Ermənistanın COP29-da deməyə sözü yoxdur .....                     Sülhə doğru addım Zəngəzurdan keçir .....                     Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək .....                     "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" .....                     Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq .....                     ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır .....                     "Kainat gözəli" seçildi .....                     Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox .....                     Abxaziya gərginliyində erməni izi .....                     Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? .....                     36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır .....                     Bu da Ranın son ünvanı... .....                     “Mehriban düşmən”lər yollarını ayırır? .....                     "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." .....                     Azərbaycana qarşı qarayaxma yarışı gedir .....                     İsrail Prezidenti COP29-a niyə gəlmədi? .....                     Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə .....                     Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək .....                     Ermənistanın Rusiyaya yeganə yolu bağlandı .....                     Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının .....                     Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi .....                     Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                     Buralar rəsmən yiyəsiz qalıb... .....                     Deputat üçün özəl gün .....                     Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" .....                     Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi .....                     İrəvandan Bakıya qarşı YENİ İTTİHAM .....                     Saxtakarların meydan suladığı ünvan... .....                     Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar .....                     Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... .....                     Tanınmış həkim vəfat edib .....                     Sevinc Osmanqızının “mikrofonçuluğu” .....                     "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" .....                     Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər .....                 

İmişlinin yeni başçısının KRİMİNALLAŞMIŞ KOMANDASI... - İLGİNC İDDİALAR...
Tarix: 18-05-2022, 11:08 | Çap et
İmişlinin yeni başçısının KRİMİNALLAŞMIŞ KOMANDASI...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 21 may 2020-ci il tarixdə imzaladığı Sərəncam əsasında, Elçin Adil oğlu Rzayev İmişli Rayon İcra Hakimiyyətinin başçısı təyin olunur. Qeyd edək ki, o, belə bir təyinatına qədər bir sıra dövlət vəzifələrində, o cümlədən Əmlak Məsələləri Dövlət Komitəsində dövlət müəssisələri və əmlakın idarə edilməsi şöbəsinin müdiri vəzifəsində də çalışır. Yəni onu qeyd etmək istəyirik ki, Elçin Rzayev icra başçısı vəzifəsinə təyin olunana qədər bir çox vəzifələri daşıdığından o, müəyyən idarəçilik təcrübəsinə malik olan şəxs olur. Bütün bunlara baxmayaraq ortaya belə bir sual çıxır ki, görəsən İmişli RİH-nin başçısı bu gün ölkə rəhbərinin etimadını doğruldurmu? Əsla yox! Çünki, ümumi müşahidələrimizdən, media üzərindən apardığımız bir çox araşdırmalardan, rayon ərazisində dolaşan söz-söhbətlərdən və s. bəlli olur ki, hal-hazırda bu şəxs sahib olduğu potensialını, yalnız və yalnız şəxsi məqsədlərinin həllinə yönəltməklə məşğul olur. Bir xatırlamanı yada salaq ki, Elçin Rzayev icra başçısı vəzifəsinə təyin olunarkən onu ölkə rəhbəri qəbul etdi və bu şəxsə lazımi tapşırıqlarını da verdi. Düzdür, təyinatının ilk aylarında ona qarşı hər kəsdə müəyyən qədər inam hissi formalaşmışdırsa, vaxt keçdikcə isə Elçin Rzayevin idarəçiliyi “çat verməyə” başladı. Bu da onu sübut edir ki, geniş ictimaiyyət qarşısında ölkə rəhbərinin Elçin Rzayevə verdiyi tapşırıqlar artıq öz əhəmiyyətini itirməkdədir. Çünki, bu şəxsdə sanki bir məsuliyyətsizlik, sadə sakinlərə qarşı “yuxarıdan aşağı” baxmaq yanaşması var. Bir həqiqəti də qeyd edək ki, İmişli RİH-nin başçısı ilk aylarda özünü ictimaiyyətə işgüzar vəzifə sahibi deyə təqdim etsə də, aylar keçdikcə bu şəxsin niyyəti tam əksəriyyətə bəlli oldu.

