Göygöl sakinləri nəyi tələb edirlər? - Müraciət...
Tarix: 7-12-2020, 08:40 | Çap et
Göygöl rayonunun Çaykənd kəndində maraqlı təhsil problemi və sosial tələb baş qaldırıb. Kənd sakinləri fəaliyyətini yarıtmaz və lüzumsuz hesab etdikləri Xanlar Elmidarov adına Çaykənd kənd ümumi orta məktəbinin bağlanmasını tələb edirlər. Məktəbin bir sıra statistik göstəriciləri və formal fəaliyyəti də sözügedən təhsil ocağının qanunla nəzərdə tutulmuş normal funksional tələbləri daşımadığını üzə çıxarır, irad və təklifi aktual edir.
Şikayətçi kənd sakinlərinin “Demokratik.Az”-a bildirdiyinə görə, adıkeçən məktəbdə müntəzəm olaraq cəmi 20 şagird təhsil alır ki, onlara görə 20-dən artıq müəllim və texniki işçi heyəti ştatı mövcuddur. Məktəbdə cəm olan 7 sinif hər birində 2, ən yaxşı halda 3, maksimum da 5-7 şagirddən formalaşdırılıb. Şagird sayının azlığından, bütün dərslər üçün yuxarı və aşağı siniflər birləşdirilərək çarpaz dərslər keçirilir. Dərsə davamiyyət və tədrisin keyfiyyəti əvvəlki illərdə də ilboyu yetərincə aşağı həddə olub. Bəzi valideyinlərin öz övladlarını repititora etibar etməsi də məktəbin var olmasına artıq çıxış yolu deyil. Hazırda pandemiya dönəmində məsafəli tədrisin tələblərindən məktəb uşaqlı-müəllimli pərən-pərən düşüb. Kənd yeri və sakinlərin maddi – texniki imkansızlıqlarının, internet məhdudluğunun varlığı, xüsusilə müəllimlərin distant qabiliyyətsizliyi isə şagirdlərin müəllimlə və dərslərlə olan təmasını tamamən heçə endirib. “Demokratik.Az”-ın əldə etdiyi digər mühüm faktlara baxanda da aydın olur ki, bu məktəb süni qaydada saxlanılmaqla yalnız və yalnız kimlərəsə havayı maaş verilməsində, əslində faktiki maliyyə israfçılığında rol oynayır. Fəaliyyətinin heç bir məntiqi və qanuni əsasları olmayan məktəbin bağlanmasına haqlı təşəbbüs edən şikayətçilərin bildirdiyinə əsasən, buranın direktoru Anar Rzayev də öz “savad və qabiliyyətilə” həmkarları arasında seçilməkdədir. Şəkildə - direktor Anar Rzayev
İddialara görə, əvvəllər Göygöl RTŞ-də inspektor və ya metodist kimi çalışmış direktorun özü 2 ilə yaxındır ki, “məktəb direktorlarının işə qəbulu üzrə” Təhsil nazirliyinin təşkil etdiyi müvafiq testdən keçə bilmir. 2018-ci ilin yanvar ayından müqavilə əsasında məktəbə rəhbərlik edən Anar Rzayev son illərdə buranı özünün kommersiya mağazası kimi işlədərək sanki karyera yüksəlişinə, əlavə revanşa çalışır. Dəqiqləşdirə bildiyimiz məlumata görə, A.Rzayev sabiq icra başçısı Arif Seyidovun özəl tapşırığı sayəsində direktor olub. Özü də bunu gizlətmir. Məktəbdə onsuz da az olan dərs saatlarının bölgüsündə özbaşınalıq yetərincədir. Bu mənada, yalnız Hüseynovlar ailəsinin qabiliyyəti diqqətçəkəndir. Belə ki, məktəbin saxta diplomlu tarix müəllimi Hüseynov Dağyunus Məhəmməd oğlu və eyni soyadlı yaxınları direktorla əlbir olaraq bütün ştatları zəbt edib büdcə pullarını havayıca mənimsəyirlər. Adıçəkilənin oğlu Turac Hüseynov gözətçi kimi, qardaşının övladları və ailə üzvləri də məktəbdə müxtəlif fənn müəllimləri kimi “ailə ansamblı” yaradaraq məvacib alırlar. Şikayətçilər bildirir ki, sözügedən məktəbin ləğvi üçün kənddə fəaliyyət göstərən Süleyman Əliyev adına Çaykənd kənd tam orta məktəbinin varlığına da diqqət ayrıla bilər. Və belə olarsa, kəndin şagird qıtlığı digər məktəbdə də qismən aradan qalxmaqla keyfiyyətli tədrisin təşkilinə daha çox önəm verilməsi, valideyinlərin təhsil prosesinə daha yaxşı cəlb edilməsi, əlavə büdcə məsrəflərinə qənaət edilməsi mümkün olar. Şikayətlə əlaqədar onu da qeyd etməliyik ki, məktəbin direktoru vəzifəsini icra edən Anar Rzayev hər il tədrisin əvvəlində tarifikasiya təsdiqində sənəd saxtalaşdırması edərək real şagird sayını 2(iki) dəfəyədək artırmağa nail olub. Belə ki, direktor bu məqsədlə kənddə fəaliyyət göstərən 58 saylı Kəlbəcər tam orta məktəbinin və başqa qonşu məktəblərin şagirdlərinin ad və soyadlarından istifadə edib. İnanırıq ki, bu qanunazidd əməl də Təhsil Nazirliyi və TN yanında Gəncə şəhər 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi üçün xüsusi araşdırma mövzusu olacaq. Xatırladaq ki, anoloji vəziyyət ölkəmizin bir çox kənd və rayonlarında da mövcuddur. Problem birmənalı olaraq sünidir, çıxış yolları və özünü doğruldacaq təkliflər isə yetərincədir. Şəkildə - Təhsil eksperti Kamran Əsədov
Mövzu ilə əlaqədar təhsil eksperti Kamran Əsədovun fikrincə, belə halların aradan qaldırılması istiqamətində mövcud dövlət proqramı çərçivəsində işlər aparılır. Proqnozlaşdırılır ki, 2023-cü ilədək məktəblərin komplektləşdirilməsi prosesində şəffaflıq təmin edilsin, xüsusilə də azkomplektli məktəblərdəki sözügedən anoloji nöqsanlar aradan qaldırılsın. Ekspertin bildirdiyinə görə, sakinlərin şikayətləri əsasında sözügedən azşagirdli məktəb və məlum siniflər ləğv edilə bilər. Təhsil qanunvericiliyi və deyilən arqumentlər də bunu zəruri edir. Ancaq, nazirlik ilk növbədə orada çalışan müəllimlərin də qayğısına qalmaqla gələcəkdə onları işsiz qoymamalıdır. Qanunvericiliyə görə isə, siniflər şagirdlərin sayı ən azı 20 nəfər olmaqla müəyyən edilir. Bir sinifdə şagirdlərin ümumi sayı 20 nəfərə çatmadıqda, mövcud sayla sinif təşkil olunmasına yol verilir. Lakin, say zəruri istisna hal və məcburiyyət olmadıqca, bir neçə şagirdlə sinif açılmasını tamamilə qadağan edir. Nəzərə alınsa ki, Çaykənd kəndində bir neçə məktəb var, bu halda sakinlər öz irad və təkliflərində tamamilə haqlıdırlar. Doğrudan da Çaykənddə azşagirdli 2 məktəb kimlərə və niyə lazımdır? Müstəqil media olaraq bu müraciətə qoşulur, Təhsil nazirliyini Çaykənddəki uyğunlaşdırılmış dar binada yerləşdirilən, otaqları darısqal, müəllimlərinin sayı şagirdlərin sayı qədər olan Xanlar Elmidarov adına Çaykənd kənd ümumi orta məktəbinin bağlanması təklifini dəyərləndirmək üçün büdcə və təhsil şəffaflığı naminə müvafiq yoxlama aparmağa çağırırıq... Osman Nərimanoğlu Demokratik.Az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Orxan Cəlilov işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 15:50 |
|
|
|
• Paşinyan seçkilərə belə hazırlaşır
Bu gün, 15:48 |
|
|
|
• Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. - DETALLAR
Bu gün, 15:34 |
|
|
|
• Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı - BU NƏDİ BELƏ?..
Bu gün, 15:30 |
|
|
|
• “Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” - Pərvin Abıyeva
Bu gün, 15:26 |
|
|
|
• General-leytenant yeni rəis təyin etdi - ƏMR
Bu gün, 15:21 |
|
|
|
• Zamin Əliyev Azərbaycanın Qars şəhərindəki baş konsulu təyin edilib - FOTO
Bu gün, 15:17 |
|
|
|
• Prezident Los-Ancelesə yeni baş konsul təyin edib - SƏRƏNCAM
Bu gün, 15:16 |
|
|
|
• Ayxan Süleymanlı Azərbaycanın Aktau şəhərindəki baş konsulu TƏYİN OLUNDU
Bu gün, 15:15 |
|
|
|
• Azərbaycanın Batumiyə yeni baş konsulu təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:13 |
|
|
|
• Pallone təpədən-dırnağa qədər DÜŞMƏNDİR!.. - hələ bizim camaat YUMŞAQ DAVRANDI...
Bu gün, 15:10 |
|
|
|
• "1 həftə öncə məni çağırıb bildirdilər ki, bu gündən işdən azadsan..." - GİLEY
Bu gün, 15:03 |
|
|
|
• Tramp Zəngəzur dəhlizinə maneə yaradacaqmı? - Türkiyəli general detalları açıqladı
Bu gün, 15:00 |
|
|
|
• Mərkəzi Bankın sədri növbəti illər üçün manatın məzənnəsi haqqında danışıb - BİZİ NƏ GÖZLƏYİR?
Bu gün, 14:58 |
|
|
|
• Sabiq nazirin oğlunun məhkəməyə gəlməsi tələb olunub - TƏFƏRRÜAT
Bu gün, 14:55 |
|
|
|
• Anti-Azərbaycan mərkəzləri və onun əlaltıları - AXI NİYƏ?..
Bu gün, 14:00 |
|
|
|
• Şəkidəki şirkət Ucarda əkin sahələrini su ilə təmin edəcək - 7 MİLYONLUQ TENDER
Bu gün, 13:58 |
|
|
|
• "Mədinə şəhərində məni küçədə görən bu uşaqlar üstümə qaçdılar ki..."
Bu gün, 13:07 |
|
|
|
• “İlk dəfə büdcədə neftin ilkin qiyməti 70 dollar götürülüb”
Bu gün, 13:06 |
|
|
|
• Azərbaycan Türkiyədən biri 2 664 manata 6 eşşək alıb - belə görünür ki...
Bu gün, 13:02 |
|
|
|
• Sabiq deputat Əsabil Qasımovun “Karmen”i ilə bağlı nə qərar veriləcək? - GEDİŞAT
Bu gün, 12:58 |
|
|
|
• Mask onunla birləşib ABŞ-ın "altını üstünə çevirəcək" - Şok plan
Bu gün, 12:56 |
|
|
|
• Bəzi yerlərdə yağış yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:52 |
|
|
|
• Qreta Bakıya qarşı aksiya üçün hardan, nə qədər pul alıb? - İLGİNC...
Bu gün, 12:51 |
|
|
|
• "Bu gün sosial şəbəkələr hər şeyi üstələyib..."
Bu gün, 12:45 |
|
|
|
• “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Turan Manafzadə
Bu gün, 12:41 |
|
|
|
• Trampın oğlu Rusiyaya zərbə endirməsinə icazə verənləri "axmaq" adlandırdı
Bu gün, 12:39 |
|
|
|
• Emin Ağalarov əkizlərinin arxiv görüntüsünü paylaşdı - VİDEO
Bu gün, 12:37 |
|
|
|
• Azərbaycanda biznesi olan milyarder “Humo”nu almaqdan imtina etdi - TƏFƏRRÜAT
Bu gün, 12:28 |
|
|
|
• Aqil Abbasın oğlu rəis vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 12:26 |
|
|
|
• Sülh üçün yaşıl işıq yandı: Ermənistan bəyannaməni dəyişir
Bu gün, 12:24 |
|
|
|
• İrəvan KTMT-dən imtina etdi, əsgərlərini bu ölkəyə göndərdi
Bu gün, 12:23 |
|
|
|
• Azərbaycanlı İran casusu Rusiyada saxlanıldı – BAKIYA TƏHVİL VERİLƏCƏK
Bu gün, 12:08 |
|
|
|
• David Vardanyanın təxribat xarakterli müraciəti yayıldı... - "Atam erməni olduğu üçün..."
Bu gün, 12:02 |
|
|
|
• COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçiriləcək
Bu gün, 11:55 |
|
|
|
• Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarında nələr baş verir – MÜRACİƏT
Bu gün, 11:46 |
|
|
|
• ABŞ konqresmeni Frank Peloninin Azərbaycanı tərk etməsi rəsmən təsdiqlənib - AÇIQLAMA
Bu gün, 11:45 |
|
|
|
• Ermənistanın daxili işlər naziri istefa verib
Bu gün, 11:44 |
|
|
|
• “Nar”ın dəstəyi ilə keçirilən ekologiya təlimi beynəlxalq ekspertlə görüşlə yekunlaşdı - FOTO
Bu gün, 11:42 |
|
|
|
• Ağa Musa Nağıyevin xarici banklarda qalan milyonları KİMİNDİR? - varisləri üçün ƏLÇATMAZDIR...
Bu gün, 11:30 |
|
|
|
• Paşinyan Vatikana gedib
Bu gün, 11:27 |
|
|
|
• Abxaziyada gərginlik səngimir - “Dövlət televiziyası”na hücum edildi
Bu gün, 11:25 |
|
|
|
• Şahbuz təhsilində `ÜSULİ-CƏDİD`... - NARAZILIQ VAR...
Bu gün, 11:23 |
|
|
|
• “Milli Məkan” layihəsi ilə bağlı narazılıq – Milyonluq tender prosesində nə baş verir?
Bu gün, 11:19 |
|
|
|
• Bu məktəblərdə dərslər daha tez başlayacaq - DİQQƏT
Bu gün, 11:15 |
|
|
|
• Dövlət qurumu COP29 tədbiri üçün 1,4 milyon vəsait SƏRF EDİB - DETALLAR
Bu gün, 11:10 |
|
|
|
• Xankəndi şəhəri, Ağdərə, Laçın və Zəngilan rayonları xərclərini büdcədən dotasiya almadan təmin edəcək
Bu gün, 11:07 |
|
|
|
• Ermənistanın militarizasiya siyasətinə cavab olaraq Azərbaycan müdafiə xərclərini artırır
Bu gün, 11:04 |
|
|
|
• Yeniyetmə özünü 13-cü mərtəbədən atdı - Bakıda DƏHŞƏT
Bu gün, 11:03 |
|
|
|
• Prezident İlham Əliyev Rusiyanın maliyyə naziri və Dövlət Dumasında fraksiya rəhbəri ilə görüşüb
Bu gün, 11:00 |
|
|
|
|