Paşinyan beynəlxalq ictimaiyyəti çaşdırmaq və manipulyasiyalarla məşğuldur .....                     İrəvanda məyusluq: arzular puça çıxır .....                     "Bakı-Pivə" səhmdarlarına .....                     Kollec məzunları üçün YOL BAĞLANIR .....                     “Nar” mağazalarında inklüziv xidmət üçün hazırlıqlara start verildi .....                     “İmişli kimi sərhədyanı rayonlarda “KQB” vaxtilə birə on fəal işləyibdir...” .....                     AZANS-ın ekoloji yönümlü təşəbbüsü beynəlxalq mükafat qazanıb .....                     AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... .....                     Putin “Zəngəzur döyüşü”nə hazırlaşır .....                     “Rusiya qəsdən juranlistlərin yayaşdığı yerləri vurur” .....                     3 şirkət daha bazarı tərk etdi .....                     İrandan bahalı təklif: Bakı razılaşdı, İrəvan geri çəkildi .....                     Aİ Ermənistanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə vadar etməlidir .....                     Qəbiristanlıqda təzə dəb: ölüsünə torpaq götürür, diriykən başdaşı düzəltdirir .....                     “Araz Supermarket”də yeni təyinat olub .....                     Əfv Komissiyasının yekun iclası başa çatıb, .....                     STP-nin törəmə şirkətinin direktoru dəyişdi .....                     Daha bir xarici şirkət Azərbaycan bazarından gedir .....                     "Abzas Media" işi üzrə məhkəmə istintaqı yekunlaşıb .....                     "Aynur Dadaşovanın həmin görüntülərini 300 dollara satdılar" .....                     Kriminal aləmdə yeni "Quli" PEYDA OLDU .....                     Ermənistanın təhlükəli diplomatik oyunu .....                     İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... .....                     Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... .....                     Dövlət səviyyəsində ÖZBAŞINALIQ... .....                     Qızıl bazarında saxta məhsullar satılır .....                     Rubio Ukrayna nümayəndə heyəti ilə görüşdə döyüşlərin dayandırılmasına nail olmağa çağırıb .....                     Beh alıb, məclisə getmədi .....                     Cahangir Əsgərov "Premium Bank"ın əsas səhmdarı olub .....                     “Putin özü də bilir ki, Köçəryan-Sərkisyan cütlüyü hakimiyyətə gəlmək iqtidarında deyil...” .....                     "Bakı Elektroştamp" ASC səhmdarlarını yığıncağa .....                     Ermənistan-Gürcüstan-Azərbaycan üçtərəfli formatının genişlənəcəyinə ümid edirik .....                     "Məni hörmətdən salmaq istəyirlər" .....                     Erməni polkovnikin sözləri Rusiyanı qəzəbləndirdi: .....                     Saleh Səmədov rəisi söydüyünə görə həbs edilib .....                     “Bədənimi direllə deşib, burnumu, barmağımı sındırıb” .....                     Trend İnformasiya Agentliyinin yayılan dezinformasiya ilə bağlı bəyanatı .....                     “Paşinyanı iqtidarda Bakı, London və Təl-Əviv saxlayır” iddiası .....                     “Oqtaydan sonra heç yerə getmirəm, itirdiyimi elə itirmişəm ki...” .....                     İtaliya səfiri Eldar Əzizovla Neapolla qardaşlaşma əlaqələrinin gücləndirilməsini müzakirə edib .....                 

İmişlidə vətəndaş ACINACAQLI DURUMDA... - İcra hakimiyyəti isə deyir ki...
Tarix: 19-11-2021, 10:18 | Çap et
İmişlidə vətəndaş ACINACAQLI DURUMDA...
Yayda uşaqlarını ağcaqanaddan qorumaq üçün pəncərəsiz evinin içində təzək yandırır. Qışda da soyuq olmasın deyə pəncərələrə sellofan tutur. Beləcə yola verir fəsilləri, illəri…

İmişli sakini Səma Kazımovanın 28 yaşı var. 4 uşağına tək baxan Səmanın deməsinə görə, həyat ona ancaq pis üzünü göstərib:

“Vallah, bir gün üzüm gülməyib, yadıma elə gün gəlmir ki, doyunca yeyib qalxım süfrədən. Kasıb ailədə doğulmuşam, erkən ailə qurmuşam. Dedim, bəlkə ailə qurub bir gün görərəm, o da belə… Deyirəm də, mənimki lap əvvəldən gətirməyib”.

