Təhsil Nazirliyi `xanlıq`lara bölünüb: Qorxusuz direktorlar min oyundan çıxır... - BU NƏDİ BELƏ?
Tarix: 21-09-2022, 12:21 | Çap et
 Hər yeni kadr təyinatından sonra qaysaq bağlayıb, sağalacağını düşündüyümüz təhsil sektoru korrupsioner direktor və “müəllim”lərin ucbatından irəliləməkdən, daha da geriyə düşür. Son bir neçə ay ərzində təhsil sektorunda baş verən müəllim-şagird münasibətlərini, həmçinin bir qism direktorlar tərəfindən yeni məktəbli forması almağa məcbur edilən valideynlərin, eyni zamanda “məktəb təmiri” adı ilə müəllimlərin, şagirdlərin cibinə girib, əlli, yüz manat qoparmağa çalışan “təhsil işçiləri”nin varlığı Təhsil Nazirliyinin bu məsələlərə qarşı hələ də tutarlı bir addım atmadığını göstərir. Sanki orta məktəblər Təhsil Nazirliyindən bağımsız, heç hara və heç kimə hesabat verməyən “kiçik xanlıqlar”a çevrilib. Hər məktəb xanlıqdır və onu xan kimi idarə edən direktoru var. Bu direktorlara bəzən elə firon da demək olar. Təbii ki bu, məktəbin harada yerləşməsinə və ölçüsünə görə dəyişir. Hər ay bir neçə “müəllim”in rüşvət qalmaqalına görə işindən qovulduğu, ciddi ictimai tənqidə məruz qaldığı bir vaxtda özlərini xan, firon kimi aparan bəzi məktəb direktorları heç kimdən, heç nədən çəkinmədən, qorxmadan vatsap vasitəsilə ümumi qrupa səs göndərir və bildirir ki, filan gün hər kəs əlli manat pul gətirsin, məktəb təmir olunacaq. Yaxşı, bu direktor belə açıq-aşkar, rahatlıqla, qorxusuzca necə belə bir tələb ortaya qoya bilir? O, dəfələrlə belə səs yazılarına görə bədbəxt olan, abrı-həyası ətəyinə bükülüb, təhsildən rədd edilənləri görmürmü? Elə isə nədir bu rahatlıq, sərbəstlik?!
Sərbəstliklə səs yazısı göndərərək məktəb təmiri adı ilə işçilərdən pul tələb etmək, hələ bir bunu amiranə şəkildə ifadə etmək bu “balaca fironlar”ın nəyəsə, kiməsə güvəndiyini göstərir. Bu qədər acgözlüklə pul qoparmaq, yığmaq, özü də bunu açıq-aşkar edə bilmək cürəti nədən qaynaqlanır? Bəlkə həmin direktorlar elə “verdiyini yığmağa” çalışır? Bu, ehtimal ola bilərmi? Məncə, reallıqdır. Rüşvətin, korrupsiyanın baş alıb getdiyi qurumlarda verdiyini yığmaq, yazılmamış qanunlardan biridir və bunu demək olar, hər kəs çox gözəl bilir.
Təhsil Nazirliyi isə bu kimi hadisələrdə çox zaman ağzına su alıb oturur, problemləri əsasən Təhsil İdarəsinə yönləndirir və bildirir ki, məktəblərə Təhsil İdarəsi cavabdehdir. Təhsil Nazirliyinin birbaşa nəzarəti altında olmalı olan bu “balaca tiranlıq”ların indinin özündə də bəzi müəllimlərin, hətta valideynlərin üzərində göstərişvermə, pul tələbetmə “haqqı” var. Yalnız səs yazıları yayımlanandan sonra Təhsil Nazirliyi əl-ayağa düşüb, tədbir görməyə çalışır.
Ölkədə ən çox rüşvət, pul yeyintisi “tikinti, təmir” adı ilə alınır, mənimsənilir. Məktəb Təhsil Nazirliyinin nəzdində olan dövlət müəsisəsidirsə, nəyə görə orda çalışan müəllimlər, şagirdlər, hətta valideynlər həmin binanın tikintisi üçün əlli, yüz manat pul verməlidirlər? O məktəbi təmir etmək kimin vəzifəsidir? Hər il təhsilə ayrılan milyonlarla manat vəsait hara “buxarlanır”? Hər halda bu suallara cavab yaxın perspektivdə mümkün olmayacaq, ancaq bu, bir həqiqətdir ki, Azərbaycanda bir məktəb, bir də kazarma “təmiri” heç bir zaman bitmir. Nə deyək, işiniz avand olmasın... Bizimyol.info

|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Bütün oyunları Ərdoğan oynayır” - Yunan mətbuatı təriflər yağdırdı
Bu gün, 07:24 |
|
|
|
• Ukrayna ordusu bəzi istiqamətlərdə Rusiyanı sıxışdırdı - KİV
Bu gün, 07:22 |
|
|
|
• DSX-nin ŞÜBHƏLİ TENDER ORTAĞI - TƏFƏRRÜAT
Bu gün, 07:21 |
|
|
|
• "Əli Kərimli Tofiq Yaqublunun ölməsini istəyirdi" - ŞOK İTTİHAM
Bu gün, 07:19 |
|
|
|
• Rusiyaya ciddi itkilər veririk, 640 minlik ordu... - Sırski
Bu gün, 07:17 |
|
|
|
• Paşinyan İTV-yə hansı önəmli məqamları açıqladı? – DETALLAR
Bu gün, 07:15 |
|
|
|
• Dövlətin yardımı PULLA SATILIR - NARAZILIQ VAR...
Bu gün, 01:17 |
|
|
|
• "Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" - AMMA İNDİ...
Bu gün, 01:02 |
|
|
|
• "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
Bu gün, 00:58 |
|
|
|
• AHİK-lə bağlı İLGİNC İDDİALAR – Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 00:53 |
|
|
|
• "BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 00:49 |
|
|
|
• Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları - İstehlakçılar necə aldadılır?
Bu gün, 00:47 |
|
|
|
• 'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
Bu gün, 00:36 |
|
|
|
• "AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı
Bu gün, 00:28 |
|
|
|
• Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” - NƏ BAŞ VERİR?
Bu gün, 00:26 |
|
|
|
• Həm sülhdən danışır, həm də atəşkəsi pozur: - Deputat İrəvanın ikibaşlı oyununun məqsədini AÇIQLADI
Bu gün, 00:23 |
|
|
|
• GÜNEY QAFQAZDA SÜLH... NƏ QƏDƏR REALDIR?
Bu gün, 00:20 |
|
|
|
• Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR - "...növbəti test götürüləcək"
Bu gün, 00:18 |
|
|
|
• Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... - Yaxın aylarda vəziyyət getdikcə daha da gərginləşəcək
Bu gün, 00:15 |
|
|
|
• Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... – Qopması çətin bağlar
Bu gün, 00:12 |
|
|
|
• "Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır"
Bu gün, 00:08 |
|
|
|
• Vüsal Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:05 |
|
|
|
• Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... - SENSASİON İDDİA
Bu gün, 00:03 |
|
|
|
• Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? -ŞƏRH
Dünən, 19:10 |
|
|
|
• Milli iqtisadiyyatımız çətin sınaq qarşısında - NƏ ETMƏLİ?
Dünən, 19:05 |
|
|
|
• Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır - Görünəni odur ki...
Dünən, 19:00 |
|
|
|
• FHN-in qurumu 185 minlik Toyota seçdi! - TENDER NƏTİCƏSİ
Dünən, 18:58 |
|
|
|
• Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı - FOTO
Dünən, 18:12 |
|
|
|
• Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
Dünən, 18:09 |
|
|
|
• Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? - “Regnum”
Dünən, 18:05 |
|
|
|
• "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 18:03 |
|
|
|
• Müğənni Kəmalə Sərxana od püskürdü
Dünən, 18:00 |
|
|
|
• Azərbaycanda uşaq futboluna vurulan "badalaq": - Kim və niyə?
Dünən, 17:53 |
|
|
|
• 3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır
Dünən, 17:49 |
|
|
|
• Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək - ÇÜNKİ...
Dünən, 17:48 |
|
|
|
• "Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - FOTO
Dünən, 17:44 |
|
|
|
• PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı – Ərazi itkisi təhlükəsi
Dünən, 17:40 |
|
|
|
• DSMF sədrinə yeni müşavir təyin edildi - DOSYE
Dünən, 17:35 |
|
|
|
• Bəysiz toy edən müğənniyə SƏRT İRAD: - "Bu cür yanaşma yalnız..."
Dünən, 17:33 |
|
|
|
• Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu - ƏMR
Dünən, 17:32 |
|
|
|
• İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır - FOTO
Dünən, 17:30 |
|
|
|
• "Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 17:27 |
|
|
|
• Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi - ŞOK DETAL
Dünən, 17:26 |
|
|
|
• Dövlət qurumunun avtobusu qəzaya uğradı - FOTO
Dünən, 17:24 |
|
|
|
• Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir - PROSES DAVAM EDİR
Dünən, 17:22 |
|
|
|
• Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb – Nazirliyin bundan xəbəri yoxdur?
Dünən, 17:19 |
|
|
|
• “Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR - BU NƏDİ BELƏ?..
Dünən, 17:14 |
|
|
|
• Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər - AKTUAL
Dünən, 17:07 |
|
|
|
• Zaurla Günayın ATV-dən getməsi barədə AÇIQLAMA
Dünən, 17:05 |
|
|
|
• Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: - Prezidentə bağışlanmağım üçün müraciət etmişəm
Dünən, 17:00 |
|
|
|
|