Adicə bir halın varlığına diqqət yetirək ki, İmişli RİH Aparatının sturuktur cədvəlində, İmişli rayоn İcra Hakimiyyətinin başçısı Rzayev Elçin Adil oğlu; RİH başçısının birinci müavini; Başçının müavini, Sоsial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri; Başçının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri sözlərindən başqa heç bir məlumat, hansısa telefon nömrəsi yoxdur. O halda sual oluna bilər ki, görəsən bu nə qapalılıqdır, bu necə idarəçilikdir? Çünki, bu cür idarəçiliyin mahiyyətini hələ də başa düşmək olmur?. Diqqət yetirək ki, Elçin Rzayev İmişli RİH-nin başçısı vəzifəsinin icraasına başladıqdan az sonra, doğma qardaşı Şamil Rzayevi özünə köməkçi, bacısı oğlu Hafizi isə sürücü vəzifəsinə təyin edir. Düzdür, bu gün köməkçi vəzifəsini Vəliyev Vüqar Telman oğlu adlı şəxs daşısa da, əldə etdiyimiz bəzi məlumatlara görə Şamil Rzayev, yenə də qeyri-qanuni şəkildə köməkçi vəzifəsini yerinə yetirməklə məşğul olur. Deməli, RİH-nin başçısı icra hakimiyyətini “ailə hakimiyyəti”nə çevirib. Dolaşan söz-söhbətlərə görə, Elçin Rzayevin qardaşı Şamil Rzayev, İmişlidə müstəsna səlahiyyətə malik olan “toxunulmaz şəxs” hesab olunur. Belə bir səbəbdən də o, yerli sakinlərə qan uddurur, hətta vəzifə səlahiyyətlərini aşmaqla minbir maxinasiyalarla da məşğul olur. Bu kimi səbəblər üzündəndir ki, yeni icra başçısı həbsdə olan icra başçısı Vilyam Hacıyevin dünyadan köçənlərinə rəhmət oxutdurur. Bütün bunların kökündə Elçin Rzayevin öz yaxınlarına, qohum-əqrəbalarına, bir sözlə ona bağlı olan hər kəsə daim “yaşıl işıq” yandırmasıdır.

Elçin Rzayevin “qaranlıq əməlləri” heç də bunlarla yekunlaşmır. Məsələn, icra başçısı bir müddət bundan əvvəl Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə ittiham olunmuş, hal-hazırda ayağında “bilərzik” (elektron nəzarət vasitəsi) gəzdirdiyi bildirilən Səmədov Sahib Mehralı oğlunu, İmişli Kommunal Məssisələr Birliyinə rəhbər təyin edir. Bu cür təyinat, sanki İmişli sakinlərini şoka deyil, birbaşa “şökə salıb”. Buna da əsas səbəb, Elçin Rzayevin verdiyi anormal qərarların varlığıdır. Deməli, RİH-nin başçısını Sahib Səmədovla birləşdirən müəyyən tellər var ki, rayon rəhbərliyi dələduzluq maddəsi ilə cinayət əməli törətmiş şəxsi belə bir strateji vəzifəyə təyin edir. Yəqin ki, belə bir təyinatın verilməsində müəyyən məbləğdə rüşvət amili də başlıca rol oynayıb. Çünki, müəyyən çevrələrdə belə bir söz-söhbətlər də dolaşır ki, Elçin Rzayevin ruhu, başlıca amalı rüşvət faktoru üzərində yoğrulub. Ona görə də o, lazımi məbləğdə qazanc əldə etmək üçün hər cür qərarını verir. Bundan əlavə, RİH-nin başçısı vaxtilə İmişli Rayon Məşğulluq Mərkəzində direktor vəzifəsində çalışmış və korrupsiya əməllərinə qol qoyduğuna görə barəsində cinayət işi açılmış Elxan Rüstəmlini isə, İmişli Şəhər İcra Nümayəndəsinin müavini vəzifəsinə təyin edir. Bütün bunlar çox maraqlı və hər kəs üçün düşündürücü təyinatlar olur ki, hal-hazırda Elçin Rzayevin belə bir addımları tam əksəriyyətdə müəyyən şübhələrin baş qaldırmasına səbəb olur. O halda sual oluna bilər ki, görəsən İmişli RİH-nin başçısı ayrı-ayrı motivlər üzrə cinayət əməlləri törətmiş şəxsləri mühüm vəzifələrə təyin etməkdə məqsədi nədir? Məgər o, bu rayonun ərazisində keçmiş həyatı təmiz olan, iş fəaliyyəti hər kəs tərəfindən qəbul olunan, savadlı, bacarıqlı kadr tapmadımı ki, müxtəlif motivlər üzrə cinayət əməlləri törətmiş şəxsləri mühüm vəzifələrə təyin edir? Deməli, RİH-nin başçısı özünə cinayət əməlləri törətmiş şəxslərdən ibarət komanda formalaşdırır və o, bu yolla rüşvətin, talançılığın tüğyan etməsinə lazımi şərait də yaradır. Axı, ölkə rəhbəri İlham Əliyev cənabları bu şəxsi ona görə icra başçısı vəzifəsinə təyin etdi ki, rayon ərazisində baş alıb gedən korrupsiya əməllərinin, hər cür əyintilərin və s. qarşısı alınsın. Bəs, bu gün İmişlidə nələr baş verir? Baş verənlər o olur ki, Elçin Rzayevin icra başçısı olduğu ilk aylardan İmişlinin ərazisində anarxiya, xaos, hər cür əyintilər əhatəli şəkildə şaxələnməkdədir. Rayon ərazisində mühüm vəzifələrə öz adamlarını yerləşdirən İcra Başçısı, hal-hazırda bu rayonda analoqu olmayan idarəçiliyini həyata keçirməklə məşğul olur. Bu cür idarəçiliyin arxasında yalnız və yalnız daha çox rüşvət əldə etmək, daha çox maddi maraqların təmin olunmasını həyata keçirmək durur. Belə bir səbəblər üzündəndir ki, İmişlidə sosial problemlər aşıb daşır, yerli sakinlərin kütləvi narazılığı “pik nöqtə”yə qalxır.



Elçin Rzayevin yarıtmaz idarəçiliyinin mahiyyətindən, media üzərindən aparığımız müəyyən araşdırmalardan, redaksiyamıza çatdırılan bəzi məlumatlardan və s. bəlli olur ki, İmişli RİH-nin başçısı iş fəaliyyəti ləkəli olan şəxsləri daha çox önə çəkməklə məşğul olur. Məsələn, daxil olan məlumatların birində qeyd olunur ki, xeyli müddət bundan öncə rayonun Hacırüstəmli kənd sakinlərinin vaksinasiya olunmalarını həyata keçirmək üçün, rayondan bu kəndin tibb məntəqəsinə bir nəfər tibb bacısı göndərilir. Ötən ayların birində və iş saatlarından sonra Hacırüstəmli kənd icra nümayəndəliyində müavini vəzifəsini daşımış şəxslə tibb bacısı arasında “məxməri inqilab” baş verir. Elə ki, tibb məntəqəsindəki otaqda baş verən “məxməri inqilab”ın səs-sorağı bütövlükdə kəndə yayılır və sakinlərin tam əksəriyyəti yaşananlardan xəbərdar olurlar, o halda xanım tibb bacısı Hacırüstəmli kəndini birdəfəlik tərk edir və o, bir daha iş başına qayıtmır. Çox keçmir ki, yaşanan olayın varlığı səbəbindən kənd icra nümayəndəsi ilə müavin arasında əməlli-başlıca qarşıdurma yaranır. Hətta, vəziyyət o həddə qədər gəlib çatır ki, icra nümayəndəsi öz müavininə “Səhərdən işə gəlmə” də deyir. Əslində kənd icra nümayəndəsinin müavini olmuş şəxs, məhz daşıdığı vəzifəsinin məsuliyyətini dərk etməli və xalqımıza məxsus əxlaqi dəyərlərimizin qorunub saxlanmasına çalışmalı idi. Buna baxmayaraq o, bu cür iyrənc əməllərə qol qoyur. Diqqəti cəlb edən hal o olur ki, baş verən iyrənc əməllə bağlı İmişli RİH-nin başçısı Elçin Rzayev lazımınca məlumatlı olsa da, o, icra nümayəndəsinin sabiq müavini haqda heç bir tədbir görmür. Düzdür, həmin şəxs atdığı iyrənc addımına görə Hacırüstəmli kənd icra nümayəndəsinin müavini vəzifəsindən uzaqlaşdırılır, amma çox keçmir ki, RİH-nin başçısı həmin şəxsi digər kənd icra nümayəndəliyində daha məsul vəzifəyə təyin edir. Bütün bunlar da onu söyləməyə əsas verir ki, bugünkü rəhbərlik cinayət əməlləri törətmiş, iyrənc işlərə qol qoymuş şəxslərin müxtəlif vəzifələrə təyin olunmasında daha maraqlı görünür.

Bütün bunlardan əlavə, icra başçısı indiyə kimi abadlıq və quruculuq işləri adı altında dövlətdən ayrılan külli miqdarda vəsaitləri də mənimsəyib. Bu şəxsdən soruşmaq lazımdır ki, hansı səbəbdən rayondakı Şəhidlər Xiyabanı sahibkarlardan əldə olunan vəsaitlər hesabına qaydaya salınır? Bəs bu məqsədlər üçün ayrılan vəsaitlər hara “qeybə çəkilir?” Deməli, bütün bunlar onu göstərir ki, icra başçısı Elçin Rzayev möhtərəm Perzidentin etimadını heç də doğrultmur və bu cür addımlar adı çəkilən bu şəxsin niyyət və məqsədlərinin nələrdən ibarət olduğunu ortaya qoyur. Xeberfakt.az-a daxil olan bəzi məlumatlara görə, bu şəxs özünü orda-burda Prezidentin köməkçisi−Prezident Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun yaxın qohumu olaraq təqdim edir və dövriyyəyə bu yöndə bəzi informasiyalar da buraxır. Bir sözlə, Elçin Rzayevin bugünkü idarəçiliyinin sıfıra bərabər olması hər kəsə bəlli olan həqiqətlərdir. Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.
XEBERFAKT.AZ

P. S. Hörmətli oxucular! Çox yaxın günlərdə İmişli RİH-nin başçısı Elçin Rzayevin qol qoyduğu, hansı ki, hər kəsə şoka salacaq əməlləri haqda hər kəsi məlumatlandırmağa çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Bu gün, 19:00
Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Bu gün, 18:57
Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Bu gün, 18:53
"İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Bu gün, 18:49
Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Bu gün, 18:46
ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Bu gün, 18:43
"Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18
Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15
Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40
Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22
36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12
Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10
“Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55
"Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52
Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48
İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25
Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14
Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58
Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18
Tanınmış həkim vəfat edib
Bu gün, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07
Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59
Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57
Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49
Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46
Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42
Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39
Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45
“Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02
İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00
Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru