Qəzənfər Ağayev Astara şəhərini kimlərin əli ilə “abadlaşdırır” - ARAŞDIRMA
Tarix: 24-05-2022, 12:21 | Çap et
Qəzənfər Ağayevin Astara rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilməsinin 10 ili aprel ayında tamam olub. Ona qədər o, 6 il Masallı rayonunun İcra Hakimiyyətinə başçılıq edib. Bu rayonlarda Qəzənfər Ağayev gördüyü hansı işlərlə yadda qalıb, deyə bilmərik. Amma “Azərbaycan Respublikası regionlarının 2008-2014 və 2014 – 2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində sözügedən rayonlara ayrılan dövlət vəsaitlərinin talan edilməsində Qəzənfər Ağayev bu rayonların sakinlərinin yaddaşında daim qalacaq.
Qəzənfər Ağayev Masallıda kəsdirdiyi ağaclarla, sökdürdüyü bazarla, bərbad yollarla və daha bir çox əməlləri ilə bir iz qoyub Astaraya gedib. Astarada isə cənub zonasında ən gözəl istirahət yerlərindən birinə çevrilən dənizkənarı bulvar yaratdığını deyirlər. Bir də rayonun dağ kəndlərinin bərbad yollarını çəkdirdiyini, Astara şəhərini abadlaşdırdığını yazırlar. Biz də elə sonuncudan, Astara şəhərini abadlaşdırılmasından başladıq.
Aktualinfo.org Astara rayon İcra Hakimiyyəti başçısısının Astara şəhəri üzrə Nümayəndəliyi tərəfindən keçirilmiş tender və kotirovka sorğusu prosedurları ətrafında araşdırmalar apardıq. Məlum oldu ki, Astara şəhəri üzrə İcra Nümayəndəliyinin Tender Komissiyası tərəfindən keçirilmiş tender prosedurlarında ciddi qanun pozuntularına yol verilib,“Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməyib.
Belə ki, Qəzənfər Ağayevin Astara şəhəri üzrə Nümayəndəliyinin Tender Komissiyası tərəfindən keçirilmiş tender və kotirovka sorğularının nətcələri barədə dövlət satınalmalarının vahid internet portalının bazasına heç bir məlumat yerləşdirməyib. Elə bu məsələyə aydınlıq gətirmək məqsədi ilə Astara şəhəri üzrə Nümayəndəliyinin Tender Komissiyasına ünvanladığımız sorğuya cavab olaraq bildirilir ki, Nümayəndəlik tender və kotirovkaların keçirilməsində “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilmişdir.
Amma necə əməl ediblərsə son iki il ərzində keçirilmiş tender və kotirovkalar haqqında dövlət satınalmalarının vahid internet portalında bazasına heç bir məlumat yoxdu. Halbuki “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə tender nəticəsində bağlanmış satınalma müqaviləsi barədə məlumat 5 bank günü ərzində tender haqqında elanın verildiyi mətbuat orqanında dərc etdirilir və rəsmi internet saytında yerləşdirilir.
Bəs Astara rayon İcra Hakimiyyəti başçısısının Astara şəhəri üzrə Nümayəndəliyi qanunun bu tələbinə niyə əməl etməyib. Redaksiyamızın sorğusuna cavab məktubunda isə yalnız satınalma müqavilələri bağlanılan MMC-lərin adları açıqlanıb, amma görülmüş xidmətlərin müqabilində ayrılmış məbləğ açıqlanmayıb. Bu isə bir sıra şübhələrə yol açır. Öncə Astara şəhəri üzrə Nümayəndəliyinin keçirmiş olduğu kotirovka sorğularını diqqətinizə çatdırırıq.
Astara rayon İcra Hakimiyyəti başçısının Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi elektrik mallarının alınması və quraşdarılmasının satınalınması üzrə 14.10.2021 tarixdə elan etdiyi kotirovka sorğusunun qalibi “NN Təmir Tikinti İnşaat” MMC olaraq qeydə alınmış və 23.11.2021-ci il tarixdə satınalınması müqaviləsi bağlanmışdır.
