Gömrük Komitəsinin ləğvi, özəlləşdirmə, “çirkli pullara azadlıq”... - Azərbaycana milyardlarla dollar lazımdır
Tarix: 27-11-2020, 16:51 | Çap et
Azərbaycanda müxtəlif iqtisadi sahələrdə islahatların aparılmasının vacibliyi illərdir ki, müzakirə mövzusudur.
Vergi və gömrük islahatlarının aparılması, “kölgə iqtisadiyyatı”nın aradan qaldırılması, “maliyyə amnistiyası”nın tətbiqi, sahibkarlığın inkişafı üçün şəraitin yaradılması iqtisadi müzakirələrin mərkəzində dayanır. Doğrudur, son 2 il ərzində aparılan islahatların Azərbaycan iqtisadiyyatında önəmli rol oynadığını demək olar, amma görüləsi işlər də hələ çoxdur. Xüsusilə Azərbaycana böyük vəsaitlərin tələb olunduğu indiki məqamda.
Məlum olduğu kimi, müharibə külli miqdarda vəsait hesabına başa gəlir. Digər tərəfdən isə pandemiya digər ölkələrdə olduğu kimi, Azərbaycan iqtisadiyyatını da kiçildib, gəlirlər azalıb.
Qarşıda isə işğaldan azad olunmuş bölgələrimizin yenidən qurulması, əhalinin bu ərazilərə köçürülməsi işləri dayanır.
Bu məqsədlə yeni maliyyə mənbələrinin yaranması üçün Azərbaycan iqtisadiyyatında hansı islahatlar aparıla bilər və mövcud şəraitdə hansı işlərin görüləcəyi daha real görünür?
İqtisadçı Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında bildirib ki, bir-birini tamamlayan üç istiqamətli - qısamüddətli, ortamüddətli və uzunmüddətli planın hazırlanmasına ehtiyac var:
“Bizə qısa müddətə - yəni 1, 2 ili nəzərə alaraq maliyyə vəsaiti lazımdır. Çox təəssüf ki, Azərbaycan reallığında qısa müddətdə əlavə maliyyə mənbələri tapmaq çətin olacaq. Ya Dövlət Neft Fondunun vəsaitlərindən daha çox istifadə etməyə məcburuq, ya da dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı gələn il daha ciddi addımlar atılmalıdır. Böyük dövlət əmlakına malik olan müəssisələrin qismən və ya hissə-hissə özəlləşdirilməsi xarici kapitalın daxil olmasına şərait yarada bilər. Bu, təbii ki, qısamüddətli tədbirlərdir”.
İqtisadçı deyir ki, paralel olaraq biznes fəaliyyətinin liberallaşdırılması, rəqabətli mühitin artırılması, müəyyən vergi və gömrük güzəştlərinin tətbiqi ilə bağlı işlər aparılmalıdır:
“Ümumiyyətlə, Dövlət Gömrük Komitəsinin (DGK) əlavə bir struktur kimi qalmasına ehtiyac yoxdur. Çünki bu, mərkəzləşdirilmiş iqtisadi siyasətin aparılmasına mane olan faktora çevirilib. Bu qurum İqtisadiyyat Nazirliyinin tərkibində bir department kimi fəaliyyət göstərə bilər, büdcəyə daxil olan vergi və gömrük vəsaitlərinin bir mərkəzdən daxil olması daha yaxşı olar. Onsuz da DGK-nin yığdığı vəsaitlərdən bir hissəsi vergidir - əlavə dəyər vergisi. Adından da göründüyü kimi, vergi növü olmasına baxmayaraq, Gömrük Komitəsi tərəfindən toplanır və sonra büdcəyə ötürülür. Sonradan şirkətlərin fəaliyyət dönəmində əvəzləşdirmələr aparılır. Bu, qarışıq bir sistemdir. Daha aydın, sadə sistemə keçid edilməlidir. Vergi dərəcələrinin özü də sadələşdirilməldir. Ən azı yaxın 5 illik müddətdə yeni Vergi Məcəlləsinə - sadələşdirilmiş Vergi Məcəlləsinə ehtiyac var. Burada ancaq fəaliyyət növü üzrə, dövriyyədən vergi nəzərdə tutulmalıdır. Vergi növləri çoxdur, qarşıqlıq yaradır, biznesə maneə törədir. 1970-80 ci illərdə Dubayda tətbiq olunan vergi sisteminə bənzər bir sistem yaradılmalıdır. Burada istiqamət növləri müəyyənləşdirilirdi və ancaq dövriyyədən vergi tutulurdu. Məsələn, istehsalla məşğul olanlarda dövriyyənin 2 faizi, ticarətlə məşğul olanlarda dövriyyənin 5 faizi, xidmətlə məşğul olanlarda dövriyyənin 10 faiz (bəzi ölkələrdə restoran, kafelərdə müştəridən hesabdan əlavə vergi də alınır) ola bilər”.
