Ermənistanın Rusiyaya yeganə yolu bağlandı .....                     Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının .....                     Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi .....                     Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                     Buralar rəsmən yiyəsiz qalıb... .....                     Deputat üçün özəl gün .....                     Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" .....                     Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi .....                     İrəvandan Bakıya qarşı YENİ İTTİHAM .....                     Saxtakarların meydan suladığı ünvan... .....                     Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar .....                     Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... .....                     Tanınmış həkim vəfat edib .....                     Sevinc Osmanqızının “mikrofonçuluğu” .....                     "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" .....                     Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər .....                     Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq .....                     Fransa öz uğursuzluğu ilə barışa bilmir .....                     Əgər Paşinyan Bakıya gəlsəydi... .....                     Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir .....                     Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar .....                     Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` .....                     Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir .....                     “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, .....                     İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? .....                     Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət .....                     “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir .....                     Hakimiyyətə bu şəxs hazırlanır .....                     Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək .....                     Zəngəzur dəhlizi ilə bağlı yenilik: .....                     Moskva Tiflisin ümidini kəsdi .....                     Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq .....                     Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... .....                     Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? .....                 

Gəncədə İdman Sarayının tikintisi üçün 53 milyon manat xərcləndiyinə Niyazi Bayramovun özü necə, inanırmı? - İcazə verin, şübhələnək...
Tarix: 29-09-2022, 11:04 | Çap et
Gəncədə İdman Sarayının tikintisi üçün 53 milyon manat xərcləndiyinə Niyazi Bayramovun özü necə, inanırmı?
Dünən Gəncə şəhər İcra Hakimiyyəti Gəncə şəhərində İdman Sarayının tikintisi işlərinin davam etdirilməsi üzrə keçirdiyi tenderə yekun vurması ilə bağlı dövlət satınalmalarının vahid internet portalında “Rövşən Oğuz Qrup” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 10 000 000 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumat yerləşdirib.

Məlum olduğu kimi Prezident İlham Əliyev 30 yanvar 2022-ci ildə Gəncə şəhərinə səfəri zamanı Gəncə Dövlət Dram Teatrının yeni binasının, 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin açılışlarında iştirak edib, Gəncə İdman Sarayında aparılan tikinti işlərinin gedişi ilə tanış olmuşdu. Dövlətimizin başçısının tanış olduğu Gəncə İdman Sarayında tikinti işlərinin artıq yekunlaşdığı görsənir. Lakin Prezidentin səfərindən sonra Gəncə şəhər İcra Hakimiyyəti sözügedən idman sarayında tikinti işlərinin davam etdirilməsinə mart-sentyabr aylarında tam 25 milyon manat vəsait ayırır. Burada suallar yaranır. Hara gedir bu milyonlar?

Xatırladaq ki, Gəncə şəhərində İdman Sarayı inşa edilməsi haqqında sərəncamı Prezident İlham Əliyev hələ 13 noyabr 2017-ci ildə vermişdi. Sərəncama əsasən İdman Sarayının layihələndirilməsi və tikintisi üzrə sifarişçi funksiyaları, habelə obyektin inşası prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsi Gəncə şəhər İcra Hakimiyyətinə həvalə edilmişdi. İdman Sarayının tikintisinə 2018-ci ilin mart ayında, sabiq İcra başçısı Elmar Vəliyevin dönəmində başlanılıb. Gəncədəki məlum hadisələrdən sonra, 28 avqust 2018-ci ildən Niyazi Bayramov Gəncə şəhər İcra Hakimiyyətinin başçısı təyin edilir və İdman Sarayının sifarişçi funksiyaları da bir başçı kimi onun nəzarətinə keçir.

Bəs 2018-ci ilin mart ayından inşasına başlanan tikilidə işlər niyə ləng gedir və hər il külli miqdarda dövlət vəsaiti ayrılmasına baxmayaraq İdman Sarayının istifadəyə verilməsi nədən uzadılır? Bu kimi suallara mətbuat vasitəsi ilə bir neçə dəfə cavab axtarmağa çalışmışıq. Lakin Gəncə şəhər İcra Hakimiyyətinin rəsmiləri bu suallara cavab verməmişlər. Artıq beşinci ilinə keçmiş İdman Sarayının tikintisinin başa çatdırılmasının niyə bu qədər uzandığına aydınlıq gətirilmir, açıqlama verilmir. Burada vəsait çatışmazlığından söhbət gedə bilməz. Çünki rəsmi dövlət qurumları işin davam etdirilməsi üçün müqavilələrin bağlınıldığı barədə məlumatlar yayıb və ayrılan vəsiatlər də, görülən işlər də ortadır.

Aktualinfo.org-un dövlət satınalmalarının vahid elektron portalına yerləşdirilmiş məlumatlar əsasında apardığı araşdırmalarda son üç il ərzində tender yolu ilə sözügedən idman sarayının tikintisinə külli miqdarda vəsaitin ayrıldığı ortaya çıxır. Belə ki, Gəncə şəhər İcra Hakimiyyəti Gəncə şəhərində İdman Sarayının tikintisi işlərinin davam etdirilməsi məqsədi ilə “Rövşən Oğuz Qrup” MMC ilə 14.03. 2019-cu il tarixdə 4 000 000,00 manat, 09.04.2020-ci il tarixdə 4 600 000 manat, 06.10.2020-ci il tarixdə 1 800 000 manat, 19.03.2021-ci il tarixdə 9 400 000 manat, 12.08.2021-ci il taixdə 5 000 000 manat, 17.12.2021-ci il tarixdə 181 600 manat (milyonların müqabilində bu yüz səksən min nəyə lazım olub görəsən- red.), 09.03.2022-ci il tarixdə 15 000 000 manat, 28.09.2022-ci il tarixdə 10 000 000 manat məbləğində satınalma müqavilələrinin bağlanıldığını açıqlayıb ki, ümumi olaraq 49 981 600 manat təşkil edir.

