Niyazi Bayramov yola salınır - İLGİNC GƏLİŞMƏ
Tarix: 7-02-2022, 09:58 |
Çap et
Yaxın günlərdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vəzifəsindən azad olunacaq. DİA.AZ xəbər verir ki, bu barədə Gununsesi.info-ya məlumatlı mənbələrdən informasiya daxil olub.
Xəbərə görə, Prezident İlham Əliyev Gəncəyə son səfəri zamanı şəhərin infrastrukturu sahəsində ciddi problemlərin şahidi olub.
Gəncənin mövcud vəziyyətindən narazı qalan ölkə rəhbərinin səfərindən sonra baş verən iki sensasiyalı olay da – yol kənarında əkilmiş ağacların sonradan çıxarılması və sahibsiz itlərin işgəncə ilə öldürülüməsi faktları Niyazi Bayramovun əleyhinə işləyib.
İcra başçısının bu gün Prezident Administrasiyasına çağrıldığı da deyilir.