Azərbaycana 10 milyard dollarla vəsaitin lazım olacağını deyən Natiq Cəfərli bu vəsaitin yalnız Dövlət Neft Fondundan əldə edilməsinin çətin olacağını deyir:
“Pandemiya ilə əlaqədar dünyada, o cümlədən də Azərbaycanda iqtisadi aktivlik azalıb, iqtisadi daralma var, neftin qiymətinin hələ uzun müddət aşağı olacağı gözlənilir. Bu günlərdə dünyanın ən böyük neft şirkətlərindən olan “ExxonMobil” şirkəti böyük bir hesabat açıqlayıb. Onlarla səhifəlik bir hesabatda yaxın 7-8 illik bir dövr ərzində - yəni 2027-2028-ci illərə qədər neftn qiymətinin 50 dollardan aşağı olacağı proqnozlaşdırılır. Bu baxımdan, biz artıq resurs iqtisadiyyatından real iqtisadiyyata keçid etməliyik. İşğaldan azad olunmuş torpaqların bərpası, orda normal sistemin qurulması bizim iqtisadi yüksəlişimizin əsas mühərriki ola bilər. Bu yolla neftdən asılılığımızı da azalda bilərik”.
İqtisadçı deyir ki, maliyyə mənbələrinin əldə edilməsi istiqamətdə görüləcək işlər sırasında “maliyyə amnistisiyası”nın tətbiqi də mühüm rol oynaya bilər:
“Biz REAL olaraq 2003-cü ildə bu təkliflə çıxış etmişik və bu, bizim proqram sənədlərimizdə də var. “Maliyyə amnistiyası” mütləq olmalıdır. Geç-tez iqtisadi münasibətlər “ağardılmalıdır”. Təbii ki, “maliyyə amnistiyası”nın şərtləri var. Maliyyə vəsaitlərinin hansı yolla əldə edilməsinə baxılmalı, ona uyğun olaraq da “maliyyə amnistiyası”nın vergisi, “ağarma” xərcləri müəyyənləşdirilməlidir, bu, 25 faiz də, 50 faiz də ola bilər. Bu faiz ümümi razılığa əsasən müəyyən olunar. “Maliyyə amnistiyası” ilə bağlı həm də zəmanətlər olmalıdır. İndiyə qədər müxtəlif üsullarla - əksər təqdirlərdə korrupsiya ilə əldə olunan vəsaitlər bəyan edildikdən sonra onların insanların əlindən alınmayacağına dair bir zəmanət olmalıdır. Əvvəl də təklif etmişdik ki, bununla bağlı bir “Tərəqqi” fondu yaradıla bilər. Həmin fondun vəsaitləri yalnız kiçik və orta sahibkarlığın inkişafına, sosial layihələrə xərclənər. Bu fond vasitəsilə kiçik və orta sahibkarlara aşağı faizlərlə və ya faizsiz kreditlər verilə, şəhid ailələrinin və qazilərimizin bütün sosial problemlərini həll etmək olar. Biz həm də bunu etməyə borcluyuq, çünki hərbi qələbə onların sayəsində mümkün olub. Bir çox sahələr üzrə kompleks düşünülmüş böyük tədbirlərə ehtiyac var”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Bu gün, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Bu gün, 16:18 |
|
|
|
• Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Bu gün, 16:15 |
|
|
|
• Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Bu gün, 16:12 |
|
|
|
• Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Bu gün, 16:06 |
|
|
|
• Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Bu gün, 16:05 |
|
|
|
• Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Bu gün, 16:02 |
|
|
|
• Bakıda toylar bu tarixdə başlayacaq - SORĞU
Bu gün, 15:55 |
|
|
|
• Orxan Cəlilov işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 15:50 |
|
|
|
• Paşinyan seçkilərə belə hazırlaşır
Bu gün, 15:48 |
|
|
|
• Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. - DETALLAR
Bu gün, 15:34 |
|
|
|
• Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı - BU NƏDİ BELƏ?..
Bu gün, 15:30 |
|
|
|
• “Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” - Pərvin Abıyeva
Bu gün, 15:26 |
|
|
|
• General-leytenant yeni rəis təyin etdi - ƏMR
Bu gün, 15:21 |
|
|
|
• Zamin Əliyev Azərbaycanın Qars şəhərindəki baş konsulu təyin edilib - FOTO
Bu gün, 15:17 |
|
|
|
• Prezident Los-Ancelesə yeni baş konsul təyin edib - SƏRƏNCAM
Bu gün, 15:16 |
|
|
|
• Ayxan Süleymanlı Azərbaycanın Aktau şəhərindəki baş konsulu TƏYİN OLUNDU
Bu gün, 15:15 |
|
|
|
• Azərbaycanın Batumiyə yeni baş konsulu təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:13 |
|
|
|
• Pallone təpədən-dırnağa qədər DÜŞMƏNDİR!.. - hələ bizim camaat YUMŞAQ DAVRANDI...