Səma ötən il həyat yoldaşından da boşanıb. İndi 4 uşağını tək böyütməlidir:

“Yola getmirdik, ailəyə baxmırdı, üstəlik, günüm qara idi. İndi 4 uşaq da qaldı boynumda. Mən özünü dolandıra bilməyən adamam, indi öhdəmdə 4 nəfər də var. Keçmiş yoldaşım ayda 100 manat aliment verir.

Deyir ki, imkanı ancaq buna çatır. Onunla ailə dolandırmaq olar?”

Səmanın övladlarının üçü oğlan, biri qızdır. Deyir ki, oğlanlardan ikisinin nitq qüsuru var, danışa bilmirlər. Buna baxmayaraq, hökumət onlardan birinə pensiya kəsib, digərinə yox:

“Dedilər ki, danışacaq. Üstündən 3 il keçib, hələ bir kəliməsini eşitməmişik. Əslində deyəndə sevindim, uşağın danışması daha yaxşıdır mənim üçün. Hətta qonşulara da dedim. Düşündüm ki, bu kostyumlu adamlardan çox bilməyəcəm ki. Hamısı oxumuş insanlardır, yəqin dili açılacaq. Sən demə, 200 manat verməməyin dərdi imiş. Elə bil öz ciblərindən çıxır. Kiçik oğlum körpədir, Allaha dua edirəm ki, eyni problem onda da olmasın. Qızım normaldır, şükür. Üstəlik, dərslərini də çox yaxşı oxuyur, sinif nümayəndəsidir. Di gəl, bəzən məktəbə göndərə bilmirəm. Nə normal geyimi var, nə də dərs ləvazimatları”.

Səma Kazımovanın sözlərinə görə, 5 nəfərlik ailənin aylıq gəliri 300 manatdır. 100 manat aliment, 200 manat uşaqlardan birinin pensiyası:

“Onunla necə dolanaq? Ərzaq alaq, pəncərəsiz evi isidək? Geyimə, yoxsa təhsilə verək? Dəfələrlə İmişli Şəhər İcra Hakimiyyətində qəbulda oluşam. Bu problemlərin hamısını onlara da bildirmişəm, kömək istəmişəm. Mənə “niyə bu qədər uşağı dünyaya gətirirdin?” – cavabını veriblər. Mən uşaq dünyaya gətirib küçəyə atmamışam ki… Sadəcə kasıbam, çətinlik çəkirəm deyə, kömək istəyirəm”.

Evinin nəmli divarlarını, döşəməsini göstərir. “Burada uşaq böyütmək günahdır”, – deyir. Ancaq başqa çarəsi də yoxdur:

“Hardandır məndə ev alacaq, kirayə tutacaq pul? Yağışda hətta evin tavanından su damır. Paltarlarımızdan belə nəm qoxusu gəlir. Yerdə yatmaqdan belimiz ağrıyır. Bəs mən bu evdə vətənə 3 oğul böyüdürəm axı. Müharibə etdilər, o torpaqları bunlar kimi oğullar almadımı? Həmin oğullar vətən uğrunda şəhid olmadımı? İndi ayda 200 manatlıq pensiyanı qıymırlar həmin uşağa”.

Səma Kazımova bir neçə dəfə ünvanlı sosial yardıma müraciət etmək istəyib. Ancaq tələb olunan sənədləri tam düzəldib başa çatdıra bilməyib:

“Müraciət etmək istədim, bir xeyli sənəd istədilər. Başım çıxmır, o da qaldı yarımçıq. Nə də imkanım yoxdur ki, birinə 5-10 manat verim, mənə kömək etsin. Nə deyim, nazirlər televizorda fərəhlə Azərbaycanda hamının yaxşı yaşadığını deyirlər. Halbuki bizimki heç yaşamaq sayılmaz, mən buna sürünmək də demirəm. Bu, ölməkdir, amma basdıranımız yoxdur”.

Səma Kazımova deyir ki, indiyədək dəfə də hökumətdən kömək görməyib:

“Sağ olsunlar, nə edib, yaxşı insanlar edib. Mən savadsızam, ancaq bilirəm ki, əslində bizim kimi ailələrə hökumət yardım etməlidir. Di gəl, bizi Allah ümidinə buraxıblar”.

İmişli Rayon İcra Hakimiyyətindən yardım üçün Sosial Müdafiə Fonduna müraciət etməyin lazım olduğunu bildiriblər.

