Ağlar günə qalan SUMQAYIT SƏHİYYƏSİ... - İTTİHAM VAR!
Tarix: 27-07-2022, 08:05 | Çap et
Mövzuya başlamazdan öncə təxminən 40-50 il öncə baxdığım bir teletamaşanı xatırladım. Məktəblidən soruşanda ki “Böyüyəndə hansı peşənin sahibi olacaqsan “ cavab verir ki, həkim olacam. Səbəbini soruşanda bildirir ki, sinif yoldaşım gözümün qabağında qanaxmadan dünyasını dəyişdi… Bəli, az qala yarım əsr əvvəl baxdığım bu tamaşadakı vəziyyət bu gün Sumqayıt səhiyyəsində davam edir. Sumqayıt səhiyyə şöbəsinin müdiri Səkinə Sadıqovaya deyən yoxdur ki, yarım əsrdə dünya səhiyyəsi az qala 500 il qabağa gedib, indi ürək köçürürlər, beyini əməliyyat edirlər, kora görən göz qoyurlar…sənin rəhbərlik etdiyin Sumqayıt səhiyyə şöbəsi isə adi burun qanaxmasının qabağını ala bilmir… Nəinki ala bilmir ee, hətta naşı-savadsız müdaxilə ilə yeniyetməni həyatdan məhrum edir. Əslində bu naşılıq-təcrübəsizlik deyil ee, bunun bir adı var- cinayətkarlıq. XXI əsrdə insanın adi burun qanaxmasından dünyasını dəyişməsi rüsvayçılıqdır. Görəsən, bütün bunlar ortada olduğu halda nə üçün Səkinə kimilər hələ də cəzasız qalır. Belə məqamda hərdən deyirlər ki, o dünyada uca Allah onun cəzasını verəcəkdir. Gəlin, belə bəsit söhbətləri yığışdıraq. Allahın işi-gücü qurtarıb ki, Səkinə ilə məşğul olsun..? Səkinə ilə Allah məşğul olacaqsa, bəs hüquq-mühafizə orqanları, Səhiyyə Nazirliyi, lap Hesablama Palatası hara baxır..? Səkinə Sadıqova onsuz da Allaha şər atır və deyir ki, Allah mənə vergi verib… Bu adamdan soruşan yoxdur ki, Allah sənə vergi verəndə deyib ki, get təcili yardım maşınlarının yanacağnı, benzinini, ehtiyyat hissələrini sat və təcili yardım maşını can üstə olan xəstəni mənzil başına çatdıra bilməsin..? Belə yerdə deyirlər ki, ay sənin imanına salamlar olsun. Həqiqətən də “ruhi xəstə” olan adama Sumqayıt boyda şəhərin səhiyyəsini tapşırmaq özü ağır məsələdir. Bəs görəsən Səhiyyə Nazirliyi, konkret olaraq cənab səhiyyə naziri Teymur Musayev Səkinə Sadıqova barədə, daha doğrusu, Səkinənin əməlləri barədə nə düşünür. Hesablama Palatası niyə bircə dəfə olsun Səkinədən soruşmur ki, dövlətin ayırdığı külli miqdarda vəsaiti hara xərcləmisən..? Səkinə ağılda adama o boyda şəhərin səhiyyəsini tapşırmaqla iş bitmir ee… Səkinə Sadıqova özü kimi adamları başına yığıb dövlətin vəsaitini talayır. Məsələn, Səkinə Sadıqova Oqtay adlı birisini özünə hüquqi məsələlər üzrə müavin götürüb. Oqtayın əmisi qızı isə öz rəfiqəsi Qızılgülü səhiyyə şöbəsinə vəzifəyə gətirib. Bu gün Səkinənin rəfiqələrindən biri olan, Sumqayıtda rüşvətlə adı çıxan Sevinc isə səhiyyə şöbəsində kadrlar üzrə müavindir. Bütün bunlar bir yana Səkinə Sadıqova adi tibb bacısı olan qızını Odlar Yurdu Universitetində oxudaraq Bakıda “Respublikanski” xəstəxanasında həkim kimi işə düzəldib. Bu hələ harasıdır..? Səkinə Sadıqovanın bacısı Sədaqət “xanım əfəndi” az qala Sumqayıtdakı bütün xəstəxanaları idarə edir. Bəli, normal tibbi təhsili olmayan, əvvəllər Vərəm dispanserində işləyən Sədaqət həkim 3 saylı poliklinikada həkim kimi çalışır, amma şəhər səhiyyəsini barmağına dolayıb, çünki o, Səkinə Sadıqovanın doğmaca bacısıdır. Bu korrupsiya halı deyilmi? Səkinə Sadıqova o dərəcədə həddini aşıb ki, onu eşitməyən xəstəxanaların baş həkimlərini işdən çıxardır, bəzən isə həmin xəstəxanaları şöbəyə çevirir. Hansı ki, bu səlahiyyət ancaq səhiyyə nazirinə məxsusdur. Səkinə Sadıqova Sumqayıt səhiyyə şöbəsinin müdiri olandan sonra qısa vaxtda dövlətin səhiyyə üçün ayırdığı milyonları mənimsəyərək, özü üçün bahalı avromobillər, evlər alıb. Səkinə Sadıqova son vaxtlar bir neçə “novostroyka”da bahalı mənzil alıb. Hələ bu harasıdır..? Səkinə Sadıqova kimə arxayındır ki, bu əməlləri törədir. Bəli, tam əminliklə deyirik ki, məmurlar kiməsə arxayın olmasalar bu dərəcədə harınlaya bilməzlər. Səkinə Sadıqova hər yerdə deyir ki, mənim arxamda İcbari Tibbi Sığorta Agentliyində çalışan Rəşad müəllim durur. Səkinənin arxasında kimin durmasını deyə bilmərik, amma Azərbaycan vətəndaşlarının arxasında dövlətimiz dayanır. Tam əminliklə deyirik ki, yaxın zamanda Sumqayıt səhiyyə şöbəsində baş verən qanunsuzluqlara, cinayət əməllərinə hüquqi qiymət veriləcək və müdirənin səsi başqa yerdən gələcək. //gundelik-baku.com//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
|