Bu gün, 15:10 |
|
|
|
• "1 həftə öncə məni çağırıb bildirdilər ki, bu gündən işdən azadsan..." - GİLEY
Bu gün, 15:03 |
|
|
|
• Tramp Zəngəzur dəhlizinə maneə yaradacaqmı? - Türkiyəli general detalları açıqladı
Bu gün, 15:00 |
|
|
|
• Mərkəzi Bankın sədri növbəti illər üçün manatın məzənnəsi haqqında danışıb - BİZİ NƏ GÖZLƏYİR?
Bu gün, 14:58 |
|
|
|
• Sabiq nazirin oğlunun məhkəməyə gəlməsi tələb olunub - TƏFƏRRÜAT
Bu gün, 14:55 |
|
|
|
• Anti-Azərbaycan mərkəzləri və onun əlaltıları - AXI NİYƏ?..
Bu gün, 14:00 |
|
|
|
• Şəkidəki şirkət Ucarda əkin sahələrini su ilə təmin edəcək - 7 MİLYONLUQ TENDER
Bu gün, 13:58 |
|
|
|
• "Mədinə şəhərində məni küçədə görən bu uşaqlar üstümə qaçdılar ki..."
Bu gün, 13:07 |
|
|
|
• “İlk dəfə büdcədə neftin ilkin qiyməti 70 dollar götürülüb”
Bu gün, 13:06 |
|
|
|
• Azərbaycan Türkiyədən biri 2 664 manata 6 eşşək alıb - belə görünür ki...
Bu gün, 13:02 |
|
|
|
• Sabiq deputat Əsabil Qasımovun “Karmen”i ilə bağlı nə qərar veriləcək? - GEDİŞAT
Bu gün, 12:58 |
|
|
|
• Mask onunla birləşib ABŞ-ın "altını üstünə çevirəcək" - Şok plan
Bu gün, 12:56 |
|
|
|
• Bəzi yerlərdə yağış yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:52 |
|
|
|
• Qreta Bakıya qarşı aksiya üçün hardan, nə qədər pul alıb? - İLGİNC...
Bu gün, 12:51 |
|
|
|
• "Bu gün sosial şəbəkələr hər şeyi üstələyib..."
Bu gün, 12:45 |
|
|
|
• “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Turan Manafzadə
Bu gün, 12:41 |
|
|
|
• Trampın oğlu Rusiyaya zərbə endirməsinə icazə verənləri "axmaq" adlandırdı
Bu gün, 12:39 |
|
|
|
• Emin Ağalarov əkizlərinin arxiv görüntüsünü paylaşdı - VİDEO
Bu gün, 12:37 |
|
|
|
• Azərbaycanda biznesi olan milyarder “Humo”nu almaqdan imtina etdi - TƏFƏRRÜAT
Bu gün, 12:28 |
|
|
|
• Aqil Abbasın oğlu rəis vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 12:26 |
|
|
|
• Sülh üçün yaşıl işıq yandı: Ermənistan bəyannaməni dəyişir
Bu gün, 12:24 |
|
|
|
• İrəvan KTMT-dən imtina etdi, əsgərlərini bu ölkəyə göndərdi
Bu gün, 12:23 |
|
|
|
• Azərbaycanlı İran casusu Rusiyada saxlanıldı – BAKIYA TƏHVİL VERİLƏCƏK
Bu gün, 12:08 |
|
|
|
• David Vardanyanın təxribat xarakterli müraciəti yayıldı... - "Atam erməni olduğu üçün..."
Bu gün, 12:02 |
|
|
|
• COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçiriləcək
Bu gün, 11:55 |
|
|
|
• Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarında nələr baş verir – MÜRACİƏT
Bu gün, 11:46 |
|
|
|
• ABŞ konqresmeni Frank Peloninin Azərbaycanı tərk etməsi rəsmən təsdiqlənib - AÇIQLAMA
Bu gün, 11:45 |
|
|
|
• Ermənistanın daxili işlər naziri istefa verib
Bu gün, 11:44 |
|
|
|
• “Nar”ın dəstəyi ilə keçirilən ekologiya təlimi beynəlxalq ekspertlə görüşlə yekunlaşdı - FOTO
Bu gün, 11:42 |
|
|
|
• Ağa Musa Nağıyevin xarici banklarda qalan milyonları KİMİNDİR? - varisləri üçün ƏLÇATMAZDIR...
Bu gün, 11:30 |
|
|
|
• Paşinyan Vatikana gedib
Bu gün, 11:27 |
|
|
|
• Abxaziyada gərginlik səngimir - “Dövlət televiziyası”na hücum edildi
Bu gün, 11:25 |
|
|
|
|