Dövlət Sosial Müdafiə Fondunun İmişli Rayon Şöbəsindən isə bildirilib ki, bəli, ünvanlı sosial yardıma müraciət üçün müəyyən sənədlər tələb edilir. Ancaq bu şərtləri onlar qoymayıblar, dövlətin tələbidir:

“Onlar həqiqətən bilməlidirlər, bu insanın vəziyyəti necədir. Ona yardım düşür, yoxsa yox. Bu baxımdan həmin sənədlər vacibdir. Yəni biz həmin adamın yerinə o sənədləri toplaya bilmərik. Maksimum mərkəzə müraciət edənləri hansı sənədlərin lazım olması ilə bağlı yönləndirə bilərik. Prosesin qalanı elektron həyata keçirilir. Vətəndaş elektron qaydada yardım üçün müraciət edir, əgər ona yardım düşürsə, cavab da, kart da özünə gəlir. Bizlik iş deyil”.

Fonddan əllərindən gələn köməyi etməyə hazır olduqlarını da bildiriblər:

“Gəlsin, hansı sənədlər lazımdır, onları haradan əldə edə bilər, izah edək”.

Azərbaycanda yoxsul yaşayan əhalinin sayı ilbəil artır. Ancaq onların hamısı ünvanlı sosial yardım almır. Məsələn, rəsmi rəqəmlər 2019-cu ildə ölkə əhalisinin 4.8 faizinin yoxsul olduğunu bildirirdisə, 2021-ci ilin əvvəlində bu rəqəm 6.2 faizə yüksəlib. Yəni, 1 il ərzində yoxsul sayılan şəxslərin sayı 30 faizə yaxın artıb.

Ancaq dövlət rəsmiləri daim açıqlamalarında Azərbaycanda ilbəil yoxsul yaşayan əhali sayının azaldığını bildirir.

Hətta o dövrdə Baş nazirin müavini və Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri olan Əli Həsənov 2017-ci ildə mətbuata açıqlamasında bildirmişdi ki, 2020-ci ildə Azərbaycanda bircə nəfər də yoxsul qalmayacaq:

“Bugün yoxsulluq həddi 5 faizdirsə, strateji istiqamət 2020-ci ildə yoxsulluğun sıfıra enməsidir. İnşallah, 2020-ci ildə yoxsulluq sıfıra enəcək, Azərbaycanda bir yoxsul belə qalmayacaq”.

Müstəqil ekspertlər və beynəlxalq təşkilatların hesabatları isə əksini deyir. Məsələn, Dünya Bankı 2019-cu ildə yayımladığı hesabatda Azərbaycanda yoxsulluq göstəricisinin hökumətin açıqladığı 4,8 faizdən təxminən beş dəfə çox – 24 faiz olduğunu açıqlamışdı.
//gozetci.az//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan beynəlxalq ictimaiyyəti çaşdırmaq və manipulyasiyalarla məşğuldur - FAKT BUDUR!
Bu gün, 19:02
İrəvanda məyusluq: arzular puça çıxır - GƏLİŞMƏ
Bu gün, 19:00
"Bakı-Pivə" səhmdarlarına - DİVİDEND ÖDƏYƏCƏK
Bu gün, 18:58
Kollec məzunları üçün YOL BAĞLANIR - Bitirənlər müəllim işləyə BİLMƏYƏCƏK
Bu gün, 18:31
“Nar” mağazalarında inklüziv xidmət üçün hazırlıqlara start verildi - FOTO
Bu gün, 18:26
“İmişli kimi sərhədyanı rayonlarda “KQB” vaxtilə birə on fəal işləyibdir...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 18:16
AZANS-ın ekoloji yönümlü təşəbbüsü beynəlxalq mükafat qazanıb - FOTO
Bu gün, 18:09
AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... - BU NƏDİ BELƏ?..
Bu gün, 18:07
Putin “Zəngəzur döyüşü”nə hazırlaşır - AKTUAL
Bu gün, 18:00
“Rusiya qəsdən juranlistlərin yayaşdığı yerləri vurur” - RSF
Bu gün, 17:56
3 şirkət daha bazarı tərk etdi
Bu gün, 17:51
İrandan bahalı təklif: Bakı razılaşdı, İrəvan geri çəkildi – İki problem var
Bu gün, 17:47
Aİ Ermənistanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə vadar etməlidir - ÇÜNKİ...
Bu gün, 17:45
Qəbiristanlıqda təzə dəb: ölüsünə torpaq götürür, diriykən başdaşı düzəltdirir - İslam dini nə deyir?
Bu gün, 17:44
“Araz Supermarket”də yeni təyinat olub - DOSYE
Bu gün, 17:42
Əfv Komissiyasının yekun iclası başa çatıb, baxılan müraciətlər Prezidentə təqdim olunacaq
Bu gün, 17:40
STP-nin törəmə şirkətinin direktoru dəyişdi - BUNDAN SONRA...
Bu gün, 17:38
Daha bir xarici şirkət Azərbaycan bazarından gedir
Bu gün, 17:32
"Abzas Media" işi üzrə məhkəmə istintaqı yekunlaşıb
Bu gün, 17:28
"Aynur Dadaşovanın həmin görüntülərini 300 dollara satdılar"
Bu gün, 17:22
Kriminal aləmdə yeni "Quli" PEYDA OLDU - Böyük "müharibə" olacaq
Bu gün, 17:20
Ermənistanın təhlükəli diplomatik oyunu
Bu gün, 17:15
İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... - BU DA FAKT!
Bu gün, 17:12
Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... - İTTİHAM VAR...
Bu gün, 17:08
Dövlət səviyyəsində ÖZBAŞINALIQ... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 17:01
Qızıl bazarında saxta məhsullar satılır - VİDEO
Bu gün, 16:57
Rubio Ukrayna nümayəndə heyəti ilə görüşdə döyüşlərin dayandırılmasına nail olmağa çağırıb - "İnterfaks"
Bu gün, 16:53
Beh alıb, məclisə getmədi
Bu gün, 16:48
Cahangir Əsgərov "Premium Bank"ın əsas səhmdarı olub
Bu gün, 16:45
“Putin özü də bilir ki, Köçəryan-Sərkisyan cütlüyü hakimiyyətə gəlmək iqtidarında deyil...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00
"Bakı Elektroştamp" ASC səhmdarlarını yığıncağa - DƏVƏT EDİR
Bu gün, 13:58
Ermənistan-Gürcüstan-Azərbaycan üçtərəfli formatının genişlənəcəyinə ümid edirik - Paşinyan
Bu gün, 13:22
"Məni hörmətdən salmaq istəyirlər"
Bu gün, 13:18
Erməni polkovnikin sözləri Rusiyanı qəzəbləndirdi: - “Hitler olsaydı…”
Bu gün, 13:15
Saleh Səmədov rəisi söydüyünə görə həbs edilib - Şok təfərrüat
Bu gün, 13:12
“Bədənimi direllə deşib, burnumu, barmağımı sındırıb” - Qətlin açdığı dəhşətli FAKTLAR
Bu gün, 13:10
Trend İnformasiya Agentliyinin yayılan dezinformasiya ilə bağlı bəyanatı - DİQQƏT!
Bu gün, 11:42
“Paşinyanı iqtidarda Bakı, London və Təl-Əviv saxlayır” iddiası - RƏYLƏR...
Bu gün, 11:01
“Oqtaydan sonra heç yerə getmirəm, itirdiyimi elə itirmişəm ki...”
Bu gün, 10:47
İtaliya səfiri Eldar Əzizovla Neapolla qardaşlaşma əlaqələrinin gücləndirilməsini müzakirə edib - FOTO
Bu gün, 10:44
İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... - İLGİNC FAKTLAR...
Bu gün, 10:41
Məmurun evindən 244 minlik qızıl oğurlayan xadimənin cinayət işi: həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:36
Xarici aviasiya şirkəti Azərbaycan bazarını tərk edir
Bu gün, 10:33
"Gülnar Səfərəliyevadan heç bir ədalət gözləmirəm" - Naxçıvan təhsilində QALMAQAL
Bu gün, 10:31
5000 manat maaş alıram, necə qənaət edim? - Səyyad Aran GİLEYLƏNİR
Bu gün, 10:25
PKK silahı yerə qoyur... TƏSLİM OLMUR! - BU, AYRI-AYRI ŞEYLƏRDİR...
Bu gün, 10:22
Paşinyan komandasına xəbərdarlıq etdi: - Sürprizlərə hazır olun
Bu gün, 10:19
Şəmkirin icra başçısından NAZİRƏ QARŞI SAYĞISIZLIQ... - "Bunlar nə vaxt düzələcək?.."
Bu gün, 10:09
Şirkətlər qrupunda yeni ASC yaradılıb
Bu gün, 10:01
"Azərtəkrarqarametal" ASC-nin səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru