Beynəlxalq Bank kartlardan pul OĞURLAYIR - İDDİA
Tarix: 4-12-2021, 11:40 |
Çap et
Bank kartı ilə fırıldaqçılıq hadisələrinə demək olar ki, hər gün rast gəlinir. Bu gün isə daha qəribə hadisə yaşanıb. Beynəlxalq Bankın müştərisi olan bir neçə şəxsin kartından əsassız olaraq müəyyən məbləğlərdə pul çəkilib.
Bununla bağlı Bizim.Media-ya bir neçə vətəndaş müraciət edib. Dediklərinə görə səhər saatlarında onların kartlarından 12-15 manat müqabilində pul çıxılıb və durumla bağlı Beynəlxalq Bankla əlaqə yaradıblar.
Bankdan isə vətəndaşlara pulun çıxılmasının texniki səbəbdən baş verdiyi əsas gətirilib.
Bizim.Media məsələ ilə bağlı Beynlxalq Bankın mətbuat katibi Yadigar Cəfərli ilə əlaqə yaradıb.
Bank rəsmisi sorğumuza cavabı əlaqədar şəxslərdən münasibət alandan sonra təqim edəcəyini deyib.
Məsələni diqqətdə saxlayacağıq.