Biznesmen bütün həyatı boyu qurduğu işi itirdi və Azərbaycanı tərk edə bilmir - Prezidentə müraciət olundu
Tarix: 21-01-2021, 11:44 | Çap et
Budur, son beş ildir ki, Azərbaycanın İqtisadiyyat Nazirliyi Prezident İlham Əliyevin qeyri-neft iqtisadiyyatının inkişafına yönəlmiş yeni iqtisadi siyasətində müəyyən edilmiş prioritetlərə uyğun olaraq yerli məhsulların ixracının genişləndirilməsi məsələləri ilə məşğuldur.
Dövlət tərəfindən məhsul ixracatçıları üçün xüsusi əlverişli şərtlər yaradılır, təchizat bazarlarının öyrənilməsi, marketinq fəaliyyəti, beynəlxalq sərgilərdə iştirak və “Made in Azerbaijan” çətir brendi altında istehsal edilən məhsulların xarici bazarlarda tanıdılması üçün hər il iri məbləğlərdə vəsaitlərin ayrılması planlaşdırılır, bu brend altında buraxılan hansısa milli ticarət markasının hamının tanıdığı markaya çevrilməsi üçün işlər görülür.
Amma məsələ burasındadır ki, belə brend hələ 2008-ci ildə yaradılmışdı və kifayət qədər tanınmışdı, “O'GRAE” brendi altında buraxılan məhsullar Rusiyanın bütün federal ticarət şəbəkələrində təmsilçilik qazanmışdı və 2008-ci ilin yekunlarına əsasən “O'GRAE” ticarət markası brend quruculuğu sahəsində prestijli İLİN BRENDİ/EFFIE-2008 mükafatını qazanmışdı.
Bu təqdim olunan videorolikdə 2003-2009-cu illər ərzində həmin brendin yaradılması üçün görülmüş nəhəng işlərdən söhbət gedir. Təəsüflər olsun ki, Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbərliyinin (Cahangir Hacıyev və komandası) qurduğu dələduzluq sxemi nəticəsində həmin ticarət markasını yaradan, “O'GRAE” markası altında buraxılan geniş çeşiddə Azərbaycan məhsullarının Rusiya bazarlarında uğurla özünə yer eləməsinə, tanınmasına nail olan iş adamı, Rusiya Federasiyasının vətəndaşı Zeynulla Qurbanov öz biznesini itirdi. İndi keçmiş biznesmen üzləşdiyi çətin situasiya ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib, müraciətini haqqin.az və virtualaz.org saytlarına da göndərib.
Zeynulla Qurbanovun həmin müraciətini təqdim edirik:
Hörmətli cənab Prezident!
Əvvəla Sizə Azərbaycan xalqının milli qürurunu özünə qaytaran, onu şanlı qələbəyə aparan və işğal altındakı torpaqlarımızın azad olunmasına rəhbərlik edən müzəffər Ali Baş komandan kimi öz təşəkkürümü, dərin hörmət və ehtiramımı çatdırmaq istərdim.
Eyni zamanda Sizi təkcə Azərbaycan vətəndaşlarının deyil, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın da hüquqlarının ən böyük müdafiəçisi olduğunuza inanaraq üzləşdiyim haqsızlıqla bağlı müraciət etmək qərarına gəldim.
Mən Qurbanov Zeynulla, 1965-ci ildə Azərbaycanda anadan olmuşam, hazırda Rusiya vətəndaşıyam. Uzun illər dövlət qulluğunda çalışdıqdan sonra biznes fəaliyyəti ilə məşğul olmaq üçün Rusiyaya köçmüşəm, orada ilk milli Azərbaycan brendi “O'GRAE”-ni yaratmışam və uzun müddət ərzində Sizin qeyri-neft sektorunun inkişafına yönəlmiş strategiyanızın həyata keçirilməsi naminə əlimdən gələni etmişəm, onlarla çeşiddə Azərbaycan məhsulunun bu ticarət markası altında Rusiya bazarlarında tanıdılması, satışı üçün uğurlu marketinq fəaliyyəti ilə məşğul olmuşam. Lakin təəsüflər olsun ki, çoxillik gərgin əməyin nəticəsində yaradılan, uğurla inkişaf edən biznes Azərbaycan Beynəlxalq Bankının hazırda törətdiyi əməllərə görə həbsdə olan keçmiş rəhbərliyinin komandasının qurduğu fırıldaq və dələduzluq sxemi nəticəsində çökdürüldü. Nəticədə Azərbaycanda istehsal olunan məhsulların ixracına və onun Rusiya Federasiyasında satışına ciddi ziyan dəydi.