Astara rayon İcra Hakimiyyəti başçısının Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 3 saylı körpələr evi- uşaq bağçasını əsaslı təmir işləri görülməsi üzrə 13.08.2021-ci il tarixdə elan etdiyi kotirovka sorğusunun qalibi “NN Təmir Tikinti İnşaat”MMC olaraq qeydə alınmış 28.10.2021-ci il tarixdə satınalınması müqaviləsi bağlanmışdır.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “NN TƏMİR TİKİNTİ İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyətinin 17.11.2020-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının ASTARA RAYONU, VAQO, qanuni təmsilçisi kimi isə Vahabov Alim Xanoğlan oğlu qeyd olunub.
Astara rayon İcra Hakimiyyəti başçısının Astara şəhər inzibati ərzi dairəsi üzrə nümayəndəliyi 3 saylı körpələr evi- uşaq bağçasını əsaslı təmir işləri görülməsi üzrə 30.03.2021-ci il tarixdə elan etdiyi kotirovka sorğusunun qalibi “M- Təmir Tikinti İnşaat” MMC olaraq qeydə alınmış və 05.05.2021-ci il tarixdə satınalınması müqaviləsi bağlanmışdır.
Astara rayon İcra Hakimiyyəti başçısının Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 3 saylı körpələr evi- uşaq bağçasını əsaslı təmir işləri görülməsi üzrə 25.08.2020-ci il tarixdə elan etdiyi kotirovka sorğusunun qalibi “İnşaatçılar-Astara” MMC olaraq qeydə alınmış və 02.10.2020 -ci il tarixdə satınalınması müqaviləsi bağlanmışdır.
Astara rayon İcra Hakimiyyəti başçısının Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 3 saylı körpələr evi- uşaq bağçasını əsaslı təmir işləri görülməsi üzrə 06.07.2020 -ci il tarixdə elan etdiyi kotirovka sorğusunun qalibi “İnşaatçılar-Astara” MMC olaraq qeydə alınmış və 02.10.2020 -ci il tarixdə satınalınması müqaviləsi bağlanmışdır.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “İNŞAATÇILAR-ASTARA” Məhdud Məsuliyyətli Cəmiyyətinin 10.05.2013-cü il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının ASTARA RAYONU, ASTARA ŞƏHƏRİ, HEYDƏR ƏLİYEV, ev 263, qanuni təmsilçisi kimi isə Hacıyev İkrət Yədulla oğlu qeyd olunub.
Qeyd edək ki, Hacıyev İkrət Yədulla oğlu həm də “TƏMİR-2013” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisidir. Onun adı 2016-ci ildə vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin siyahısında yer alıb.
Astara rayon İcra Hakimiyyəti başçısının Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi elektrik mallarının alınması və quraşdarılmasının satınalınması üzrə 04.02.2020 tarixdə elan etdiyi kotirovka sorğusunun qalibi “M Təmir Tikinti İnşaat” MMC olaraq qeydə alınmış və 02.04.2020 -ci il tarixdə satınalınması müqaviləsi bağlanmışdır.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “M-TƏMİR TİKİNTİ İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyətinin 14.03.2016-cı il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının ASTARA RAYONU, KİJƏBƏ ŞTQ, qanuni təmsilçisi kimi isə Muradov Amal Əbülhəsən oğlu qeyd olunub.
Qeyd edək ki, bu MMC-lər təkcə Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin deyil, həm də Astara rayon İcra Hakimiyyəti başçısının Ərçivan, Kijəbə və Suparibağ inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin də keçirdikləri kotirovka sorğularının qalibləri olublar. Məsələn, “İNŞAATÇILAR-ASTARA” Məhdud Məsuliyyətli Cəmiyyəti Suparıbağ kənd Uşaq baxçasında əsaslı təmir işlərinin aparılması üzrə keçirilmiş kotirovka sorğusunda 20000 manat məbləğində satınalma müqaviləsini 30.05.2019-cu ildə bağlayıb. O cümlədən Ərçivan qəsəbəsi ərazisində abadlıq işlərinin görülməsi üzrə 39 000 manat məbləğində satınalma müqaviləsini 29.05.2019-cu ildə bağlayıb.
“NN TƏMİR TİKİNTİ İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyəti isə Kijəbə qəsəbəsi ərazisində abadlıq işlərinin görülməsi üzrə 78 623 manat məbləğində satınalma müqaviləsini 27.08.2021-ci ildə bağlayıb.
Bu MMC-nin qanuni təmsilçisi olan Vahabov Alim Xanoğlan oğlu həm də Astara şəhəri ərazisində ictimai yaşayış binalarının əsaslı təmiri üzrə keçirilmiş tenderin qalibi olmuş “QOŞQAR M” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçidir. MMC ilə Astara rayon İcra Hakimiyyəti arasında sözügedən xidmət üçün 98 519.82 manat məbləğində satınalma müqaviləsi 09.06.2020-ci il tarixdə bağlanılıb.
“M-TƏMİR TİKİNTİ İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyəti isə Astara rayon İcra Hakimiyyətinin inzibati binasının cari təmiri üzrə keçirilmiş kotirovka sorğusunda qalib olub və 5 144.7 manat məbləğində satınalma müqaviləsini 07.12.2020-ci ildə bağlayıb. MMC-nin qalibi olduğu digər kotirovka isə Astara şəhərində abadlıq işlərinin satınalınması ilə bağlıdır. Bu kotirovkada isə MMC ilə 18.05.2020-ci il tarixində 69 002 manat məbləğində satınalma müqaviləsi bağlanılıb.
Bu MMC-nin qanuni təmsilçisi olan həm də Astara şəhərində ictimai yaşayış binalarının əsaslı təmiri üzrə keçirilmiş tenderin qalibi olmuş “AMALLI TƏMİR” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçidir. MMC ilə Astara rayon İcra Hakimiyyəti arasında sözügedən xidmət üçün 88 691.4 manat məbləğində satınalma müqaviləsi 08.06.2021-ci il tarixdə bağlanılıb.
Muradov Amal Əbülhəsən oğlu həm də “RUHİN-M” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçidir. MMC ilə Astara rayon İcra Hakimiyyəti arasında mənzil fondunun əsaslı təmiri işləri üzrə 152 742 manat məbləğində satınalma müqaviləsi 19.03.2018-ci il tarixdə bağlanılıb.
Dövlət satınalmalarının vahid internet portalında yerləşdirilmiş məlumatlardan da görsəndiyi kimi Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 3 saylı körpələr evi- uşaq bağçasını əsaslı təmir işləri görülməsi üzrə 2020-2021-ci illərdə 4 kotirovka sorğusu keçirib.Bu məqsədlə nə qədər vəsaitin ayrıldığı bəlli deyil. Həmçinin Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2 və 4 saylı körpələr evi- uşaq bağçalarında təmir işlərinin görülməsinə nə qədər vəsait ayırdığı da bəlli olmur. Halbuki bu məqsədlə kotirovka sorğusu elanı verilib, lakin nəticələri qanunun tələb etdiyi qaydad açıqlanmayıb.
Göründüyü kimi Qəzənfər Ağayev 14 aprel 2012-ci ildən üzü bu yana Astara şəhərində ictimai yaşayış binalarının əsaslı təmiri, uşaq bağçalarının təmiri, mənzil fondunun əsaslı təmiri kimi bir çox işlərin başında durub. Burada Astara şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi formal xarakter daşıyır. İşlərin görülməsini rəsmilədirmək üçün sənədlərdə adı gedir Astara şəhər İcra Nümayəndəliyinin. Amma bütün işlərin başında Qəzənfər Ağayevin özü durur. Eyni adamların adına, müxtəlif adlarla yaradılmış MMC-lərin hamısı hesabatı birbaşa İcra başçısının özünə verirlər. Qəzənfər Ağayev isə bağlanmış müqavilələrdə görüləcək işlərin qiymətlərinin süni şəkildə şişirdərək Astaran şəhərini güya abadlaşdırır. Talanan dövlət vəsaitlərinin məbləği indi açıqlanmasa da, Hacıyev İkrət Yədulla oğlu da, Vahabov Alim Xanoğlan oğlu da, Muradov Amal Əbülhəsən oğlu da məhkəmələrin birində bu işlərin müqabilində Qəzənfər Ağayevə nə qədər pul qaytardıqlarını deyəndə məlum olacaq. Aktualinfo.org
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Bu gün, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
|