"Maaşımı kəsiblər... bilmirəm ailəmə necə baxım..." - Qarabağ Qazisi ÇARƏSİZ DURUMDA!
Tarix: 10-01-2022, 10:56 |
Çap et
Yevlax rayon Duzdağ qəsəbə sakini Fərid Hidayətov KİV vasitələrinə müraciət göndərib. DİA.AZ həmin müraciəti təqdim edir:
"Mən İkinci Qarabağ müharibəsinin qazisiyəm.Ayağımdan yaralanmışam. Mənə hələ də hər hansı təqaüd təyin etməyiblər.
Gəzəndə əziyyət çəkirəm ümumiyyətlə,hər hansı ağır yük qaldıra bilmirəm. Evliyəm bir övladım var.
Maaşımı kəsiblər bilmirəm ailəmə necə baxım. Heç kim mənimlə maraqlanmır.
Xahiş edirəm bu videonu paylaşın bəlkə kimsə mənə,ailəmə kömək edə bildi".