Daha sonra, 2015-ci ilin martından Rusiya Federasiyasının Dağıstan respublikasında Ramazan Hacımuradoviç Abdulatipovun rəhbərliyi altında sahibkarlıq və investisiyalar üzrə Agentliyin rəhbərinin müavini işləməyə başladım. 2016-cı ilin aprelində Azərbaycanda Dağıstan Günləri çərçivəsində təşkil olunan iqtisadi forumda iştirak etmək üçün Dağıstan Respublikası nümayəndə heyətinin tərkibində Bakıya gəlmişəm. Lakin həmin il mayın 13-də mənim Azərbaycandan çıxışıma məhdudiyyət qoyuldu. Xeyli araşdırmalardan sonra məlum oldu ki, mənim Azərbaycandan çıxışıma məhdudiyyətin qoyulmasının səbəbi Rusiyada təsisçisi olduğum “O'GRAE” şirkəti ilə “MBA-Moskva” Bankı arasında 2006-2008-ci illərdə mövcud olmuş mübahisəli kredit münasibətləri ilə əlaqəlidir.
Mənim Azərbaycandan çıxışıma qoyulan məhdudiyyət qanuni deyil, çünki mən nə Azərbaycan, nə Rusiya qanunlarını pozmamışam. Kredit münasibətləri isə Moskvada fəaliyyət göstərən iki təsərrüfat subyekti arasında mövcud olub.
Mətbuat bu qalmaqallı kredit münasibətlərinin tarixçəsi barədə hələ 2010-cu ildə dəfələrlə yazıb. Həmin kredit münasibətlərinə dair məhkəmə araşdırmaları hələ 2010-cu ildə Rusiyada aparılıb və bütün məhkəmə aktları qanuni qüvvəyə minib. Kreditin ödənilməsi barədə həmin məhkəmə qərarlarının əsasında bank bütün girov əmlakı özünə götürdü, bura Rusiyanın bütün federal ticarət şəbəkələrinə məhsul təchizatına dair müqavilələrə malik olan “O'GRAE” brendi və Moskvanın mərkəzindəki (Kutuzovsk prospekti) 4 otaqlı mənzil daxil idi. Girov qoyulan əmlakın dəyəri Moskva şəhəri Arbitraj məhkəməsinin məhkəmə ekspertlərinin hesablamalarına görə, bankın verdiyi kreditin məbləğindən bir neçə dəfə artıq idi.
Məhz bu hüquqi faktları nəzərə alaraq 2016-2020-ci illərdə mənim ölkədən çıxışıma məhdudiyyətin götürülməsi ilə bağlı Rusiyanın Azərbaycandakı səfirliyi tərəfindən Azərbaycan XİN-ə çoxsaylı notalar göndərilib. Habelə Rusiya Federasiyası Baş prokurorluğu Azərbaycan Respublikasının Baş prokurorluğuna dəfələrlə müraciət göndərib, o cümlədən Dağıstan Respublikasının hökuməti, Rusiyanın insan haqları üzrə Müvəkkili də Azərbaycanın müvafiq orqanlarına mənim ölkədən çıxışıma qoyulmuş məhdudiyyətin götürülməsi barədə müraciətlər ediblər.
Buna baxmayaraq Azərbaycanın hüquq-mühafizə orqanları mənim adımı “Beynəlxalq Bankın işi” üzrə kredit öhdəlikləri olan şəxslərin siyahısından çıxarmayıblar və ölkədən çıxışıma qoyulmuş məhdudiyyəti götürməyiblər. Onlar bu faktı da nəzərə almayıblar ki, “MBA-Moskva” bankı qarşısında kredit öhdəlikləri sonradan həmin bankın öz nəzarətinə keçən şirkətin üzərində olub, şəxsən mənim həmin bank qarşısında heç bir kredit öhdəliyim mövcud deyil. Bütün bu 5 il ərzində məni cəmi iki dəfə formal olaraq məsələ ilə bağlı izahat vermək üçün hüquq-mühafizə orqanlarına dəvət ediblər.
Öz izahatlarımda göstərmişəm ki, “MBA-Moskva” bankı tərəfindən ayrılan kredit vəsaitlərinin xərclənməsində iştirak etməmişəm, çünki 2008-ci ilin avqustundan etibarən bank şirkətin səhmlərinin 70 faizinin sahibi idi və bütün maliyyə əməliyyatlarını şirkətə təyin etdiyi adamları vasitəsilə ciddi nəzarətdə saxlayırdı. Biznesdə 70 faizlik payın bank tərəfindən alınması onunla izah olunmuşdu ki, Azərbaycanda Beynəlxalq Banka məxsus olan konserv zavodu 1 milyon dollarlıq məhsul istehsal etmişdi və onu sata bilmirdi. Və ona görə də onlar həmin situasiyadan çıxmaq üçün Rusiyada artıq tanınmış, bütün federal ticarət şəbəkələri ilə təchizat müqavilələrinə malik olan ticarət markasına malik biznesi almaq qərarına gəlmişdilər. Həmin biznesə həm mənim şəxsi vəsaitlərim, həm də “MBA-Moskva” bankından daha əvvəl alınmış və vaxtında ödənilmiş kiçik məbləğdə kreditlər yatırılmışdı.
“MBA-Moskva” bankının İdarə Heyətinin keçmiş sədri bu perspektivli biznesin 70 faizlik hissəsinin alınmasının əvəzində şirkətin bank qarşısında qalan kredit borclarını bağlamaq və həmin kreditlərə görə girov qoyduğum mənzilimi girovluqdan azad etmək öhdəliyi götürmüşdü. Ancaq biznesi öz adamları vasitəsilə nəzarətə götürən kimi bank bu şərtləri yerinə yetirməkdən yayınmağa başladı və şirkətə likvidliyi olmayan, Azərbaycanda onlara məxsus zavodda çoxdan və başqa ticarət markası altında istehsal olunan məhsulların alınması üçün yeni kreditlər ayırdı.
Mənim dəfələrlə o cümlədən publik qaydada etdiyim iradlardan sonra Rusiyada 13.10.2010 tarixdə tanınmış vəkil bürosunun ofisində bankın nümayəndələrinin iştirakı ilə mübahisənin barışıq yolu ilə nizamlanmasına dair protokol imzalandı. Protokola əsasən bank biznesi tamamilə özünə götürərək əlavə olaraq mənə 1 milyon dollar da ödəməyi öhdəsinə götürmüşdü. Lakin təəsüf ki, sonrakı hadisələr heç bir məntiqə sığmadı. Bank yenə də üzərinə götürdüyü öhdəliklərdən heç birinə əməl etməyərək uzun-uzadı məhkəmə çəkişmələrinə girdi. “MBA-Moskva” bankının keçmiş rəhbərliyinin xüsusi sinizminə və özbaşınalığına bir daha diqqət yetirməyinizi xahiş edirəm. İlkin olaraq bank 1.95 milyon dollar kreditə görə Moskva arbitraj məhkməsində “O'GRAE” şirkəti ilə çəkişirdi.
Məhkəmə araşdırmalarının gedişində məhkəmənin təyin etdiyi ekspertlərin araşdırmaları (2010-cu ilin dekabrından 2011-ci ilin iyun ayına qədər) girov əmlakın dəyərinin 7.5 milyon dollar olduğunu üzə çıxaranda aydın oldu ki, mənim mənzilimi girovluqdan azad etmək lazımdır. Amma bank rəhbərliyi mülki məhkəmədə yeni iddia qaldırıb həmin məbləğdə (1.95 milyon dollar) krediti bu dəfə fiziki şəxs olaraq məndən tələb etməyə başladı, onu əsas göstərdi ki, şirkətin götürdüyü kreditə görə zamin müqaviləsi bağlamışam. Bu həyasız hərəkətin məqsədi mənimlə şəxsən haqq-hesab çəkmək və yeganə mənzilimi əlimdən almaq idi. Bunun naminə Azərbaycanın milli maraqları da qurban verildi, çünki mənimlə məhkəmə çəkişmələri zamanı “O'GRAE” öz fəaliyyətini dayandırdı, tanınmış ticarət markası tam dəyərdən düşdü. Hörmətli cənab Prezident, faktiki olaraq “Beynəlxalq Bankın işi” üzrə mən “MBA-Moskva” bankının keçmiş rəhbərliyinin cinayətkar fəaliyyətinin qurbanıyam. Bu barədə müxtəlif səlahiyyətli orqanlara müraciətlərimdə dəfələrlə ətraflı yazmışam. Artıq 5 ildir Azərbaycanı tərk etmək və Rusiyaya, ailəmin yanına qayıtmaq imkanında olmadığım üçün mən çox ağır mənəvi situasiya ilə üzləşmişəm. Azərbaycanda qanunsuz olaraq saxlanıldığım bu 5 il həm də həyatımın ən məhsuldar illərinin 5 ilinin itirilməsidir.