Yerli mətbuat orqanlarının 03.09.2019-cu il tarixdə yaydığı məlumatda bildirilir ki. Ölkə prezidentinin imzaladığı sərəncam əsasında inşa edilən tikili 3 hektara yaxın ərazini əhatə edir. Sarayda müxtəlif növ olimpiya və qeyri-olimpiya idman növləri üzrə yarışların, təlim-məşq toplanışlarının keçirilməsi üçün zallar, həmçinin üzgüçülük hovuzu yaradılacaq. Regionun ən böyük idman sarayının 2021-ci ilin sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulur. Təqdim olunan şəkildən də göründüyü kimi idman sarayının bünövrəsi 2018-ci ildən qoyulub. Sonrakı şəkillər isə 2021-ci ilə aiddir və beton karkasdan ibarət olan bu tikiliyə çəkilən xərci təxmin etmək olar.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun “Rövşən Oğuz Qrup” MMC-nin rəsmisi ilə İdman Sarayının tikintisi işlərinə baxış keçirdiyi zaman çəkilən bu şəkildən göründüyü kimi karkasların arası adi qırmızı kərpiclə hörülüb. Sarayın tavanının isə dəmir konstruksiyalarla inşa edildiyini aşağıdakı şəkildə görsənir. Son dörd ildə bütün bu işlərin görülməsinə 49 981 600 manat vəsatin xərclənməsi inandırıcı gəlirmi?

Bu hələ son deyil. Qeyd edək ki Gəncə şəhər İcra Hakimiyyəti İdman Sarayının layihələndirilməsi işlərinə də 30.04.2020-ci il tarixdə 400 000 manat, 15.04.2021-ci il tarixdə isə tikintinin layihə-smeta səndlərinin hazırlanması ( əlavə və dəyişikliklərə əsasən) işlərinin satın alınması üzrə 418 400 manat məbləğində satınalma müqavilələrini “BAŞAK PROJE VƏ DİZAYN” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlayıb. Bu isə idman sarayının tikintisinin layihələndirilməsinə 818 400 manat vəsaitin ayrılması deməkdir. Tikintisinə 50 milyon xərc çəkilmiş Sarayın layihələndirilməsinə çəkilən bu cüzi xərc isə heç inandırıcı deyil.

Biz buraya Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə şəhər İcra Hakimiyyətinə Gəncə şəhərində İdman Sarayının tikintisi işlərinin davam etdirilməsi məqsədilə ayrılan vəsaitləri əlavə etməmişik. Bu məqsədlə 24 iyun 2020-ci ildə 3,0 (üç) milyon manat vəsaitin ayrıldığı məlumdur. Bunula birgə son 4 ildə Gəncə şəhərində İdman Sarayının tikintisi işlərinin davam etdirilməsinə tam 53 800 000 manat vəsait ayrılıb, amma işlər hələ də yekunlaşmayıb.

Qeyd etdiyimiz kimi bütün bu məlumatlar İqtisadiyyat Nazirliyi kimi ciddi bir dövlət qurumunun rəsmi portalında yerləşdirilib. Yəni, demək istəyirik ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sözügedən portala yanlış, qeyri dəqiq məlumatlar yerləşdirməz. Bütün bunlar tenderlər keçirildikdən sonra qalib şirkətlə bağlanan müqavilələr üzrə ayrılan dövlət vəsaitləridir ki, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununa görə satınalma prosedurları yekunlaşdıqdan sonra mütləq göstərilməlidir.

Göründüyü kimi son dörd il ərzində. yəni Niyazi Bayramov Gəncə şəhər İcra Hakimiyyətinin başçısı təyin olunduqdan sonra Gəncədə İdman Sarayının tikintisinə 53 milyon 800 min manat ayrılıb. Amma İdman Sarayının tikintisi hələ başa çatdırılmayıb. Tikintisi hələ başa çatdırılmamış, şəkillərdə gördüyünüz İdman Sarayına bu qədər vəsaitin xərcləndiyi nə dərəcədə realdır, istərdik Niyazı Bayramov aydınlıq gətirsin. Bir də çox istərdik ki, Niyazi Bayramov bir məsələyə də aydınlıq gətirsin. Əgər gətirə bilərsə. Gətirə bilməyəcək də. Çünki bu milyonların çox hissəsi Niyazi Bayramovun şəxsi məqsədlərinə xərclənib. Məsələn oğlunun bahalı avtomobillərinə, xarici səyahətlərinə və daha nələrə…

Aktualinfo.org









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14
Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58
Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18
Tanınmış həkim vəfat edib
Bu gün, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07
Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59
Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57
Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49
Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46
Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42
Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39
Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45
“Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02
İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00
Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58
“Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06
Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02
Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58
Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07
Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04
Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59
Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41
Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36
"Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34
70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26
Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25
Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17
Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15
Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10
“Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Dünən, 14:57
Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Dünən, 14:52
Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Dünən, 14:47
Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 14:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru