaqdan imtina etdi .....                     Aqil Abbasın oğlu rəis vəzifəsindən azad edildi .....                     Sülh üçün yaşıl işıq yandı: Ermənistan bəyannaməni dəyişir .....                 

Lay-lay, bala, lay-lay... - Yat qal dala, lay-lay...
Tarix: 14-10-2020, 09:59 | Çap et
Lay-lay, bala, lay-lay...
“Artıq işğaldan azad edilmiş torpaqları onlar görməyəcəklər, onlar oraya qayıtmayacaqlar” - prezident İlham Əliyev “Haber Global”a müsahibəsində bəyanat xarakterli bu fikri söylədiyi halda, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi və onun sədri Fuad Muradov sentyabrın 27-dən bəri mürgüləyir.

İ.Əliyev ardınca arxayın tərzdə əlavə etdi ki, kim nə deyirsə-desin, kim onları necə dəstəkləyirsə dəstəkləsin, bu, olmayacaq: “Biz bu torpaqlara gəldik, bu, bizim dədə-baba torpaqlarımızdır. Bizi oradan heç bir qüvvə çıxara bilməz”.

Və erməni işğalçılarının təcavüzkarlığını, Gəncədə terror törətməsini dünyaya car çəkməli olan Diasporla İş üzrə Dövlət Komitəsi və onun sədri Fuad Muradov hələ də - iki həftədir ki, “payız yuxusuna gedib”.

Anaxeber.info sual edir - cənab Muradov və dövlətdən milyonlar alan komitəsi nəyi, kimi, hansı anı gözləyir? Gözləyir ki, diaspor işini də prezident təşkil etsin?! Ay-hay...

Bu gün dünyanın müxtəlif ölkələrində ermənilər etiraz aksiyaları keçirirlər - Fransada, ABŞ-da, Avropa İttifaqı önündə...

Az qala diz çöküb ağlayırlar, imdad diləyirlər, özlərini qurban kimi təqdim edirlər ki, amandır, Azərbaycan və Türkiyə bizi xəritədən silir, ey xristian dünyası, bu dini ilk qəbul etmiş millətin dadına çatın. Mahiyyət budur!

Ənənəvi olaraq yazıq və əzilmiş sifət alan vəhşi, işğalçı ermənilər Qərbdə haray-həşir qopardığı halda, bizim Diaspora Komitəsi, ayrı-ayrı ölkələrdə yeyib - içmək məclislərindən başı ayılmayan diaspora təşkilatları yuxulayırlar.

Yalnız ötən gün Amerikanın Hyuston şəhərində bir qrup həmyerlimiz etiraz aksiyası keçirib. Halbuki, Gəncə terrorunu dünyanın gözünə soxmaq lazım idi: günahsız yerə ölən dinc sakinlərin adları məlum, fotoları ortada, yaralı körpələrimiz göz qabağında, gecə saat 2-də raketlə vurulmuş yaşayış binasının görüntüləri var və beynəlxalq ictimaiyyəti məlumatlandırmaq üçün bundan böyük sübut ola bilməzdi.

Amma Fuad Muradovun və dəstəsi - rəhbəri olduğu Diaspora Komitəsinin missiyasını, işini də gecəsini gündüzünə qatan, yorulmaq bilməyən prezidentin köməkçisi Hikmət Hacıyev yerinə yetirməli olur, bütün diplomatik korpusu Gəncəyə dəvət edərək erməni vandalizmi ilə tanış edir. Bəs sizin vəzifəniz nədən ibarətdir, cənab Muradov?

Ümumiyyətlə, Vətən müharibəsi başladığı gündən Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti olmayıb.

Ermənilər Belçikada, Los-Ancelesdə, Avropanın müxtəlif şəhərlərində aksiyalar keçirir, bizim diaspor təşkilatlarımız isə gözləmə mövqeyindədirlər. İllərlə ayrılan vəsaitlər, xərclənən pullar hara gedib?

F.Muradov Almaniyada qurduğu restoran biznesindən, “Azərbaycan evləri” layihələrindən başını bir az qaldırsa, erməni təbliğatının, düşmənin diasporlarının nə ilə məşğul olduğunu bəsirət gözləri ilə görəcək.

Erməni diaspora birliyi küçələrə axışır, dünyanın diqqətini cəlb edir, onları inandırır, guya Azərbaycan tərəfindən hərbi həmlələrə məruz qalıblar, guya Qarabağdakı dinc erməni əhalisi atəş altındadır. Və Qərb dünyasını aksiyalarla, sosial mediada təbliğatla inandırmağa çalışırlar.