Hansı ki, bu müddət ərzində illərdir qazandığım peşəkar təcrübəmdən, əmək fəaliyyətimdən Azərbaycan iqtisadiyyatının inkişafına töhfə vermək üçün istifadə edə , “Made in Azerbaijan” brendinin yaradılmasında və bu brendin xarici bazarlarda tanıdılmasına dair Sizin müəyyən etdiyiniz strategiyanın həyata keçirilməsində iştirak edə bilərdim. Nəticədə öz Vətənimə müəyyən töhfə vermiş olardım.
İnsan haqlarının, haqq-ədalətin qorunmasında prinsipial mövqeyinizə inanaraq Sizə müraciət edirəm ki, üzləşdiyim bu haqsızlığın aradan qaldırılmasına yardım edəsiniz və Azərbaycandan çıxışıma məhdudiyyətin götürülməsi barədə müvafiq göstəriş verəsiniz. Bir daha qeyd edirəm ki, istənilən vaxt Azərbaycanın səlahiyyətli orqanlarının çağırışı ilə ölkəyə qayıtmağa, bütün zəruri izahatları verməyə hazıram.
Dərin hörmətlə: Zeynulla Qurbanov
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Anti-Azərbaycan mərkəzləri və onun əlaltıları - AXI NİYƏ?..
Bu gün, 14:00 |
|
|
|
• Şəkidəki şirkət Ucarda əkin sahələrini su ilə təmin edəcək - 7 MİLYONLUQ TENDER
Bu gün, 13:58 |
|
|
|
• "Mədinə şəhərində məni küçədə görən bu uşaqlar üstümə qaçdılar ki..."
Bu gün, 13:07 |
|
|
|
• “İlk dəfə büdcədə neftin ilkin qiyməti 70 dollar götürülüb”
Bu gün, 13:06 |
|
|
|
• Azərbaycan Türkiyədən biri 2 664 manata 6 eşşək alıb - belə görünür ki...
Bu gün, 13:02 |
|
|
|
• Sabiq deputat Əsabil Qasımovun “Karmen”i ilə bağlı nə qərar veriləcək? - GEDİŞAT
Bu gün, 12:58 |
|
|
|
• Mask onunla birləşib ABŞ-ın "altını üstünə çevirəcək" - Şok plan
Bu gün, 12:56 |
|
|
|
• Bəzi yerlərdə yağış yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:52 |
|
|
|
• Qreta Bakıya qarşı aksiya üçün hardan, nə qədər pul alıb? - İLGİNC...
Bu gün, 12:51 |
|
|
|
• "Bu gün sosial şəbəkələr hər şeyi üstələyib..."
Bu gün, 12:45 |
|
|
|
• “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Turan Manafzadə
Bu gün, 12:41 |
|
|
|
• Trampın oğlu Rusiyaya zərbə endirməsinə icazə verənləri "axmaq" adlandırdı
Bu gün, 12:39 |
|
|
|
• Emin Ağalarov əkizlərinin arxiv görüntüsünü paylaşdı - VİDEO
Bu gün, 12:37 |
|
|
|
• Azərbaycanda biznesi olan milyarder “Humo”nu almaqdan imtina etdi - TƏFƏRRÜAT
Bu gün, 12:28 |
|
|
|
• Aqil Abbasın oğlu rəis vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 12:26 |
|
|
|
• Sülh üçün yaşıl işıq yandı: Ermənistan bəyannaməni dəyişir
Bu gün, 12:24 |
|
|
|
• İrəvan KTMT-dən imtina etdi, əsgərlərini bu ölkəyə göndərdi
Bu gün, 12:23 |
|
|
|
• Azərbaycanlı İran casusu Rusiyada saxlanıldı – BAKIYA TƏHVİL VERİLƏCƏK
Bu gün, 12:08 |
|
|
|
• David Vardanyanın təxribat xarakterli müraciəti yayıldı... - "Atam erməni olduğu üçün..."
