Bayramovun işçiləri süpürgəçinin canını boğazına yığdılar, O DA İNTİHARA ƏL ATDI... - "İndi də məni işdən çıxarmaqla hədələyirlər"
Tarix: 15-08-2022, 11:43 |
Çap et
Gəncə şəhər Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Təmizlik İdarəsində sürücü kimi işləyən Röya Hüseynov qol nahiyəsinin damarlarını kəsərək özünə xəsarət yetirib.
DİA.AZ bildirir ki, Publika.az-ın yerli bürosunun verdiyi məlumata görə, adıçəkilən şəxs bu addımı atmasına səbəb onunla təhqir tonunda danışılmasını səbəb göstərib.
"Hara gəldi məni aparıb işlədirlər. Mənim ərazim oldu ya olmadı. Məndə şikayətini bildirmək üçün Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Nurəhməd Əhmədovun qəbuluna getdim. Yox idi, məni müavini Naqif İbişov qəbul etdi.
O, da səs küy saldı, çığırmağa başladı. Oradan çıxıb getdim təmizlik qarajının müdiri Bağır Əliyevin yanına. Bağır Əliyev də məni söyməyə başladı, qapıdan qovdu. Mən də onlara cavab qaytara bilmədiyimə görə, özümə xəsarət yetirdim. Qolumu tikiblər hazırda səhətim normaldır. İndi də məni işdən çıxarmaqla hədələyirlər", - deyə R.Hüseynov bildirib.