Hərçənd, bizim diaspora fəaliyyətimiz mütəşəkkil təşkil olunsa, Avropadakı soydaşlarımız və F.Muradovun komitəsi fəallıq nümayiş etdirsə, əsl işğalçı, əsl terrorçu, dinc insanları hədəfə alan əsl qüvvənin kimliyi meydana çıxacaq.

Bu günə kimi Tərtər, Bərdə, Goranboy, Ağcabədi, Beyləqan, hətta Xızı, ən nəhayət Gəncənin artilleriya atəşinə tutulması nəticəsində 41 mülki şəxs həlak olub, 207 nəfər yaralanıb, 148 mülki obyekt və 1185 yaşayış evi, 57 çoxmərtəbili yaşayış binası yarasız hala düşüb.

Amma Diaspora Komitəsi bu faktları, erməni vandalizmini dünyaya çatdırmaq üçün heç bir effektiv iş görməyib.

Ümumiyyətlə, biz elə bir dövrə gəlmişik ki, həm informasiyanın sürəti, həm hadisələrin axarı, həm operativlik, mobil idarəçilik, dünya ilə ayaqlaşmaq, ələlxüsus, 100 illik oturuşmuş erməni lobbiçiliyi ilə mübarizə baxımından diaspor işini ən yüksək səviyyədə qurmalıyıq.

Yuxarıdakı bu sətirlərin altından çizərək qeyd etmək lazımdır ki, Azərbaycan hökuməti və prezident bundan sonra diaspor işinin təşkilinə xüsusi önəm verməlidir.

İlk növbədə komitəyə sanballı, nüfuzlu, dünyanın bir çox ölkələrində sözü keçən ziyalı, yaxud kadr sədr təyin olunmalıdır.

Əgər, misal üçün Polad Bülbüloğlu səviyyədə qəbul edilən ziyalı defisitliyimiz varsa, o zaman ikinci prioritet önə keçir - yaxşı menecer, bu işi bilən aktiv kadr komitənin başına gətirilməlidir.

Fuad Muradov isə bu parametrlərin heç birinə cavab vermir. Nə cəmiyyətdə və diaspora təşkilatlarında böyük nüfuz sahibidir, nə də bu sahəni dərindən bilir.

Onun deputat olduğu dövrdə fəaliyyəti passiv, ictimaiyyətdə qəbuledilməz idi. Diaspor Komitəsinə gəlişi isə heç bir nəticə vermədi, etimadı doğrultmadı.

Bununla belə, F.Muradovun işinə qiymət diqqətdən kənarda qalmışdı. Amma Tovuz döyüşləri, sonra ermənilərin ayrı-ayrı ölkələrdə vətəndaşlarımıza hücumları, Los-Ancelesdə törətdikləri cinayətlər göstərdi ki, diaspora işində ciddi boşluqlar, nöqsanlar mövcuddur.

Partlayış nöqtəsi isə Qarabağda başlayan və davam edən müharibədir; Ordumuz uğurlar qazanır, Prezident qətiyyətli çıxışları ilə tarix yazır, Xalq ayaqdadır, iqtidar-müxalifət, media, bir sözlə, ölkə həmrəydir, möhtəşəm bir milli birlik nümayiş etdirilir, ermənilərin isə gücü terrora, dinc sakinlərimizi qətlə yetirməyə və sonra dünyada həşir qoparmağa çatır, Diaspora təşkilatlarımız və Fuad Muradov isə...
Anaxeber.info









