Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Bayrağımızı qanları ilə suvaran, ƏSGƏRİMİZ, MİN YAŞA!!!

Bayrağımızı qanları ilə suvaran, ƏSGƏRİMİZ, MİN YAŞA!!!


9-11-2020, 08:10
Bayrağımızı qanları ilə suvaran, ƏSGƏRİMİZ, MİN YAŞA!!!
Nə gözəldir Şuşalı olmaq...

Nəfəsimiz tükənir bu duyğunu izah edərkən. Bağrımız yarılır, ürəyimiz yerindən çıxıb o qutsal məkanın havasını doyasıya, durmadan bir nəfəs kimi sümürmək istəyir...

Bir quş olub daha tez, saatlardan da yüyrək o qutsal məkana varmaq istəyirsən...

Nə gözəldir Şuşalı olmaq...

Şuşalı olub da QUTSAL BAYRAĞIMIZIN rənglərini o QUTSAL MƏKANI necə qürurlandırdığını görmək diləyi nəfəsimizi durdurur...

***

Nə gözəlsən, ƏSGƏRİM, canını bu qutsallıq uğrunda fəda edən ƏSGƏRLƏRİM, ORDUM!

Nə gözəlsən, ŞƏHİDİM! Səni yetişdirən bu millət nə qutsaldır, nə böyükdür...

Nə gözəlsən, TANRIM! Bu gözəlliyi bizə yaşadırsan...

***

Nə gözəl günlərdir, MİLLƏTİM! Bu gün 28 ildən sonra ilk dəfədir ki, ŞUŞALI OLARAQ MİLLİ BAYRAQ GÜNÜMÜZÜ QEYD EDİRİK!

BAYRAMINIZ MÜBARƏK!

Xankəndində görüşənədək... Elə də uzaqda deyil...

Sayğı ilə... DİA.AZ

Geri qayıt