Bəzi yerlərdə yağış yağacağı gözlənilir .....                     Qreta Bakıya qarşı aksiya üçün hardan, nə qədər pul alıb? .....                     "Bu gün sosial şəbəkələr hər şeyi üstələyib..." .....                     “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” .....                     Trampın oğlu Rusiyaya zərbə endirməsinə icazə verənləri .....                     Emin Ağalarov əkizlərinin arxiv görüntüsünü paylaşdı .....                     Azərbaycanda biznesi olan milyarder “Humo”nu almaqdan imtina etdi .....                     Aqil Abbasın oğlu rəis vəzifəsindən azad edildi .....                     Sülh üçün yaşıl işıq yandı: Ermənistan bəyannaməni dəyişir .....                     İrəvan KTMT-dən imtina etdi, .....                     Azərbaycanlı İran casusu Rusiyada saxlanıldı .....                     David Vardanyanın təxribat xarakterli müraciəti yayıldı... .....                     COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçiriləcək .....                     Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarında nələr baş verir .....                     ABŞ konqresmeni Frank Peloninin Azərbaycanı tərk etməsi rəsmən təsdiqlənib .....                     Ermənistanın daxili işlər naziri istefa verib .....                     “Nar”ın dəstəyi ilə keçirilən ekologiya təlimi beynəlxalq ekspertlə görüşlə yekunlaşdı .....                     Ağa Musa Nağıyevin xarici banklarda qalan milyonları KİMİNDİR? .....                     Paşinyan Vatikana gedib .....                     Abxaziyada gərginlik səngimir .....                     Şahbuz təhsilində `ÜSULİ-CƏDİD`... .....                     “Milli Məkan” layihəsi ilə bağlı narazılıq .....                     Bu məktəblərdə dərslər daha tez başlayacaq .....                     Dövlət qurumu COP29 tədbiri üçün 1,4 milyon vəsait SƏRF EDİB .....                     Xankəndi şəhəri, Ağdərə, Laçın və Zəngilan rayonları xərclərini .....                     Ermənistanın militarizasiya siyasətinə cavab olaraq .....                     Yeniyetmə özünü 13-cü mərtəbədən atdı .....                     Prezident İlham Əliyev Rusiyanın maliyyə naziri və Dövlət Dumasında .....                     Tramp sülh müqaviləsinə vasitəçi olacaq? .....                     Hərbi xidmətdən yayınan gənc həbs edildi .....                     Paşinyan Ermənistanda genişmiqyaslı istefaların səbəbini açıqladı .....                     Amsterdamdakı faciə: ipin ucu İrandan Rusiyayadək uzanır .....                     "Referans Pharmaceuticals" da ölkədən çıxarılan .....                     Bayden gedərayaq TRAMPA QUYU QAZDI... .....                     Bələdiyyə sədri EL YOLUNU SATDI... .....                     “Klon”da rol aldı, müharibədə Azərbaycanı dəstəklədi .....                     Keçmiş məmur 8 il əvvəl boşadığı arvadını BALTALADI .....                     ADAU-da `EGE YEYİNTİSİ`... .....                     ABŞ və Rusiya arasında xüsusi əməliyyat gedir .....                     Paşinyan hökumətini “təmizləyir”: yeni istefalar, yeni adlar və SƏBƏBLƏR .....                 

İşdən çıxarılan müəllimdən İNTİHAR XƏBƏRDARLIĞI: - “Bezmişəm, özümə qəsd edəcəm...”
Tarix: 26-02-2021, 12:13 | Çap et
İşdən çıxarılan müəllimdən İNTİHAR XƏBƏRDARLIĞI:
“Çalışdığım müddət ərzində digər məsələlərdə də mənə qarşı ayrı-seçkilik edilib”.

Yenicag.az-a müraciət edən Səbail rayonu Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbin müəllimi Elnarə Qasımova həmin məktəbin direktoru Arzu Nəzərova tərəfindən əsassız olaraq işdən çıxarıldığını bildirib.

Elnarə Qasımovanın sözlərinə görə, 14 il fiziki tərbiyə müəllimi işlədiyi məktəbdə pandemiya dövründə müəyyən səbəblərlə əlaqədar onlayn dərslərə qoşula bilməyib və buna görə məktəb direktoru tərəfindən işdən çıxması barədə ərizə yazması tələb olunub:

“Öhdəliyimdə 8 yaşlı qızım var. Pandemiya dövrü başlayandan onlayn dərslərdə iştirak edə bilmədim. Çünki onlayn dərslərə qızımın qoşulması üçün telefonumu ona verirdim. Digər hallarda məktəbin direktoru Arzu Nəzərova məni nə vaxt çağırıbsa, işimdə olmuşam və növbətçi qalmışam.