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Bu gün, 16:34
Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Bu gün, 16:20
Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Bu gün, 16:18
Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Bu gün, 16:15
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Bu gün, 16:12
Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Bu gün, 16:06
Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Bu gün, 16:05
Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Bu gün, 16:02
Bakıda toylar bu tarixdə başlayacaq - SORĞU
Bu gün, 15:55
Orxan Cəlilov işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 15:50
Paşinyan seçkilərə belə hazırlaşır
Bu gün, 15:48
Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. - DETALLAR
Bu gün, 15:34
Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı - BU NƏDİ BELƏ?..
Bu gün, 15:30
“Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” - Pərvin Abıyeva
Bu gün, 15:26
General-leytenant yeni rəis təyin etdi - ƏMR
Bu gün, 15:21
Zamin Əliyev Azərbaycanın Qars şəhərindəki baş konsulu təyin edilib - FOTO
Bu gün, 15:17
Prezident Los-Ancelesə yeni baş konsul təyin edib - SƏRƏNCAM
Bu gün, 15:16
Ayxan Süleymanlı Azərbaycanın Aktau şəhərindəki baş konsulu TƏYİN OLUNDU
Bu gün, 15:15
Azərbaycanın Batumiyə yeni baş konsulu təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:13
Pallone təpədən-dırnağa qədər DÜŞMƏNDİR!.. - hələ bizim camaat YUMŞAQ DAVRANDI...
Bu gün, 15:10
"1 həftə öncə məni çağırıb bildirdilər ki, bu gündən işdən azadsan..." - GİLEY
Bu gün, 15:03
Tramp Zəngəzur dəhlizinə maneə yaradacaqmı? - Türkiyəli general detalları açıqladı
Bu gün, 15:00
Mərkəzi Bankın sədri növbəti illər üçün manatın məzənnəsi haqqında danışıb - BİZİ NƏ GÖZLƏYİR?
Bu gün, 14:58
Sabiq nazirin oğlunun məhkəməyə gəlməsi tələb olunub - TƏFƏRRÜAT
Bu gün, 14:55
Anti-Azərbaycan mərkəzləri və onun əlaltıları - AXI NİYƏ?..
Bu gün, 14:00
Şəkidəki şirkət Ucarda əkin sahələrini su ilə təmin edəcək - 7 MİLYONLUQ TENDER
Bu gün, 13:58
"Mədinə şəhərində məni küçədə görən bu uşaqlar üstümə qaçdılar ki..."
Bu gün, 13:07
“İlk dəfə büdcədə neftin ilkin qiyməti 70 dollar götürülüb”
Bu gün, 13:06
Azərbaycan Türkiyədən biri 2 664 manata 6 eşşək alıb - belə görünür ki...
Bu gün, 13:02
Sabiq deputat Əsabil Qasımovun “Karmen”i ilə bağlı nə qərar veriləcək? - GEDİŞAT
Bu gün, 12:58
Mask onunla birləşib ABŞ-ın "altını üstünə çevirəcək" - Şok plan
Bu gün, 12:56
Bəzi yerlərdə yağış yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:52
Qreta Bakıya qarşı aksiya üçün hardan, nə qədər pul alıb? - İLGİNC...
Bu gün, 12:51
"Bu gün sosial şəbəkələr hər şeyi üstələyib..."
Bu gün, 12:45
“Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Turan Manafzadə
Bu gün, 12:41
Trampın oğlu Rusiyaya zərbə endirməsinə icazə verənləri "axmaq" adlandırdı
Bu gün, 12:39
Emin Ağalarov əkizlərinin arxiv görüntüsünü paylaşdı - VİDEO
Bu gün, 12:37
Azərbaycanda biznesi olan milyarder “Humo”nu almaqdan imtina etdi - TƏFƏRRÜAT
Bu gün, 12:28
Aqil Abbasın oğlu rəis vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 12:26
Sülh üçün yaşıl işıq yandı: Ermənistan bəyannaməni dəyişir
Bu gün, 12:24
İrəvan KTMT-dən imtina etdi, əsgərlərini bu ölkəyə göndərdi
Bu gün, 12:23
Azərbaycanlı İran casusu Rusiyada saxlanıldı – BAKIYA TƏHVİL VERİLƏCƏK
Bu gün, 12:08
David Vardanyanın təxribat xarakterli müraciəti yayıldı... - "Atam erməni olduğu üçün..."
Bu gün, 12:02
COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçiriləcək
Bu gün, 11:55
Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarında nələr baş verir – MÜRACİƏT
Bu gün, 11:46
ABŞ konqresmeni Frank Peloninin Azərbaycanı tərk etməsi rəsmən təsdiqlənib - AÇIQLAMA
Bu gün, 11:45
Ermənistanın daxili işlər naziri istefa verib
Bu gün, 11:44
“Nar”ın dəstəyi ilə keçirilən ekologiya təlimi beynəlxalq ekspertlə görüşlə yekunlaşdı - FOTO
Bu gün, 11:42
Ağa Musa Nağıyevin xarici banklarda qalan milyonları KİMİNDİR? - varisləri üçün ƏLÇATMAZDIR...
Bu gün, 11:30
Paşinyan Vatikana gedib
Bu gün, 11:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru