Bayrağımızı qanları ilə suvaran, ƏSGƏRİMİZ, MİN YAŞA!!! - Nə gözəldir ŞUŞALI OLMAQ!
Tarix: 9-11-2020, 08:10 |
Çap et
Nə gözəldir Şuşalı olmaq...
Nəfəsimiz tükənir bu duyğunu izah edərkən. Bağrımız yarılır, ürəyimiz yerindən çıxıb o qutsal məkanın havasını doyasıya, durmadan bir nəfəs kimi sümürmək istəyir...
Bir quş olub daha tez, saatlardan da yüyrək o qutsal məkana varmaq istəyirsən...
Nə gözəldir Şuşalı olmaq...
Şuşalı olub da QUTSAL BAYRAĞIMIZIN rənglərini o QUTSAL MƏKANI necə qürurlandırdığını görmək diləyi nəfəsimizi durdurur...
***
Nə gözəlsən, ƏSGƏRİM, canını bu qutsallıq uğrunda fəda edən ƏSGƏRLƏRİM, ORDUM!
Nə gözəlsən, ŞƏHİDİM! Səni yetişdirən bu millət nə qutsaldır, nə böyükdür...
Nə gözəlsən, TANRIM! Bu gözəlliyi bizə yaşadırsan...
***
Nə gözəl günlərdir, MİLLƏTİM! Bu gün 28 ildən sonra ilk dəfədir ki, ŞUŞALI OLARAQ MİLLİ BAYRAQ GÜNÜMÜZÜ QEYD EDİRİK!
BAYRAMINIZ MÜBARƏK!
Xankəndində görüşənədək... Elə də uzaqda deyil...
Sayğı ilə... DİA.AZ