Bu il fevralın 15-də direktor məni məktəbə çağırdı və yüksək səslə məni işdən çıxardığını dedi. Lakin ərizəni könüllü şəkildə özümün yazmağımı istədi. Səhlənkarlıq etmişəmsə, buna görə üzrxahlıq da etdim. Mənə dedi ki, qonşudan telefonu alıb dərslərə qoşula bilərdin. İşdən çıxmaqla bağlı ərizə yazmağım üçün mənə 3 gün vaxt verdi.

Hər ay vaxtında əməkhaqqı almışam. Heç bir töhmətim olmayıb və xəbərdarlıq almamışam. Birdən-birə işdən çıxarılmağım mənə qəribə gəlir. Arzu Nəzərova məktəbə direktor təyin ediləndən nələr çəkdiyimə Allah şahiddir. Keçən il dərs saatlarımı kəsdi. Səbəbini soruşanda dedi ki, az bal yığmısan. Mənimlə eyni bal yığanların ən azı 26 saat dərs apardığını desəm də, bildirdi ki, onların məcburi köçkün statusu var.

Arzu Nəzərova mənə sinif rəhbərliyi verdiyini demişdi. Onunla razılaşmışdım. Bir gün məktəbin “zavuç”u Zahirə Allahverdiyeva 50 manat verməyimi istədi. Səbəb sinfin təmiri ilə bağlı idi. Məktəbin dəhlizində digər müəllimlə bu barədə danışdığım üçün direktor məni otağına çağırmışdı. Yüksək səslə mənim sinifin təmiri üçün pul verməyəcəyimi bildirdi. Bu barədə kimə dediyimi soruşsam da, “dediyin deyib” cavabını aldım.

Daha sonra bildirdi ki, bütün müəllimlər mənim sinif rəhbərliyinin öhdəsindən gələ bilmədiyimi deyiblər. Halbuki sinif rəhbəri olduğum müddət ərzində sinfə aid bütün məsələləri həll etmişəm, sinifdə hər bir şəraiti yaratmışam. Hətta bəzi məsələlərdə öz cibimdən pul da qoymuşam. Hər gün dərsimin olub-olmamasından asılı olmayaraq, uşaqları özüm qəbul edirdim və daha sonra valideynlərə təhvil verirdim.

Mən eyni zamanda, 35 saylı Xətai Üçüncü Seçki Dairəsində 35 saylı məntəqə seçki komissiyasının katibiyəm. Seçkilər başlayan ərəfədə sənədlərimi qanuni şəkildə təqdim etmişdim. O gündən sonra məktəbin “zavuç”u və valideynlər ayağa qaldı ki, biz Elnarəni istəmirik, başqa sinif rəhbəri təyin edin. Səbəb budur ki, mən seçkilərdə olan müddət ərzində uşaqlar ortada qalıblar.

Valideynlərlə bu barədə danışanda bildirdilər ki, onlar mən geri qayıdana kimi müvəqqəti başqa sinif rəhbərinin təyin edilməsini istəyiblər. Halbuki məktəb rəhbərliyi mənə tamamilə başqa məlumat vermişdi. Bir gün “zavuç” Zahirə müəllimə məni məktəbə çağırıb dedi ki, ərizə yazım və sinif rəhbərliyi pulumu yeni təyin olunacaq sinif rəhbəri alsın. Seçkilər bitəndən sonra bərk xəstələndim, bir həftəlik bülleten götürdüm və daha sonra da pandemiya başladı”.

Elnarə Qasımova qeyd edib ki, işlədiyi müddət ərzində bir çox məsələlərdə haqsızlıqla üzləşib:

“Məktəbdə 8C sinfində dərs keçirdim. Qrupun yarısı məndə, yarısı isə Aidə müəllimədə idi. Aidə müəllimə öz qrupuna dərs keçən zaman bir uşaq yıxılmışdı. Səhəri gün “zavuç” müəllimləri öz otağına yığdı. Mənə qışqıraraq, “Elenanın ölümü sənə dərs olmadı”, – deyə soruşdu. O an halım pisləşdi. Özümə gələndə dedim ki, yıxılan uşaq mənim qrupumda olmayıb. Həmçinin bu məktəbdə yeganə müəlliməyəm ki, Elenanın ailəsi ilə münasibətdəyəm. Daha sonra həmin sinfi və rəhbərliyini məndən aldı. Valideynlər bildirdi ki, o sinifdən getsəm, uşaqlarını məktəbdən çıxaracaqlar. Ona görə də sinif rəhbərliyim yenidən bərpa olundu. Sinfimdəki şagirdlərdən birinin valideyni xəbər portalının rəhbəridir. Onun araşdırmasından sonra məni çağırdılar ki, gəl, hər şeyi yoluna qoyaq.

İşlədiyim müddət ərzində digər məsələlərdə də mənə qarşı ayrı-seçkilik edilib. Yay aylarında şagirdlər məktəbdə olmadığı halda dırnaqlarımın uzun olmasına görə söz deyilib. Hansı ki, məktəbdə hər bir müəllimənin dırnaqları uzun olub. Yaxud da, digər müəllimlər işə şalvarda gəldiyi halda, məndən “yubka”da gəlməyim tələb olunub. Mən də ona görə məktəbə həmişə “yubka”da gəlmişəm.

Xahiş edirəm ki, qeyd etdiyim bu məsələlərlə bağlı ölçü götürülsün. Artıq hər şeydən bezmişəm. İşdən çıxarılmağım haqda qərar ləğv olunmasa, özümə qəsd edəcəm”.

162 nömrəli tam orta məktəbin direktoru Arzu Nəzərova isə Yenicag.az-a açıqlamasında bildirib ki, Elnarə Qasımovanın irəli sürdüyü iddialar əsassızdır və onun işdən çıxarılması barədə qərar yoxdur:

“Elnarə Qasımova distant təhsil başlayandan bir dəfə də olsun, dərslərə qoşulmayıb. Onun bizdə heç bir əlaqə nömrəsi olmayıb. Həmin müəllimənin işdən çıxarılması ilə bağlı heç bir söhbət olmayıb.

Sadəcə olaraq, onlayn dərslərə qoşulmaması, gəlib jurnalı yazmamasının və qiymətləndirmə aparmamasının səbəbləri soruşulub. Nazirin əmri ilə bütün müəllimlər birinci yarımilin yekununda qiymətləndirmə aparmalıdır. Lakin Elnarə Qasımova tərəfindən bu qiymətləndirmə aparılmayıb. O, bununla bağlı məktəbə dəvət olunub və izahatı alınıb”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bəzi yerlərdə yağış yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:52
Qreta Bakıya qarşı aksiya üçün hardan, nə qədər pul alıb? - İLGİNC...
Bu gün, 12:51
"Bu gün sosial şəbəkələr hər şeyi üstələyib..."
Bu gün, 12:45
“Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Turan Manafzadə
Bu gün, 12:41
Trampın oğlu Rusiyaya zərbə endirməsinə icazə verənləri "axmaq" adlandırdı
Bu gün, 12:39
Emin Ağalarov əkizlərinin arxiv görüntüsünü paylaşdı - VİDEO
Bu gün, 12:37
Azərbaycanda biznesi olan milyarder “Humo”nu almaqdan imtina etdi - TƏFƏRRÜAT
Bu gün, 12:28
Aqil Abbasın oğlu rəis vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 12:26
Sülh üçün yaşıl işıq yandı: Ermənistan bəyannaməni dəyişir
Bu gün, 12:24
İrəvan KTMT-dən imtina etdi, əsgərlərini bu ölkəyə göndərdi
Bu gün, 12:23
Azərbaycanlı İran casusu Rusiyada saxlanıldı – BAKIYA TƏHVİL VERİLƏCƏK
Bu gün, 12:08
David Vardanyanın təxribat xarakterli müraciəti yayıldı... - "Atam erməni olduğu üçün..."
Bu gün, 12:02
COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçiriləcək
Bu gün, 11:55
Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarında nələr baş verir – MÜRACİƏT
Bu gün, 11:46
ABŞ konqresmeni Frank Peloninin Azərbaycanı tərk etməsi rəsmən təsdiqlənib - AÇIQLAMA
Bu gün, 11:45
Ermənistanın daxili işlər naziri istefa verib
Bu gün, 11:44
“Nar”ın dəstəyi ilə keçirilən ekologiya təlimi beynəlxalq ekspertlə görüşlə yekunlaşdı - FOTO
Bu gün, 11:42
Ağa Musa Nağıyevin xarici banklarda qalan milyonları KİMİNDİR? - varisləri üçün ƏLÇATMAZDIR...
Bu gün, 11:30
Paşinyan Vatikana gedib
Bu gün, 11:27
Abxaziyada gərginlik səngimir - “Dövlət televiziyası”na hücum edildi
Bu gün, 11:25
Şahbuz təhsilində `ÜSULİ-CƏDİD`... - NARAZILIQ VAR...
Bu gün, 11:23
“Milli Məkan” layihəsi ilə bağlı narazılıq – Milyonluq tender prosesində nə baş verir?
Bu gün, 11:19
Bu məktəblərdə dərslər daha tez başlayacaq - DİQQƏT
Bu gün, 11:15
Dövlət qurumu COP29 tədbiri üçün 1,4 milyon vəsait SƏRF EDİB - DETALLAR
Bu gün, 11:10
Xankəndi şəhəri, Ağdərə, Laçın və Zəngilan rayonları xərclərini büdcədən dotasiya almadan təmin edəcək
Bu gün, 11:07
Ermənistanın militarizasiya siyasətinə cavab olaraq Azərbaycan müdafiə xərclərini artırır
Bu gün, 11:04
Yeniyetmə özünü 13-cü mərtəbədən atdı - Bakıda DƏHŞƏT
Bu gün, 11:03
Prezident İlham Əliyev Rusiyanın maliyyə naziri və Dövlət Dumasında fraksiya rəhbəri ilə görüşüb
Bu gün, 11:00
Tramp sülh müqaviləsinə vasitəçi olacaq? - Metyu Brayza: “O, bir qədər təriflənməyi sevir”
Bu gün, 10:59
Hərbi xidmətdən yayınan gənc həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:57
Paşinyan Ermənistanda genişmiqyaslı istefaların səbəbini açıqladı
Bu gün, 10:51
Amsterdamdakı faciə: ipin ucu İrandan Rusiyayadək uzanır - bu, müasir Avropada tendensiyadırmı?
Bu gün, 10:50
"Referans Pharmaceuticals" da ölkədən çıxarılan valyuta vəsatini qaytarmayıb
Bu gün, 10:36
Bayden gedərayaq TRAMPA QUYU QAZDI... - FAKT BUDUR!
Bu gün, 10:35
Bələdiyyə sədri EL YOLUNU SATDI... - ÖZBAŞINALIQ!
Bu gün, 10:31
“Klon”da rol aldı, müharibədə Azərbaycanı dəstəklədi – Ronaldinyo haqqında bilmədikləriniz
Bu gün, 10:23
Keçmiş məmur 8 il əvvəl boşadığı arvadını BALTALADI - TƏFƏRRÜAT
Bu gün, 10:19
ADAU-da `EGE YEYİNTİSİ`... - İTTİHAM VAR...
Bu gün, 10:10
ABŞ və Rusiya arasında xüsusi əməliyyat gedir - Fitso
Bu gün, 10:04
Paşinyan hökumətini “təmizləyir”: yeni istefalar, yeni adlar və SƏBƏBLƏR - NƏ BAŞ VERİR?
Bu gün, 09:57
Dünyanın dərdini buraxıb... Azərbaycandan YAPIŞIBLAR! - AXI NİYƏ?..
Bu gün, 09:55
Ermənistanda Ali Məhkəmə Şurasının sədri istefa verib - KİV
Bu gün, 09:50
Məcnun müəllim bu sahəyə nəzər salmazsa... - fermerlər DAD DEYİR...
Bu gün, 09:49
Naxçıvanda deputatların maaşı artıb - SİYAHI
Bu gün, 09:43
Cümşüd Nuriyevə "Bir dənə ilişdirərəm, uçarsan ha" deyən Cahandar Bayoğludan açıqlama... - "Barışmışıq..."
Bu gün, 09:40
Azərbaycanda pambıq bumu: İxrac niyə kəskin artıb? - ARAŞDIRMA
Bu gün, 09:38
“Tərtər işi” ilə bağlı həbs edilən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 09:35
Naxçıvanda işsizlik TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB... - "Belə davam edərsə, Naxçıvan tam boşalacaq..."
Bu gün, 09:32
Amerikalı iqtisadçı İrəvana məsləhət verib
Bu gün, 09:21
`R.İ.S.K` MTK KÖHNƏ ƏHVALDA: Evi bir neçə nəfərə satırlar... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru