Vətəndaş "Atəşgah Sığorta"da Prezidentə şikayət edir... - Çünki şikayəıtini dinləyən yoxdur...
Tarix: 2-01-2021, 11:15 |
Çap et
DİA.AZ: - "Xahiş edirəm bilənlər mənə köməklik göstərsin. Şikayətim "Atəşgah sığorta"dandır, amma hara şikayət edim, bilmirəm". DİA.AZ bildirir ki, bu barədə Bakı sakini Nurullah Poladlı yazır:
Daha sonra narazı vətəndaş bildirir: "Maşınımla qəza eləmişdim və "Kasko"su vardı, Sığorta 920 manat pul hesablayıb. 500 manat françsiza hesablanır və sonra mənə telefonda bəzi ödəmələr çıxılacaq dedilər. Daha dəqiqi 600 manat cəm pul çıxılacaq. 920-600=320 manat deyir... Bu maşını bu pulla düzəltmək olar? "Atəşgah"ın öz servicində deyirəm, ay qardaş, nə 320 manat? Tek buferidir bu qiymətə... bunun dəmirçi işləri var, boyama işi var... "kapot" əzilib və s...
Düşünürəm ki, prezident.az saytına şikayət yazım. Çünki hara şikayət edirəmsə, xeyri olmur".
dia-az.life olaraq iddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...