Bu gün, 12:02 |
|
|
|
• COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçiriləcək
Bu gün, 11:55 |
|
|
|
• Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarında nələr baş verir – MÜRACİƏT
Bu gün, 11:46 |
|
|
|
• ABŞ konqresmeni Frank Peloninin Azərbaycanı tərk etməsi rəsmən təsdiqlənib - AÇIQLAMA
Bu gün, 11:45 |
|
|
|
• Ermənistanın daxili işlər naziri istefa verib
Bu gün, 11:44 |
|
|
|
• “Nar”ın dəstəyi ilə keçirilən ekologiya təlimi beynəlxalq ekspertlə görüşlə yekunlaşdı - FOTO
Bu gün, 11:42 |
|
|
|
• Ağa Musa Nağıyevin xarici banklarda qalan milyonları KİMİNDİR? - varisləri üçün ƏLÇATMAZDIR...
Bu gün, 11:30 |
|
|
|
• Paşinyan Vatikana gedib
Bu gün, 11:27 |
|
|
|
• Abxaziyada gərginlik səngimir - “Dövlət televiziyası”na hücum edildi
Bu gün, 11:25 |
|
|
|
• Şahbuz təhsilində `ÜSULİ-CƏDİD`... - NARAZILIQ VAR...
Bu gün, 11:23 |
|
|
|
• “Milli Məkan” layihəsi ilə bağlı narazılıq – Milyonluq tender prosesində nə baş verir?
Bu gün, 11:19 |
|
|
|
• Bu məktəblərdə dərslər daha tez başlayacaq - DİQQƏT
Bu gün, 11:15 |
|
|
|
• Dövlət qurumu COP29 tədbiri üçün 1,4 milyon vəsait SƏRF EDİB - DETALLAR
Bu gün, 11:10 |
|
|
|
• Xankəndi şəhəri, Ağdərə, Laçın və Zəngilan rayonları xərclərini büdcədən dotasiya almadan təmin edəcək
Bu gün, 11:07 |
|
|
|
• Ermənistanın militarizasiya siyasətinə cavab olaraq Azərbaycan müdafiə xərclərini artırır
Bu gün, 11:04 |
|
|
|
• Yeniyetmə özünü 13-cü mərtəbədən atdı - Bakıda DƏHŞƏT
Bu gün, 11:03 |
|
|
|
• Prezident İlham Əliyev Rusiyanın maliyyə naziri və Dövlət Dumasında fraksiya rəhbəri ilə görüşüb
Bu gün, 11:00 |
|
|
|
• Tramp sülh müqaviləsinə vasitəçi olacaq? - Metyu Brayza: “O, bir qədər təriflənməyi sevir”
Bu gün, 10:59 |
|
|
|
• Hərbi xidmətdən yayınan gənc həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:57 |
|
|
|
• Paşinyan Ermənistanda genişmiqyaslı istefaların səbəbini açıqladı
Bu gün, 10:51 |
|
|
|
• Amsterdamdakı faciə: ipin ucu İrandan Rusiyayadək uzanır - bu, müasir Avropada tendensiyadırmı?
Bu gün, 10:50 |
|
|
|
• "Referans Pharmaceuticals" da ölkədən çıxarılan valyuta vəsatini qaytarmayıb
Bu gün, 10:36 |
|
|
|
• Bayden gedərayaq TRAMPA QUYU QAZDI... - FAKT BUDUR!
Bu gün, 10:35 |
|
|
|
• Bələdiyyə sədri EL YOLUNU SATDI... - ÖZBAŞINALIQ!
Bu gün, 10:31 |
|
|
|
• “Klon”da rol aldı, müharibədə Azərbaycanı dəstəklədi – Ronaldinyo haqqında bilmədikləriniz
Bu gün, 10:23 |
|
|
|
• Keçmiş məmur 8 il əvvəl boşadığı arvadını BALTALADI - TƏFƏRRÜAT
Bu gün, 10:19 |
|
|
|
• ADAU-da `EGE YEYİNTİSİ`... - İTTİHAM VAR...
Bu gün, 10:10 |
|
|
|
• ABŞ və Rusiya arasında xüsusi əməliyyat gedir - Fitso
Bu gün, 10:04 |
|
|
|
• Paşinyan hökumətini “təmizləyir”: yeni istefalar, yeni adlar və SƏBƏBLƏR - NƏ BAŞ VERİR?
Bu gün, 09:57 |
|
|
|
• Dünyanın dərdini buraxıb... Azərbaycandan YAPIŞIBLAR! - AXI NİYƏ?..
Bu gün, 09:55 |
|
|
|
• Ermənistanda Ali Məhkəmə Şurasının sədri istefa verib - KİV
Bu gün, 09:50 |
|
|
|
• Məcnun müəllim bu sahəyə nəzər salmazsa... - fermerlər DAD DEYİR...
Bu gün, 09:49 |
|
|
|
|